11/30/2013

Maraqlı faktlar

İngiltərə kitabxanalarında ən çox Ginnesin rekordları kitabını oğurlayırlar.


***


18 fevral 1979-cu ildə Saxara səhrasına qar yağıb.


***


İtaliyada Barbi oyuncaqlarının sayı Kanadada kanadalıların sayından çoxdur.


***


İngiltərə yazıcısı Virjiniya Vulf əsərlərinin çoxunu ayaq üstə yazıb.


***


Napoleon aylurofobiyadan (pişiklərdən qorxma) əziyyət çəkirdi.


***


Vinton Cerf, 1970-ci illərdə gənc bir riyaziyyat mühəndisi idi. Qulaqları eşitməyən arvadı dünyayla rahat ünsiyyət qura bilsin deyə interneti icad etdi.


***


ALBERT EYNİŞTEYN 9 yaşına qədər eşidə bilməmişdir. Hətta ailəsi belə onun əqli çatışmamasına inanmışlar.


***


XRİSTOFOR KOLUMB ilk dəfə 4000 nəfər ilə dünya səyahətinə çıxmış və AMERİKA quru sahəsini tapmışdır.Lakin buranin adını “HINDISTAN” qoymuşdur.


***


XRİSTOFOR KOLUMB 2-ci AMERİKA səyahətində 4000 nəfərlə çıxmış lakin 30 nəfər ilə qayıtmışdır.


***


XRİSTOFOR KOLUMB elə 2-ci səyahətində ölmüşdür.


***


AMERİKO VESPUÇİ XRİSTOFOR KOLUMBUN kəşf etdiyi quru sahəni yənı “HINDISTAN”-ı , indiki adi yəni “AMERIKA” adı ilə tanıtmışdır.


***


CEYMS KUK bütün materiklərə ayaq basmış ilk insan olmuşdur.


***



Yer haqqında ilk təsəvvürlər ŞUMERLƏR və BABİLLƏRİN olmuşdur.


***


BABİLLƏRİN fikrincə yer 3 hissədən ibarət olmuşdur.Alt hissə Orta hissı və Üst hissə.


***


ERATOSFENİN VƏ PTOLEMEYİN xəritələrində oxşarlıq odur ki, hər ikisindədə YENİ və KÖHNƏ dünya təsvir olunmuşdur.


***


Motsart təkzib verməkdən və italyanlar tərəfindən zəhərlənməkdən qorxurdu.


***


Tanınmış alman bəstəkarı Şuman hələ 24 yaşından ağlı çaşıb, 46 yaşında isə tamamilə dəli olub.


***


İngilis yazıçısı Harrinqtona elə gəlirdi ki, sözlər ağzından arı və quş formasında çıxır. Belə hallarda o, onları süpürgəylə qovurmuş.


***


Yazıçı Zolya roman üzərində işləyərkən özünü stula bağlayırmış.


***


Şarlotta Bronte yaradıcılıq prosesini tez-tez kartof soymaq üçün dayandırırmış.


***


Monteskyü haqqında deyilir ki, ayaqlarının qeyri-iradi hərəkətlərindən masasının ətrafında oyuqlar yaranırmış.


***


Müsse şam işığında və iki nəfərlik stolda, xəyallarında olan qadını gözləyərkən yazırmış.


***


Şiller yalnız masanın üstündə çürük alma olduğu zaman yaradıcılıqla məşğul olurmuş.


***


Haydn iş zamanı almazlı üzüyünə baxarmış. Flober qəhrəmanlarının obrazlarını yaradarkən zarıldayırmış. O, ya ağlayar, ya gülərmiş, ya da böyük addımlarla kabinetində get-gəl edərmiş.


***


İbsen içkinin sayını itirdikdən sonra əlinə nə keçsə əzərmiş, hətta öz əsərlərini belə.


***


Van Qoq sutkalarla yazır, miqdarsız absent içərmiş, hətta öz qulağını kəsib və belə halda öz avtoportretini çəkib.


***


Avtomobil sayı insan sayından 3 qat çoxdur.

