Məktəbin tarixi




BOLADİDƏ TƏHSİL

 
Boladi kəndində təhsil inqilaba qədər fərdi xarakter daşımış, mollaxana və mədrəsələr fəaliyyət göstərmişdir. Nəcəfül-Əşrəfdə, Məsmeyi-Qumda, Xorasanda və digər dini mərkəzlərdə təhsil almış axund və mollalar burada dərs demiş, ərəb və fars dillərində yazıb oxumağı öyrətmişlər. Mollaxana və mədrəsələrdə dərs deyənlər arasında axund Kerbelayi Mirməhərrəm Ağa Dadaşov, molla Kərim, molla Rəhman, oğlu axund Məhəmmədhüseyn Adıgözəlov, axund Həmid Rzayev, axund Ağaxan Hüseynov və başqalarının adı bu gün də yaşlı nəslin dilindən düşmür. Sən demə, qəzanın bir çox yaşayış məntəqələrində olduğu kimi, Boladi kəndində də elmə və təhsilə tarixən maraq olub. İnqilaba qədər kəndin molloba məhəlləsindəki məsciddə mədrəsə fəaliyyət göstərmişdir. Nəcəfül – Əşrəfdə, Məsmeyi – Qumda, Xorasanda və digər dini mərkəzlərində təhsil almış axund və mollalar burada dərs demiş, uşaqlara ərəb və fars dillərində yazıb – oxumağı öyrətmişlər.1920 – ci ildə Kor mollanın dərs dediyi mədrəsədə 12 uşağın, o cümlədən 4 qızın oxuduğunu söyləyənlər vardır. Kərbalayı Həmid Rzayev axundluq etdiyi molloba məscidindəki mədrəsədə dərs demişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Boladi kəndində yeni tipli məktəbin açılmasına təşəbbüs göstərilmişdir. 1921-ci ildə təşkil olunmuş savad kursua evdar qadınlar da cəlb edilmişlər. Bu dövrdə kəndin ayrı – ayrı məhəllələrində savad kursları təşkil olunmuş, burada oxuyanlara "Zərbəçi maarifçinin kitabçası" vəsiqəsi verilmişdir. Fəaliyyət göstərdiyi 1922-ci ildə məktəbə 20 nəfər cəlb olunmuşdur. Onların arasında Musaxan Ağayev, Əliabbas Rzayev, Əsgər Qəniyev, Kərəm Rzayev, Ağababa Nəsirov, İslam Əhmədov, Güllaba Quliyev və başqaları olmuşlar. Qonşu Separadi , Zövlə , Sağlaser , Cil , Vilvan və digər kəndlərdən də məktəbə təhsil almağa gəlirdilər. Lənkəran qəzasında , o cümlədən Boladi kəndində 8 – 12 yaşlı uşaqların tamamilə məktəbə cəlb etdirmək günün ən vacib məsələsinə çevrilmişdir. Professor Z. Budaqova yazır ki, 1929-cu ildən latın əlifbasına keçən talışlar ibtidai hazırliq siniflərində, həmçinin texnikumların birinci və ikinci kurslarında öz ana dillərində oxumuşlar.M.Nəsirli və Ş.Mürsəlovun 1929-cu ildə çap olunmuş " Səvodin bibən " ( Savadlı olun – red. ) talış dili dərsliyindən Boladi kənd məktəbində " Əlifba " kimi istifadə edilmişdir. Savadsızlığa qarşı aparılan mübarizə öz səmərəsini vermişdir. Məktəblərin ayrı-ayrı məhəllələrdə pərakəndə halda fəaliyyət göstərməsi kənd ziyalılarını az narahat etmirdi.Təşəbbüs rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanmış və 1937-ci ilin noyabr ayında kənddə ikimərtəbəli , 20 sinif otağından ibarət , orta təhsil verən yeni məktəb binası istifadəyə verilmişdir.Məktəbin tikintisində kolxozun sədri Əbdül Kəlbiyevin xidmətləri vardır. Məktəbin ilk müdiri Böyükağa Talışxanovdur. O, 1922 – 1928 –ci illərdə məktəbə rəhbərlik etmişdir.Yaqub Axundov ( 1928-1931), Abdulla Quliyev ( 1932-1937), Məmməd Kərimov ( 1937-1941 , 1950-1978 ), Möhsün Dadaşov ( 1941-1943), Abdulla İbadov ( 1943-1944 ),Şükür Hüseynov ( 1944-1949), Vəliağa Əligülov ( 1978-1982), Həmid Hüseynov ( 1983-19930, Ramazan Quliyev ( 1993-cü ildən ) müxtəlif illərdə məktəbin direktoru işləmişlər. Bu təhsil ocağı 1922-1934-cü illərdə ibtidai, 1934-1938-ci illərdə əsas məktəb kimi fəaliyyət göstərmiş, 1938-ci ildə orta məktəbə çevrilmişdir. Bu dövrdə məktəbin direktoru Məmməd Kərimov, dərs hissə müdiri Ağa Quliyev olmuşdur. Əli Nəzərov tarix , Oruc Əliyev ədəbiyyat, Yevdakiya Serafimovna rus dili, Şirəli Babazadə coğrafiya, Tağı Dadaşov kimya, Xudaqulu Kəlbiyev hesab fənnindən dərs deyirdilər. Hümmət Nəhmətov sinif müəllimi idi. Ayrı-ayrı məhəllələrdə olan ibtidai məktəblər 1948-ci ildə kəndin mərkəzindəki orta məktəblə birləşdirilmişdir. 