3/23/2024

Professor Məsud Mahmudov

 Məzunumuzu tanıyaq!


Professor Məsud Əhməd oğlu Mahmudov 


Filologiya elmləri doktoru, professor Məsud Əhməd oğlu Mahmudov 1951-ci ildə Lənkəran rayonunun Boladi kəndində müəllim ailəsində anadan olub.  1967-ci ildə Lənkəran rayonu Boladi kənd tam orta məktəbini bitirib. 1971-ci ildə  Bakı Maliyyə-Kredit Texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsini bitirib. Macarıstanda hərbi xidmətdə olub (1971-1973).  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1976). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında  ikillik ingilis dili kursunu əla qiymətlərlə bitirib (1978). Leninqrad (Sankt-Peterburq) Dövlət Pedaqoji İnstitutunda professor R.Q.Piotrovskinin rəhbərlik etdiyi “Инженерная лингвистика» laboratoriyasında elmi təcrübə keçib. Eyni zamanda Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin  “Математическая лингвистика» kafedrasının aspirantı olub (1979-1982), “Struktur, tətbiqi və riyazi dilçilik”, “Türk dilləri” ixtisasları üzrə namizədlik (1982), “Türk dilləri” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə doktorluq (1994) dissertasiyaları müdafiə edib. “Türk dilləri” ixtisası üzrə baş elmi işçi diplomu alıb (1991). “Dil nəzəriyyəsi” ixtisası üzrə professor elmi adı alıb (2005).

 Formal təhlil sistemlərinin qurulmasının nəzəri və təcrübi problemləri, maşın tərcü¬məsi, avtomatik maşın lüğətlərinin, müxtəlif tipli statistik lüğətlərin (tezlik, əks və s.) tərtibi sahəsində  respublikamızda və onun hüdudlarından kənarda tanınmış mütəxəssisdir. “Kitabi-Dədə Qorqud”un və Məhəmməd Füzulinin əsərlərinin statistik cəhətdən öyrənilməsi sahəsində dəyərli araşdırmaların müəllifidir. Onun həmmüəllifi olduğu  “Bitişik, yoxsa ayrı?” sorğu kitabı və “Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət” “Azərnəşr” tərəfindən çox böyük tirajlarla( 50 min və 70 min)  nəşr olunmasına baxmayaraq, sonralar da bir neçə dəfə çap olunub. Həmtərtibçisi olduğu  “Rumınca-azərbaycanca-azərbaycanca-rumınca lüğət” Azərbaycan və Rumıniya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına xidmət edən bir kitab kimi  ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

 1999-cu ildə çapdan çıxmış “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” monoqrafiyası (A.Axundov və M.Məmmədovla şərikli) elmi ictimaiyyətin dərin rəğbə¬tini qazanıb. 

 2023-cü ildə  Heydər Əliyev ili ərəfəsində onun “ Heydər Əliyev – Azərbaycan dili və azərbaycançılıq” monoqrafiyası ( A. Axundov, M. Məmmədov və N. Məmmədli ilə birlikdə)  “Elm və təhsil” nəşriyyatında çap olunub. 


  Nəzəri dilçiliyin bir çox aktual problemlərinə və dilçiliyin müxtəlif sahələrinə aid dəyərli elmi əsərlərin müəllifidir. Əsərlərinə xarici ölkə alimləri tərəfindən istinadlar edilir.

 2002-ci ildə çapdan çıxmış “Mətnin formal  təhlili sistemi” kitabı informatika, dil nəzəriyyəsi, maşın tərcüməsi  və süni intellekt problemləri ilə məşğul olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və maşın tərcüməsi sistemlərində  uğurla tətbiq olunmaqdadır. 

2010-cu ildə onun həmtərtibçisi və önsöz  müəllifi  olduğu “Azərbaycan dilinin tezlik lüğəti” üçcildliyinin I cildi (söz kökləri) çapdan çıxmış və qalan iki cildin  çapı gözlənilir. Tezlik lüğəti Azərbaycan dilinin sözəmələgətirmə tiplərinin, sözdəyişdirmə imkanlarının araşdırılması, orfoqrafiya və qrafikanın təkmilləşdirilməsi baxımından böyük səmərə verə bilər. Lüğət-minimumların, danışıq kitabçalarının hazırlanması, tədris materialının seçimi prosesində həmin lüğətdən faydalanmaq olar.   “Azərbaycan dilinin tezlik lüğəti”ni  Azərbaycan dilçilik elminə sanballı töhfə kimi səciyyələndirmək olar.

  “Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “ Azərbaycan dilinin əks əlifba lüğəti” kitablarının elektron variantının hazırlanması və internetdə yerləşdirilməsini də ( Ə. Fətullayevlə birlikdə) onun uğurlu işlərindən hesab etmək olar. 

 İnternetdə geniş istifadə olunan  “Poliqlot” lüğətlər kompleksinin  və “Dilmanc” maşın tərcüməsi sisteminin  yaradılmasında yaxından iştirak etmişdir. 