***

Barmaq izi kimi hər kəsin dil izidə fərqlidir.

***

Bir kişinin çəkisinin 40, bir qadının çəkisinin isə 35 faizi əzələdir.

***

Bir zürafənin boynundakı onurğa sümüklərinin sayı insanda olan onurğa sümüklərinin sayına bərabərdir.

***

İnsan böyüdükcə ürək döyüntülərinin sayı da azalır.

***

Bir körpənin ürəyi dəqiqədə 130, 3 yaşlı uşağın ürəyi dəqiqədə 100, 12 yaşlı uşağın ürəyi isə dəqiqədə 90 dəfə vurur.

***

İnsan dərisinin hər 2,5 kv.sm-də 19 milyon hüceyrə, 60 tük, 90 yağ vəzisi, 570 sm damar və 625 tər vəzisi var.

***

Tokioda 1990-cı ildə müşahidə edilən ən böyük avtomobil tıxacının uzunluğu 135 km idi.

***

Cənubi koreyalılar arasında adları Kim və Li olanların sayı 45 faizdir.

***

100 stəkan qəhvə içmək insanı öldürə bilər.

***

Yazıçı Xristian Anderson bir sözü belə düzgün yaza bilmirdi.

***

Cənubi Koreyada eyni soyadına malik insanların evlənməsi qadağandır.

***

Dünyada ən çox koka-kolanı İslandiya əhalisi içir.

***

Qayçını Da Vinçi ixtira edib.

***

Əgər Çin əhalisi 2 metr hündürlükdən yerə tullansaydı, yer üzündə 2 bal gücündə zəlzələ baş verərdi.

***

Arının 2 qarnı var, biri bal üçün biri də yemək üçün.

***

İnəyi pilləkənlə qalxızmaq olar, lakin düşürtmək yox.

***

İlbizlər 3 il yata bilirlər.

***

Alışqan Kibritdən öncə ixtira olunub.

***

Delfinlər bir gözü açıq yatır.

***

Əgər bir stəkan suya 80 dəqiqə qışqırsaq onda su qaynayar.

***

Ağ evdə çəngəl və qaşıqların sayı 13092 ədəddir.

***

Dəniz ulduzunun beyni yoxdur.

***

Dünyada ən populyar ad –Annadır, bu adı 100 milyona yaxın insan daşıyır.

***

Bir ildə 31 557 600 saniyə var.

***

Gözü açıq asqırmaq mümkün deyil.

***

Antarktidadan vertolyot uçuşları qadağandır, buna səbəb pinqvinlərin boyunlarının qısa olmasıdır. Onlar yuxarı baxmaq istəyir bu vaxtı isə domino kimi yerə hamsi yıxılırlar.

***

İlanlar eşitmir.

***

Qarışqalar yatmır.

***

Kirpilər suda batmır.

***

Qütb ayıları solaxaydır.

***

Milçəyin 5 gözü var.

***

Zürafənin səs telləri yoxdur.

***

Delfinlər bir gözü açıq yatır.

***

Dəvənin üç qaşı var.

***

Milçəyin sürəti saatda 8 km-dir.

***

Kəpənəklər dadı ayaqları ilə hiss edir.

***

Fil tullana bilməyən yeganə məməlidir.

***

Kenqurular geriyə doğru gedə bilmir.

***

Pişiklər şirini hiss etmir.

***

Sürüdəki dişi fillər sıra ilə balalayır.

***

Arılar yarım kiloqram bal hazırlamaq üçün iki milyondan çox çiçək tozu toplayır.

***

5/28/2013

Kompüteri necə seçiməli?

