11/25/2015

Xalqa həsr olunan ömür (Kəmalə Səfərova)

                                  Xalqa həsr olunan ömür
  Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir.
  Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM.
                                                                                                                         Ümummilli  Lider
     Hər bir insan dünyaya fərd  kimi  gəlir, şəxsiyyət kimi formalaşır. Lakin insanların az bir qismi öz idrak proseslərinin inkişafı ilə digərlərindən seçilib fərdiyyətə çevrilir. Hər elmli insan, eyni zamanda hər siyasətçi fərdiyyətə çevrilə bilmir. Tarix hər 100 ildən bir dahi, fenomenal şəxsiyyətlər yetişdirir və XX yüzillikdə də, bu bizim xalqın payına düşüb.
     Həmin tarixi şəxsiyyət XX yüzilliyin əvvəllərində (1923) Naxçıvan torpağında dünyaya göz açıb. Dahi səxsiyyət, Müdrik siyasətçi, Ümummilli Lider Heyder Əlirza oğlu Əliyevin ömür yolunu bütün xalq bilir və öz xilaskarını sevir.
     Bu gün biz Ulu Öndərin hakimiyyətə gəlişinin 45-ci ildönümünü qeyd edrik. Şəxsən mənim üçün ikiqat bayramdır. Çünki 14 iyul həm də mənim dogum tariximdir. Bununla mən qürur hissi duyuram və sevinirəm ki, mənim dünyaya gəldiyim tarix Ulu Öndərimizin hakimiyyətə gəldiyi gün və ayla üst-üstə düşür.
     45 ildə görülən işlər göz qabağındadir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının I katibi seçilmişdir. Ulu Öndərin I katib seçilməsindən sonra Azərbaycanın həm siyasi, həm iqdisadi, həm də aqrar həyatında müsbətə doğru köklü dəyişikliklər baş vermişdir.
     Xalqı üçün gördüyü işlər, 1991-ci ildə xalqın çağırışına səs verməsi, Azərbaycanda o vaxtı baş verən siyasi proseslərə məntiqi cavabı, 1993-cü ldə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, 1994-cü ildə may ayında məhz onun siyasi bacarığı sayəsində Atəşkəsin elan olunması, elə həmin ilin 20 sentyabrında “Əsrin Müqaviləsi” adlı  neft kontraktının  imzalanması, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitutsiyasının qəbulu,  Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması və s Ulu Öndərin Azərbaycanın daxilində gördüyü işlərin bir hissəsi idi.
      70 il totalitar cəmiyyətdə yaşamağımız bizi özümüzdən və milli psixoloji fikirlərdən ayrı salmışdı. Bizi özümüzə, eyni zamanda Azərbaycanı bizə Ulu Öndərimiz qaytardı. Məhz Ümummilli Liderin apardığı müdrik daxili və xarici siyasəti nəticəsində kölə psixologiyasına son qoyuldu.
      90-cı illərin əvvəllərində xarici dövlətlər Azərbaycan adlı ölkəni demək olar ki, tanımırdılar. Bu gün  müstəqil dövlətimizin 24 yaşı var və ölkəmizin xaricdə necə taninmasını izah etməyə ehtiyac yoxdur. Çünki faktlar danışır. Bu günə qədər ölkəmizdə keçirilən bir çox beynəlxalq festivallar, 2012-ci il Avroviziya müsabiqəsi, Bakı 2015  ilk Avropa oyunları, xüsusilə  açılış və bağlanış məarasimləri, Milli Olimpiya Kompleksindən ucalan atəşfəşanlıq bütün dünyaya səs saldı. 70 000 könüllünün ilk Avropa oyunlarındakı təşkilatçılığı gənc nəslin Heydər Əliyev siyasi kursunu dəstəkləməsinə və Azərbaycanın parlaq gələcəyində Heydər Əliyev nəfəsinin duyulmasına bariz nümunə idi.
      1969-cu il 14 iyul  və 2015-ci il 14 iyul. Bu tarixlər arasındakı müddətdə Azərbaycan adlı ölkənin siyasi, sosial, iqdisadi, mədəni, elmi həyatına baxış keçirəndə elə bir an yoxdu ki, orada Heydər Əliyev nəfəsi duyulmasın. Onun həyatı və fəaliyyəti haqqında hamının geniş məlumatı var. Bir psixoloq kimi diqqəti daha incə məqamlara yönəltmək istərdim. Ümummilli liderimiz təkcə siyasi sahədə öz sözünü deməmişdi. Onun çıxışlarını dinləyərkən heyrətlənməyə bilmirdin. O iqdisadiyyatçı ilə danışanda elə bilirdin iqtisadçıdır, ədəbiyyatçı ilə danışanda elə bilirdin ədəbiyyatçıdır və s Bu siyahını hələ çox uzatmaq olar. Güclü fenomenal yaddaşı, yumor hissi, ömrünün sonuna qədər heç bir kağız-qələmdən istifadə etməməsi, bədahətən etdiyi çıxışlar ona olan platonik sevginin təməlini qoyub.
     Orta məktəb illərindən Ulu Öndərimizin həyat və fəaliyyətini izləyirəm. Deyirlər ki, həyatda ideal yoxdu. Ancaq mən buna inanmıram. O mənim idealımdır. Bu gün mən rayonun ictimai həyatında fəal iştirak edən psixoloqlardan biriyəm. Deməli, səhv etməmişəm
                                                 Lənkəran rayon, Boladi kənd 1 saylı orta məktəbin psixoloqu

                                                    Kəmalə Səfərova  

Комментариев нет:

Отправить комментарий