Fəxrimiz Nübar Cavadzadə

          Hələ sovet dönəmində Lənkərn rayon Boladi kənd 1 saylı tam orta məktəbi, ali məktəbə qəbul olunan və qızıl, gümş medallarına layiq görülmüş şagirdlərinin sayına görə həmişdə respublika məktəbləri arasında ön sıralarda omuşdur.  Ön sıralarda olmasının səbəbi təkcə kəmiyyətdə deyil, keyfiyyətdə də özünü göstərmişdir. Şagirdlərimiz hələ o dövrdə  keçmiş SSRİ-nin müxtəlif  yerlərində ən prespektivli, yüksək səviyyəli ali məktəblərinə daxil olmuşdur. Məhz o səbəbdəndir ki, ziyalı kəndi adlanan Boladinin bü gün  general, admiral, onlarla alim və yüksəv vəzifələrdə çalışan sakinləri vardır.    

             Məktəb rəhbərliyi və müəllimlərinin zəhməti nəticəsində bü gün də bu ənənə davam edir. Carı ildə məktəbimizin nümünəvi və istedadlı şagirdi  Cavadzadə Nübar Əsədulla qızı 670 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuşdur.  Qeyd edim ki, Nübar məktəbdə oxuduğu illərdə zona və respublika fənn olimpiadalarında ilk yerləri qazanmış, medalla təltif olunmuşdur. Bu gün isə sevincimizə daha bir sevinc qatılıb. Nübar Cavadzadə Təhsil Nazirliyinin əmri ilə QIZIL MEDALA layiq görülmüşdür. Təbrik edirik!!!





Комментариев нет:

Отправить комментарий