Tez-tez hansı kompüterin yaxşı olması barədə mübahisələrə rast gəlirəm. Bəzən də kompüter almaq istəyənlər mənə yaxınlaşaraq, hansı kompüterin daha yaxşı olduğunu soruşurlar.  Kompüterdən istifadə edənlərdən hər kəs bir firmanın komüterini tərifləyir. Biri "Toshiba", digəri "Dell", bir başqası isə "Samsung"  komputerlərini tərifləyir.  Bu məsələyə bacardığım qədər aydınlıq gətirmək üçün bunları demək istəyirəm.  Əvvəla kompüterin hansı firmaya məxsus olması şərt deyil. Əsas komputerin içərisinə nə yığılması, onun hansı parametrlərə cavab verməsidir.  Məsələn sizə eyni firmaya məxsus elə iki kompüter təklif edə bilərəm ki, onlar arasındakı qiymətlər fərqi 1000 Azn olsun. (Yəni biri 500 Azn, digəri 1500 Azn) Amma onların adları və xarici görünüşləri demək olar ki eyni olar. Deməli əsas şərt kompüterin içində nələrin olmasıdır və onların hansı tələblərə cavab verməsidir. Sizə komputer seçərkən nələrə diqqət yetirmənizi bildirmək istəyirəm.

 


Kompüteri necə seçməli sualından öncə kompüteri nə məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirməlisiniz. Məqsəddən (iş, oyun, internetdə "dolaşmaq", filmə baxmaq, musiqi dinləmək və ya bunların hamısı) asılı olaraq kompüter seçimində üstünlük verəcəyiniz parametrlər də dəyişəcək.

 Kompüterdən kifayət anlayışı olan şəxs üçün kompüter seçimi problem deyil. Lakin bu sahədə məlumatı olmayan üçün seçim etmək çətindir. Hazırda müxtəlif reklamlar, kampaniyalar, məhsul kataloqları o qədər çoxdur ki, təcrübəsiz istifadəçilər nəyi seçəcəyini tam olaraq bilmirlər.Bu zaman ümid qalır kompüter mağazalarındakı satıcıların vicdanına.

Amma təəssüflər olsun ki, bir çox halda onlar alıcıların təcrübəsizliyindən istifadə edərək alıcılara onlara lazım olanı deyil, öz satmaq istədiklərini satırlar. Odur ki, yaxşı olar ki, özünüz kompüter se&¸imində müəyyən biliklərə sahib olasınız.Beləliklə kompüter alarkən əsasən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

Prosessor (CPU)

Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, məhsuldarlıq da bir o qədər yüksək hesab olunur. Bundan başqa prosessorun nüvə sayına da fikir verməlisiniz, paralel çalışan çox nüvəli prosessorlar daha yüksək məhsuldarlığı şərtləndirən amillərdən biridir. Başqa bir üstünlük də prosessorun arxitektur olaraq neçə bitlik olmasıdır. Hazırda 32-bitlik və 64-bitlik prosessorlar istehsal olunur, aydın məsələdir ki, ikincilər birincilərdən daha üstün hesab edilir.

Operativ Yaddaş (RAM)

Hazırda operativ operativ yaddaş (RAM) həcmi 2 GB-dan az olan kompüterlərdən çox şey gözləməyinə dəyməz. Müasir fərdi kompüterlər üçün minimum tələb 4 GB-dır. Amma unutmayın ki, 32-bitlik sistemlər 4 GB-dan yuxarı operativ yaddaşı real olaraq istifadə edə bilmirlər.

Videokart (VGA)

Əgər qrafika ilə güclü işlər görməyi və ya yaxşı oyunlar oynamağı planlaşdırırsınızsa o zaman videokart plata-daxili (onboard) olmamalıdır. Bundan adıçəkilən məqsədlər üçün videokartın həm yaddaş həcmi, həm də takt tezliyi yüksək olmalıdır.

naplata (Mainboard)

Anaplatada əsas tələb şinlərin tezliyidir. Bundan başqa diqqət etmək lazımdır ki, anakart müasir portlarla təchiz edilsin. Diqqət yetirilməli olan bir başqa məsələ də odur ki, plata-daxili videokart və səs kartının göstəriciləri kifayət qədər qaneedici olsun.

