2/24/2024

Google şirkətində çalışan məzunumuz Cəlil Azay Azad oğlu


Cəlil Azay Azad oğlu 1995-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur.

2012-ci ildə Lənkəran rayonu N.Axundov adına Boladı kənd 1 nömrəli tam orta məktəbini əla qiymətlərlə bitirmişdir.

2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye universitetinin 'Komputer Mühəndisliyi' ixtisasına yüksək balla qəbul olmuş və 2016-cı ildə universiteti Fərqlənmə diplomu ilə bitimişdir.



Hərbi xidmətdən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankında 'Sistem Administrator - Sistem İnzibatçısı', 'Linux Engineer - Linux Mühəndisi' kimi vəzifələrdə çalışmışdır.

Daha sonra, dünyada İnformasiya Texnologiyaları sahəsində Top 10-a daxil olan amerikanın Cisco şirkətindən iş təklifi almış və 

karyerasını Cisco-nun Polşa ofisində 'Security Engineer - Informasiya Təhlükəsizliyi mühəndisi' kimi davam etdirmişdir.

Hal-hazırda isə Polşada, dünyaca məhşur olan amerikanın Google şirkətində 'DevOps Engineer - DevOps Mühəndis' kimi çalışır.

2/23/2024

Xocalı faciəsi

 Bu gün məktəbimizdə Xocalı faciəsinə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin tarix müəllimləri Xaqan Bağırov və Gülnarə İbadova Xocalı faciəsi barədə ətraflı məlumat verdilər. 









2/22/2024

Şəhid Əkbərzadə Valeh Asim

 Bu gün məktəbimizin məzunu şəhid Əkbərzadə Valeh Asim oğlunun doğum günüdür. Allah şəhidlərimizi rəhmət eləsin

Valeh Asim oğlu Əkbərzadə (22 fevral 1997; Boladı, Lənkəran rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Valeh Əkbərzadə 22 fevral 1997-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Cəmilə Əkbərzadə ilə ailəli idi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Valeh Əkbərzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)



2/07/2024

Əlaçılarımızın valideynlərinə təşəkkür məktubu göndərildi

 2023/2024-cü tədris ilinin l yarım ilinin qiymətləndirmə nəticələrinə görə əlaçı olan 112 şagirdin valideyninə təşəkkür məktubu göndərildi. 

Əlaçı şagirdlərimizi təbrik edir, bütün şagirdlərimizə uğurlar arzulayırıq.



2/06/2024

Jalə Məmmədəliyevanın riyaziyyat fənnindən açıq dərsi

 Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta məktəbində 06 fevral 2024-cü il tarixində məktəbin gənc riyaziyyat müəllimi Jalə Məmmədəliyevanın Vlll c sinfində "Üçbucağın sahəsi" mövzüsunda açıq dərsi dinlənildi. Dərsin nümünəvi təşkil olunmasından əlavə Jalə müəllimənin qrup işində şagirdlərə üstündə sahəsinin tapılması üçün düsturlarda yazılmış üçbucaq və piramida formasında hazırladığı şirniyyatların paylaması maraqla qarşılandı.



























2/04/2024

Həvəsləndirmə tədbiri tətbiq edilən şagirdlərimiz

 Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 №-li tam orta məktəbininin 2023/2024-cü tədris ilinin l yarımilində müxtəlif olimpiada, müsabiqə və bilik yarışlarında uğurlu nəticələrinə görə “təşəkkürnamə”   ilə təltif edilmiş şagirdlərin siyahısı


Respublika Fənn Olimpiadalarının rayon mərhələsində uğur qazanmış şagirdlər 

1.Qafarzadə Zəhra Zaur qızı - riyaziyyat fənni üzrə (80 bal) Xl sinif

2.İbadzadə Həlimə Emil qızı - riyaziyyat fənni üzrə (44 bal) X sinif                                                                                                3.Qasımov Mirfətdah Şamo oğlu- riyaziyyat fənni üzrə (57 bal)  lX sinif 

4.İbadov Elmin Emil oğlu- riyaziyyat fənni üzrə (37 bal)  lX sinif 

5.Rəhimova Jalə Oruc qızı - Azərbaycan dili fənni üzrə (61 bal) Xl sinif

             Ulu öndər Heydər Əliyevin 100 illik yubieyinə həsr edilmiş məktəblilər arasnda keçirilən Bilik yarışında qalib olanlar

1.Əmərəliyev Ağakişi Xeyrətdin (lla)                                                                                                  2.Rzazadə Ayxan Orxan (lla)                                                                                             3.Həsənzadə Sunay Əmir (lla)                                                                                                 4.İsmayılov Yusif Camaladdin(lla) 

5.Abdullayev Rəşad Amid (llb)

6.Hüseynova Nazlı Ruslan (llc)

7.Nəsirzadə ƏzizağaQoşqar (llc)

8.Qasımov Yunis Emin (llc)

9.Ağayev Orxan Vüsal (llc)

10.Əkbərov Lətifşah  Araz (lVc)

11.İsmayılova Ağabəyim Camaladdin (Vlllc)

12.İbadova Həlimə Emil (Xc)

13.Qafarova Zəhra Zaur (Xla)

14.Rzayeva Sabirina Ramik (Xla)

                                                   

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və İnnovasiyalar üzrə Vll Qrant msabiqəsinin qalibi “Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində həyata keçirilən məktəblilərarası bilik yarışmasında final mərhələsində iştirak hüququ qazanmış şagirdlər

 1.Məhərrəmov  Əlikamal Nail (Xb)                                                                                           2.Məmmədov Elmir Qadir (Xla)


Sabahın aliməri Xlll Respublika Msabiqəsinin final mərhələsində iştirak hüququ qazanmş şagirdlər 

1.Əlizadə Suad Seyran (Xc)                                                                                                                 2.Rzayev Polad Elman (Xc)

Lütfi Zadə

 4 fevral dünya şöhrətli alim, qeyri səlis məntiq ( bulanıq məntiq) nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. 

Lütfəli Rəhim oğlu Ələsgərzadə  riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka tətqiqatçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter üzrə əməkdar professorudur.


Atası  Rəhim Ələsgərzadə Azərbaycan əsillidir və Ərdəbildə doğulub.  Anası Fanya Korenman yəhudi əsilli rusdur.  Lütfəli Ələsgərz adə 4 fevral 1921-ci ildə Bakıda doğulub.


Lütfi Zadə təhsili

Dünya şöhrətli alim üçüncü sinfədək təhsilini Bakıda alıb, daha sonra o, ailəsi ilə birgə Tehrana köçüb.


1942-ci ildə Tehran Universitetindən məzun olub. Bundan  bir il sonra ABŞ-a köçüb.  1944-cü ildə Massaçusets texnologiya İnstitutuna daxil olub və adını Lütfi Əsgər Zadə olaraq dəyişib. 1946-cı ildə Kalumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi təhsil alınır. 1959-cu ilə qədər ABŞ-da MIT və Kolumbiya uni­versi­tetlərində magistr, doktorluq elmi dərə­cələri almış, pro­fessor kimi fəaliyyət göstər­mişdir.  1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.


Lütfi Zadə nəzəriyələri

Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”,  “Soft kompyutinq” kimi nəzəriyyələrin müəllifidir.


Onun məhşurlaşmasına səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsini 1973-cü ildə iləri sürüb. Qeyri-səlis məntiq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir.


Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə qazandığı uğurlarına görə Yaponiya tərəfindən elm adamlarına  verilən  ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.


Lütfi zadə yəhudi əsilli Fey xanımla ilə evlənib. Onların 2 övladı var. Stella Zadə və Norman Zadə.