1/18/2016

Qarabağ şəhidləri


Biz az yaşayırıq ki, Vətən çox yaşasın!

Nahir Ənvər oğlu Axundov Məktəb Qarabağ şəhidi Nahir Axundov adını daşıyır.
974-cü il martın 1-də anadan olub.Lənkəran hərbi komissarlığının nəzdində sürücülük məktəbini bitirdikdən sonra Milli Ordu sıralarına çağırılıb.Kəşviyatçılar dəstəsində xidmət edib. İlk döyüşü 1992-ci il avqust ayının axırlarında Laçında qarşılayıb. Həmin il oktyabr ayının 19-da Laçın rayonunun sarıbala yüksəkliyi uğrunda döyüşlərdə xüsusi igidlik göstərmişdir .Az sonra Yaralanmış və çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmamışdır.1992-ci il oktyabırın 21-də doğma yurdunda- Boladi kəndində torpağa tapşırılmış.
                           İLYAS HAŞIM oğlu QASIMOV

  1974-cü ıil oktyabırın 23-də anadan olub.Əvvəl kənddəki I saylı orta məktəbin doqquzuncu sinifini(1989),sonralar Lənkəran 113 saylı kənd orta texniki peşə məktəbini bitirmişdir.Bir il sonra Milli Ordu sıralarına çağırılmış, Gəncə hərbi alayında xidmət etmişdir. 1992-ci il avqustun 30-da Ağdərə doyüşlərində yaralanmış sentyabırın 12-də hərbi qosbitalda vəfat etmişdir 

                        SƏFƏRƏLİ RAFİQ oğlu NƏCƏFOV

 1973-cü il martın 15-də anadan olmuş, 1990-cı ildə kəndəki I saylı orta məktəbi bitirmişdir.Hərbi xidmətə əvvəl Ukraynada , sonralar Azərbaycan Resbublikasında başlamışdır.1993-cü il sentyabrın 27-də Ağcəbədi uğrunda döyüşlərdə qəhramancasına həlak olmuşdur.

                         BAHADIR TEHRAN oğlu HƏSƏNOV 

 1973-cü il martın 12-də anadan olmuş.1990-cı ildə kəndəki məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbində daxil olmuşdur . Sonralar təhsilini Bakı Ali hərbi Dənizçilik məktəbində davam etmiş , Xəzər Dənizçilik İdarəsində işləmişdir . 1993-cü ildən baş leytinant rütbəsində hərbi xidmətə çağrılmış 1995-ciiyulun 14-də Beyləqanda döyuş tapşırığını yerinə yetirərkən 
həlak olmuşdur.

                         ŞADİL FƏRMAN oğlu AĞAYEV 

  1972-ci il sentiyabırın 7-də anadan olmuş,1989-cu ildə kənd orta məktəbini bitirmişdir.Evlərinə yazdığı məktubda Laçında döyüşdüyünü bildirmişdir. 1992 -ci ildə itgin düşmüşdür.

                           ŞAHMAR RƏHMƏT oğlu MİRZƏYEV 

     1974-cü il fevralın 2-də anadan olmuş,1991-ci ildə kənddəki orta məktəbini bitirmişdir.1992-ci ildə Milli Ordu sıralarına çağrılmış, Kəlbəcər döyüşlərində iştirak etmişdir. 1993-cü ildə itigin düşmüşdür.

                                NAİL ZAKİR oğlu CABBAROV. 

 1974-cü il noyabrın 8-də anadan olmuş, 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarınada xidmət edirdi.Beylaqan uğrunda döyüşlərdə iştirak etmişdi. 1994-cü ildə itgin düşmüşdür.

                           ELŞƏN AYDƏMİR oğlu RƏHMANOV 

 1975-ci il dekabırın 6-da anadan olmuş,1992-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarına xidmət edirdi . 1994-cü ildə itgin düşmüşdür

   Əkberov Samid Asif oglu 1983-cu il yanvar ayinin 23-de Lenkeran rayonunun Boladi kəndinde ziyali ailesinde anadan olmushdu.Vetene leyaqetle xidmet göstermek üçün herbçi olmaq isteyi onun yolunu Heyder Eliyevin adini dasiyan Ali Herbi Mektebden saldı.O,bu herbi mektebi ela qiymetlerle bitirib torpaqlarimizin azadliğı uğrunda aparılan mubarizəyə qoşularaq ön cebheye yollanmışdı.4 il idi ki,düşmenle üz-üze idi.2008-ci il noyabr ayının 8-de 17:30 radələrində Füzuli rayonunun Seyid Ehmedli kendinde takım komandiri,baş leytenant Samid Ekberov xidmeti vezifesini yerine yetirerken düşmen snayperi terefinden başından ağır gülle yarası alır.Samid Füzulideki herbi hospitala aparılarken yolda kechinmisdir.Azerbaycan Respublikasının erazi bütovluyü ugrunda gosterdiyi xidmete göre ona ölümünden sonra şehid statusu verilmishdir.Allahdan şehidimize rehmet dileyirik,qebri nurla dolsun...

Habil Mirzəhüseyin oğlu Sadıqov, Rüfət Balaxan oğlu Xankişiyev, Rauf Mahmud oğlu Şərifov, Vuqar Qubad oğlu Mirzəyev,Cəmil Mədəsən oğlu Əsədov qarabağ döyüşlərində yaralanmış,doğma kəndlərinə qəhraman kimi qayıtmışlar.
       İbtidai hərbi hazılıq sahəsində uğurlara görə məktəb1986-cı ildə SSRi Xalq Təsərüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, sərginin mükafatına layiq görülmüşdür.