Sərt Disk (HDD)Sərt Diskin həcminin çox olması Sizin daha çox informasiya saxlaya bilməyiniz deməkdir. Əgər Siz kompüterinizin yaddaşında iri həcmli media-fayllar (şəkil, film, musiqi) saxlamağı düşünürsünüzsə o zaman yaddaş həcmi minimum 320 GB olmalıdır. Bununla belə əgər qiymət fərqi cüzidirsə o zaman 500 GB-lıq Sərt Disklərə üstünlük verməyiniz məsləhətdir. Bundan başqa Sərt Diskin fırlanma sürətinin yüksək olmasına da diqqət yetirməlisiniz.

Soyutma Sistemi

Masaüstü kompüterlərin soyutma sistemi ilə bağlı demək olar ki, elə də ciddi problemlər olmur. Lakin Notebooklar üçün bu məsələdə gərək xüsusilə diqqətli olasınız. Keyfiyyətsiz soyutma sistemləri ilə təchiz edilmiş notebooklarda həddindən artıq qızma halı baş verir ki, bu da öz növbəsində anaplata və digər hissələrin sıradan çıxmasına səbəb olur. Soyutma sistemlərinin tanınmış brendlərdən olmasına diqqət yetirməyiniz tövsiyyə olunur.

Optik Sürücü

Optik sürücülərin (CD/DVD Driver) oxuma/yazma imkanlarının yüksək (super multi) olmasına diqqət yetirin ki, bu sürücülər bir çox formatlı disklərlə işləyə bilsinlər.

Batareya

Notebooklarda batareya ilə iş zamanının daha çox olmasına diqqət yetirin.

Monitor

Monitor seçərkən ehtiyacınıza uyğun olan ölçülü monitoru seçin. Bundan başqa geniş ekran (wide screen) monitorlara üstünlük verin.

Əməliyyat Sistemi

 Əslində əməliyyat sistemini Siz daha sonra özünüz də yaza və ya yazdıra   bilərsiniz. Lakin yaxşı olar ki, kompüter alanda orijinal və lisenziyalı əməliyyat sistemləri yazılmış kompüterlərə üstünlük verəsiniz.

        Son dövrlərdə alınmış kompüterlərdə  Microsoft Ofisse 2007 proqram paketinin lisenziyasız olduğuna rast gəlirəm. Odur ki kompüteri alarkən ƏS-ni və proqramlar paketini çalışdırıb yoxlayın, lisenziyalı olduğuna əmin olun. Əgər kompüterinizə proqramları demo versiyada yükləyiblərsə, yəqin ki, 1 və ya 3 ay sonra həmən proqramlar çalışmayacaqlar. Kompüter alarkən kompüterin qurğularının sürücülərini (drayverlərini ) alamağı unutmayın. Bu drayverlər sizə disklərdə təqdim olunmalıdır.

                                           Seyran Əliyev


5/12/2013

Pis dostların təsiri (Eldar İlqaroğlu)