50-ci illərin əvvələrində kənd orta məktəbində ədəbiyyatı Gülağa Paşayev, Həmzə Səfərov, riyaziyyatı Rəhim Cavadov, fizikanı Həmid Hüseynov, kimyanı Mirzə İbadov, İngilis dilini Adil Axundov, Bahadir Şərifov , biologiyanı Yusif Rəsulov , Cabir Tahirov , rus dilini Nina , Alla və Nadejda , coğrafiyanı Şəfiqə Axundova , tarixi Zakir Axundov tədris edir, Teyyubə Axundova , Fəxri Heydərova , Bəhriyyə Abdullayeva , Rumiyyə Dadaşova ibtidai siniflərdə dərs deyirdilər. Boladi kəndində ilk ali təhsilli müəllim Məmməd Kərimov olmuşdur. O, coğrafiya fənnindən dərs demişdir. Bu gün Azərbaycan təhsilində qlobal dəyişikliklər, yeniləşmə prosesi gedir. Demək müstəqil Azərbaycanın gələcəyi ,milli müstəqilliyimizin taleyi təhsilə qayğıdan, gələcək nəslin necə öyrədilməsindən, daha doğrusu, təhsilimizin uğurlarından cox şey asılıdır.Bu gün təhsil sisteminin başlıca vəzifəsi dərin, hərtərəfli biliyə ,bacarığa , praktik vərdişlərə , yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik şəxsiyyət yetişdirməkdən ibarətdir. Məktəb qarşısında duran başlıca vəzifəsi " 2000-2006-ci illərdə Azərbaycan Respublikasının Təhsil Sistemində Tərbiyə İşinin İnkişaf Proqramı"nda öz əksini tapmışdir. Boladi məktəbi öz ənənəsi olan ümumtəhsil ocaqlarımızdandır və Lənkəranın məktəb tarixində özünəməxsus yer tutur. Xüsusilə 70-ci illərdən başlayaraq rayonun digər məktəblərində olduğu kimi, burada da məktəbin texniki və elmi-metodiki vasitələrlə təminatı yaxşılaşmışdır. Məktəbin həmin illərdə kabinet sisteminə keçməsi şagirdlərin bilik səviyyəsinin və dünyagörüşünün artmasında , texniki və əyani vəsaitlərdən istifadə etmək sahəsində müəyyən bacarıq və vərdişlərə yiyələnməsində rol oynamışdır.Təsadüfi deyildir ki, o vaxtlar məktəbin fizika və kimya müəllimlərinin iş təcrübəsi respublika məktəblərində yayılmışdı.Qabaqcıl təcrübənin ümumiləşdirilib yayılması sahəsində az iş görülməmişdir. Belələrinin əməyi o dövrün hökümət təltiflərilə qeyd edilmişdir. Fizika müəllimi Əliməmməd Ağayevin Respublikanın Əməkdar müəllimi adına layiq görülməsi təkcə məktəb kollrktivinə deyil , həm də rayon təhsilinə verilən qiymət idi. Bütün bunlar müəllim əməyinə , müəllim şəxsiyyətinə sonsuz etiramın və qayğının təzahürüdür. Əgər 1970-ci ildə məktəbdə 1017 şagird oxuyurdusa , 2005-ci idə onların sayı 1283 nəfər olmuşdur. 1970-ci ildə məktəbdə 16 ali təhsilli müəllim vardı. İndi isə 70 ali təhsilli müəllim dərs deyir. Hamısı da elmin sirlərinə vaxtı ilə bu məktəbdə yiyələnmişdir. Son 30 ildə məktəbdə dərs deyən müəllimlərin sayı 3 dəfədən çox artmışdır. Boladi kəndində ilk məktəbin fəaliyyətə başladığı gündən 80 il keçir. Məktəb 1992-ci ildən I saylı məktəb kimi fəaliyyət göstərir. Həmin ilin oktyabr ayında məktəbə Qarabağ döyüşlərinin qəhrəmanı Nahir Axundovun adı verilmişdir. Ötən 80 il ərzində məktəbi 6000-dən çox şagird bitirmişdir.1980-cı ildən yeni tipli üç mərtəbəli məktəb istifadəyə verilmişdir.

Комментариев нет:

Отправить комментарий