Pis dostların təsiri 

Eldar İlqaroğlu

Hər şeyi gözəl yaradan Allah insanları bədəxlaqlı, acıdil və fəsad törədən bir xüsusiyyətlə yaratmamış. Doğularkən hər kəs təmiz qəlbli, nurani bir biçimdə doğulur. Bəs necə olur ki bu cür təmiz yaradılan insan sonradan natəmiz şeylərə bulaşır, özünü və cəmiyyəti xarab etməyə qədər tənəzzül edir? Buna səbəb insanın yaşadığı ailə , cəmiyyət, dostlar və s. müxtəlif ünsürlərin təsiridir. Bunların ən başlıcası isə insanın dostları və daima oturub durduğu şəxslərdir. Dostlar adətən insana ailədən çox və həm də tez bir zamanda inanılmaz təsir qoyurlar. Bunun nə qədər əhəmiyyətli və diqqət olunması gərəkən bir mövzu olması Böyüklərin buyurduğu ibrətamiz kəlamlarda da özünü göstərməkdədir. əbəs yerə deyil ki, Pəyqəmbərimiz (s) buyurub: “insan dostunun dinindədir.” Digər bir məhşur aforizm də bu buyuruşu təsdiqləyir: “ dostunu göstər kim olduğunu deyim” . Bu haqda buyurulan çoxlu kəlamlar misal çəkmək olar. Bütün buyuruşları təhlil edib görürük ki, bir insanın şəxsiyyəti, əxlaqı, mənliyi və hətta Allaha olan bağlılığını bilmək istəyirsənsə onun dostlarına baxmalısan. Bunu həyatda da praktiki olaraq görmək münkündür. Ətrafdakılarımıza və yaxud elə öz dostlarımıza baxsaq hər şey aydın olur. Fikri., düşüncəsi, əqidəsi və əxlaqı fərqli olan 2 şəxs nəyinki bir ömür dost ola bilməz , heç 1-2 saat bir yerdə oturub mehriban söhbət edə bilməzlər. Mütləq bir ortaq xüsusiyyət olmalıdır. Əks halda bu dostluq və mehribanlıq münkün deyil. Odur ki dost seçəndə diqqətli olmalı, kiminlə orurub durduğumuza diqqət etməliyik. Psixoloqlar da təsdiq edirlər ki, gördüyümüz hər kəs bizdə cuzi də olsa müəyyən təsirlər qoyur. Əgər gördüyümüz şəxslərin bizə təsir qoyma ehtimalı varsa demək ki, daima bir yerdə olduğumuz dostların qoyduğu təsir qaçılmazdır.  

Günümüzdə tez-tez rast gəldiyimiz hadisələr dostların təsirinin gerçəkliyini aydın açıq göstərir.. tanıdığım neçə şəxs var ki, hazırki həyatında Allahın buyrduğu əmrlərə itaətsizliyin zərərlərini dərk edib, xəcalət çəkdiyini və bu yoldan ayrılıb , yeni bir həyata imanlı , saf-təmiz bir yolda yürüməyə can atdığını bilirəm. Ancaq burda bir problem var ki, onu bu addımı atmağa qoymur. O da bəhs etdiyimiz “dostlar”ın (yeyib-içən,oturub-duran yoldaşların) lağ hədəfinə çevrilmək qorxusudur. Bəziləri hətta bu qorxunu dəf edir, sırf Allaha xatir bu lağlağa və zarafatlara səbr edəcəyini düşünür və başlayır. Amma bu ən çox bir həftə və ya bir ay davam edir. Çünki, bu şəxs həmin nalayiq “dostlar”ın təsirinə düşür. Düşməmək də münkün deyil. Bəs çarəsi nədir? Çarəsi həmin dostlarla dostluğunu davam etdirməmək, əlaqələri azaltmaq, onların yanında uzun müddət vaxt keçirməmək və.s. bunun çətin bir iş olduğunu düşünəcəksiz ancaq biləndə ki Allah belə istəyir və bu “əlaqəni kəsmək” zahirən pis görsənsə belə ibadət hökmündədir. Əbəs yerə deyil ki, İslamın əsas hesab etdiyi 10 vacibatdan (Firuiddin) biri Təvəlla və Təbərradır yəni Allahın dostları ilə dost olmaq və Allahın düşmənləri ilə düşmən olmaq. Düzdü deyəcəksiz ki, bizim dostlarımız Allahın düşməni deyil ki...

Etiraf etmək lazımdır ki, birlikdə olduğumuz bu insanlar Allahın düşməni olmasa da, Allahın dostu da deyil...

Bu barədə əzəmətli Quranın bəyanı daha təsirli və bərəkətli olacağına əminəm. Muddəsir surəsində Allah bizlərə Cəhənnəm əhlinin diliylə (onların ora düşmə səbəbini) belə başa salır: “Kaş o kəsləri özümüzə dost seçməyəydik...” Bu mübarək ayə pis dostların bizi haralara aparacağını çox gözəl bəyan edir. Bu gözəl bəyandan sonra yazını

İmam Səccad.ə. duası ilə bitirmək yerinə düşər: İlahi, mənə kömək ol sənin dostlarından uzaq olmayım.

Eldar İlqaroğlu

4/15/2013

Boladi

Tarixi Boladi
Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Ərazisinə və əhalisinin sayına görə Lənkaranda ən iri kəndlərindən hesab olunur. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Bakı-Astara şose və dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir. Aydındır ki, ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər .Bu, qədim yunan coğrafiyaşünası , tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır. " Alman alimi və səyyahı A.Olri 1616-cı ildə müxtəlif səfirliklərə və muzeylərə təqdim etdiyi hesabat və gündəliklərdə Boladinin adını çəkmişdir. Rus səyyahı və diplomatı Artemey Suxanov "Rəştdən Qızlağaca qədər və Gilan vilayətinin sonuna kimi " kitabında yazmışdır: " 1638-ci ilin fevralın 7-də Ləngərgünana gəldik... Qızılağaca gedərkən fevralın 11-də dörd dərin çaydan keçdik. Bunlar Kasiende, Noabine, Cil və Boladi çayları idi." Oxuculara məlumat üçün bildirmək istəyirik ki, Cil və Boladi öz adlarını bu günədək qoruyub saxlamışdırsa da, Kasiende və Noabine çaylarına müasir xəritələrdə təsadüf edilmir. Talış-Muğan mədəniyyətinin bir qolu Lənkəran düzənliyində yerləşmişdir. Boladi kəndi də bu düzənlikdə yerləşir. Azərbaycan EA Tarix İnstitutunun ekspediya dəstəsi 1984-cü ildə Lənkəran bölgəsində tədqiqat işləri apararkən müəyyən edilmişdir ki, bu ərazidə hələ çox qədim zamanlardan öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün əlverişli olmuşdur. Arxeoloji qazıntılar zamanı kəndin seyidoba yaşayış məhəlləsində, Boladi çayının sağ və sol sahilində qədim insanların istifadə etdikləri əl çapacaqları, tunc bıçaq, ox, nizə, xəncər, qılınc, saxsı qabları və s. əşyalar tapılmışdır. Alimlər sübuta yetirmişlər ki, kəndin ərazisində hələ eramızdan əvvəl II minillikdə insanlar məskunlaşmış, ibtidai əmək alətlərindən istifadə etmişlər.

Qədimdir bu yerlərin tarixi

Qədim yaşayış məskəni kimi bu ərazidə hələ eramızdan əvvəl insanlar məskunlaşmışlar. Yunan coğrafiyaşünası və tarixçisi Strabon "Coğrafiya" kitabında Lənkəranın digər yaşayış məntəqələri ilə bərabər Boladidən də bəhs etmişdir. Bu ərazidə yerləşən "Çiləxonə", "Qarağac ocağı" kimi tarixi abidələr kəndin qədimliyindən xəbər verir və sonuncunun 800 ildən çox tarixi var. "Çilkəson" qəbiristanlığı isə Səfəvilərə aid edilir.

Alman alimi və səyyahı Oleri 1616-cı ildə müxtəlif səfirliklərə, muzeylərə yazdığı rəsmi sənədlərdə Boladini dönə-dönə təkrar etmişdir. Rus səyyahı Artemey Suxanov "Rəştdən Qızılağaca qədər və Gilan vilayətinin sonuna kimi" kitabında qeyd etmişdir: "1638-ci il fevralın 7-də Lənkərana gəldik... Qızılağaca gedərkən fevralın 11-də 4 dərin çaydan keçdik. Bunlar Kasiende, Nuabine, Cil və Boladi çayları idi".

Qeyd edək ki, uzunluğu 36 kilometr olan bu çay mənbəyini Brovar silsiləsindən götürməklə Boladi kəndinin ortasından keçir. Xəzər dənizinə tökülən bu çay əsasən yağış sularından qidalanır. Bol suyu, bol balığı olan bu çay həm də Boladi kəndinin yaranmasında və inkişafında başlıca amil olmuşdur.

1869-cu ilin məlumatına görə Boladi kəndi 62 evdən ibarət olmuşdur. Həmin vaxt burda 218 kişi, 189 qadın yaşamışdır. Kənddə böyük bir məscidin olması da, rəsmi sənəddə qeyd edilmişdir.

Bu kəndin tarixi daşlara yazılmış, həm də çox qədim kitabədir. Kəndin seyidoba yaşayış məhəlləsində qədim insanların istifadə etdikləri əl çapacağı, ox, nizə, tunc bıçaq, qılınc, saxsı qablar aşkar edilmişdir. Ayrı-ayrı sahələrdən Səfəvi dövrünə aid sikkələr, bəzək əşyaları tapılmışdır.

Bir neçə elmlər doktoru və elmlər namizədi olan bu kənddən 1941-45-ci il müharibəsində 156 nəfər öz həyatını qurban vermişdir.

Boladi kəndinin keçmişi, bu günü barədə daha ətraflı məlumatı lənkəranlı tədqiqatçılar İsabala Xankişiyev, Hacı Etibar Əhmədov "Boladi" kitabında yazmışlar. Bu yazıda da məhz həmin kitaba istinad edilmişdir.

Lənkəran

Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.



İqtisadi rayon   Lənkəran-Astara
Ərazi    1 539,4 km²
Əhali    212 915 nəfər
Əhali sıxlığı       138 nəfər/km²
Nəqliyyat vas. kodu     42
Telefon kodu    25
Poçt kodu (Mərkəzi PŞ)          AZ 4200
Yaşayış məntəqələrinin sayı      66
İcra başçısı       Taleh Azay oğlu Qaraşov

Etimologiyası

Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.

Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.

Ləngkəran farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.

Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.

Lənkəranın tarixi

Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.


27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.

Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah höküməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.

XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi. Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi. 1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı.

Lənkəran XIX əsrdə


XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.

Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.

Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80–ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.

Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.

Dörd tarixi bölgü

XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar, Sütəmurdov idi. Qala indiki B.Abbasov – MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.

Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili (qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.

Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).

Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvələrində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəranda memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.





İstinad: az.wikipedia.org



3/12/2013

Çətin uşaqların psixologiyası (Kəmalə Səfərova)


                       Çətin uşaqların psixologiyası


Uşağın   çətin   uşaq   kimi   böyüməsində    böyüklərin   “əməyi”   daha   çoxdur.
             Çətin  tərbiyə  olunan  uşaqların  aşkar  edilməsi    onlarla  korreksiya  işinin  aparılması  Psixoloji  Xidmət  sahəsində  müntəzəm  gördüyümüz  işlərdən  biridir.
              Məktəb  reallığını  nəzərə  alsaq  bu  gün  doğrudan  da  çətin  tərbiyə  olunan  uşaqlar  var.  Bir  cəhət  şəksizdir:  bu  normal  uşaqlar  anadan  “asan”    ya   “çətin”  uşaq  kimi  doğulmayıb,  müəyyən  şəraitdə  “çətin”  uşaq  olublar.  Uşağın  çətin  uşaq  kimi   özünü   biruzə  verməsində  böyüklərin   “əməyi”  daha  çoxdur.  Belə  uşaqlar  yaşlıların  onlara  münasibətinin  nəticəsi  olaraq   yaranırlar.
              Çətin  uşaqlar  sözə  baxmayan,  şıltaq,  tərs,  intizamsız,  kobud,  tənbəl,  yalançı,  asosial  olurlar.  Onların  böyük  əksəriyyəti  ünsiyyət  tələbatı  nəinki  ailədə,  həm    məktəbdə  təmin  olunmayan  yeniyetmələrdir.  Əgər  uşaq  özünü  pis  aparırsa,  deməli  onunla  qarşı  tərəf  arasında  anlaşılmazlıq   var.  Bu  anlaşılmazlığın  fərqinə  varmaq,  çətin  hesab  olunan  uşaqla  maraqlanmaq,  söhbət  etmək,  onları  dinləyib  anlamağa  çalışmaq,  keçirdikləri  yaşantıları  başa  düşmək,  onların  problemlərinə  şərik  olduğunu  hiss  etdirmək  vacibdir.  Xüsusən    yeniyetməlik  yaşı  dövründə.   Çünki  görkəmli  psixoloqların  fikrincə,  bu  dövr  hər  hansı  xoşagəlməz  halın  yaranması  üçün    qədər  gərgin,  təhlükəli  olması  ilə  yanaşı  profilaktik  tədbirlərin  təsir  göstərməsi,  şəxsiyyətin  inkişafının  korreksiyası     xoşagəlməz  davranışın  qarşısını  almaq  üçün  bir  o  qədər  əlverişli  dövrdür.
              Çətin   uşaqların  əmələ  gəlməsinin   səbəblərini  araşdıraraq   psixoprofilaktika     psixokorreksiya  vasitələrindən  sistemli  şəkildə  istifadə  etmək  lazımdır.
               Yaşadığımız  kənd   böyük  olsa  da,  sosial  nəzarət  güclüdür.  Məktəbimizdə  yuxarıda  göstərdiyimiz  tələbatlara  uyğun  çətin   uşaqlar  yoxdur.  Bəzən  şagird  qaydalarını  pozan,  intizamsızlıq  edən,  dərslərdə  iştirak  etmək  istəməyən  uşaqlar  var.  Biz  onlarla  fərdi  şəkildə  söhbət  edir,  bir  çox  psixoloji  məsləhətlər  veririk.  Psixoloqların  fikrincə,  pis  uşaq  yoxdur,  pis  münasibət  var.
                Çətin  hesab  etdiyimiz  uşağın  özünü  öyrənir,  onun  əhatə  dairəsi,  oturub-durduğu  insanların  dünyagörüşü  ilə  maraqlanır    ona  uyğun    aparırıq.  Belə  uşaqların  valideynləri  ilə  fərdi  söhbətlər  aparır,  məsləhət  görürük  ki,  hər  bir  valideyn  övladını  tərbiyə  etmək  üçün  onu  öyrənməli,  uşağın    istədiyini,   necə  istədiyini   bilməli,  onun  hisslərinə   hörmət   etməyi   bacarmalıdır.  Onlar   öz   övladlarına   məhz   bu  gün   lazımdır.
                Əgər   uşaq   lazım   olan  diqqəti  ailədə  görməsə,  onu   kənarda   axtaracaq.  Bu  “axtarışlar”  isə  onu  uçurumlara  aparacaq.
                Hər  bir  uşağın   öz   dünyası  var.  Bu   dünyaya  daxil  olmaq,   onun  acılarına  kədərlənib,   sevincinə  şərik  olmaq   hər   bir   valideynin   ümdə  vəzifəsidir.
                Atalar   sözlərinin   birində  deyilir:
      “Uşaqlarla  elə  davranın  ki,  elə  bil   əllərinizdə  quş  tutmuşsunuz,   ovcunuzu  cox  açmayın,  quş  uça  bilər,  cox  sıxmayın   quş  ölə  bilər.”
               Hər  bir  uşağın   Vətənə   layiqli   övlad   kimi  böyüməsində  də,   cinayətkar  olmasında  da,   zərərli  vərdişlərə  aludə  olmasında  da  valideynin   mütləq     mütləq   “payı”  var.
               Ulu   öndərimizin   xatirələrindən   danışarkən   verilişlərin   birində  möhtərəm   prezidentimiz   İ. Əliyev   cənabları  qeyd   etmişdi  ki:  “Bizim  ailəmizdə  böyük   məsuliyyət      kiçik   azadlıq   var  idi.”
               Bu   gün   həmin   tərbiyənin   nəticəsi   göz   qabağındadır.
               Biz     arzulayırıq   ki,  hər  bir   valideyn   öz   ailəsində   böyük   məsuliyyət      kiçik  azadlıq   yarada  bilsin  ki,  övladları  məktəb  yaşlarından   ailədən   mənəvi  cəhətdən   uzaq  düşməsinlər.

 Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin psixoloqu  Kəmalə Səfərova.
                                                                         Təhsil problemləri qəzeti üçün.