2013-cü ildə “ Elm və təhsil” nəşriyyatında  çapdan çıxmış “ Kompüter dilçiliyi” monoqrafiyası alimin maşın tərcüməsi və formal linqvistik təhlil sistemləri istiqamətində apardığı uğurlu araşdırmalarının davamıdır. Monoqrafiyada ilk dəfə olaraq kompüter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti, istiqamətləri, sahələri haqqında, həmçinin  Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri,  statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik sistemlər barədə ətraflı məlumat verilir. “ Kompüter dilçiliyi” monoqrafiyası professor Məsud Mahmudovun  çoxillik gərgin elmi axtarışlarının və zəhmətinin məhsulu kimi Azərbaycan dilçilik elminə layiqli töhfədir. Bu əsər nəzəri və tətbiqi dilçiliyin aktual problemləri ilə məşğul olan alimlərin, müvafiq sahələr və ixtisaslar üzrə təhsil alan tələbələrin və geniş oxucu kütləsinin dərin rəğbətini qazanıb. 

 2018- ci ildə professor Məsud Mahmudovun “ Türk dillərinin milli korpusları” monoqrafiyası çapdan çıxıb.  Monoqrafiya Azərbaycanda Atatürk Mərkəzi ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun birgə elmi əməkdaşlığı çərçivəsində işıq üzü görüb( elmi redaktor və ön sözün müəllifi akademik Nizami Cəfərovdur). Müəllif əsəri Bakı Dövlət Universitetinin 100 illiyi günlərində unudulmaz  müəllimlərinin əziz xatirəsinə dərin ehtiram olaraq çap etdirib. Monoqrafiya dilçiliyin cürətlə inkişaf edən ən yeni sahələrindən biri olan korpus dilçiliyinə həsr olunub. “ Türk dillərinin milli korpusları” əsəri elmi ictimaiyyət tərəfindən alimin yeni uğuru kimi qiymətləndirilir, türkologiyada , o cümlədən Azərbaycan dilçiliyində elmi-nəzəri və təcrübi əhəmiyyəti olan əsər kimi qəbul olunur. 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş  “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” ilə bağlı  işlər onun rəhbərliyi icra olunub , azerbaycandili.az və korpus.azerbaycandili.az  saytları  yaradılıb  və baza orada yerləşdirilib. 

2017-2018- ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinin Humanitar və İctimai elmlər sahəsinin Azərbaycan dili ixtisası üzrə “ Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistemin və lüğətin hazırlanması” kompleks elmi-tədqiqat layihəsinin  rəhbəri olub və həmin iş uğurla yerinə yetirilib. 

30-a yaxın elmlər namizədi və 8 elmlər doktoru yetişdirib. Hazırda bir çox doktorant və dissertantlara elmi rəhbərlik sahəsində səmərəli fəaliyyətini davam etdirməkdədir.

 Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının sədri və üzvü vəzifələrində çalışıb,  Azərbaycan və Qazaxıstan Dil komissiyalarının üzvü olub.

 Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyir (1976-cı ildən).  1985-1988-ci illərdə İnstitutun elmi katibi,  1988-ci ildən  2013-cü ilə kimi isə  elmi işlər üzrə direktor müavini və eyni zamanda ictimai əsaslarla Nəzəri və tətbiqi dilçilik şöbəsinin müdiri vəzifələrini aparıb. Hazırda həmin İnstitutun Kompüter dilçiliyi şöbəsinin müdiridir. 24  monoqrafiya və kitabın, 150-dən çox məqalə və tezisin müəllifidir. Alma-Ata, Ankara, Astana, Bakı, Bişkek, Çimkənd, Kişinyov, Leninqrad (Sankt-Peterburq), Mahaçqala, Minsk, Moskva, Takestan, Tallin, Tbilisi, Türkestan, Simferopol  şəhərlərində keçirilmiş nüfuzlu elmi məclislərdə Azərbaycanı təmsil edib. 

 2021-ci ildə Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə  və 70 illik yubileyinə görə Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 

 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ Azərbaycan Respublikasında 2023-cü ilin “ Heydər Əliyev ili” elan edilməsi haqqında “ 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə AMEA prezidentinin təşəkkürnaməsini almışdır. 

Professor Məsud Mahmudov Azərbaycan dilçiliyində   struktur, tətbiqi, riyazi  dilçilik, linqvostatistika,  statistik  leksikoqrafiya, maşın tərcüməsi, kompüter dilçiliyi, korpus dilçiliyi kimi yeni istiqamətlərin yaradıcılarından və ilk tədqiqatçılarından biridir. 

 Bu yaxınlarda – 26 fevral 2024-cü ildə  professor Məsud Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.

Ailəlidir, beş  nəvəsi var.



https://azertag.az/xeber/professor_mesud_mahmudova_turk_dunyasi_arasdirmalari_beynelxalq_elmler_akademiyasinin_uzvluk_diplomu_teqdim_olunub-2940329

2/24/2024

Google şirkətində çalışan məzunumuz Cəlil Azay Azad oğlu


Cəlil Azay Azad oğlu 1995-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur.

2012-ci ildə Lənkəran rayonu N.Axundov adına Boladı kənd 1 nömrəli tam orta məktəbini əla qiymətlərlə bitirmişdir.

2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye universitetinin 'Komputer Mühəndisliyi' ixtisasına yüksək balla qəbul olmuş və 2016-cı ildə universiteti Fərqlənmə diplomu ilə bitimişdir.



Hərbi xidmətdən sonra Azərbaycan Respublikasının Mərkəzi Bankında 'Sistem Administrator - Sistem İnzibatçısı', 'Linux Engineer - Linux Mühəndisi' kimi vəzifələrdə çalışmışdır.

Daha sonra, dünyada İnformasiya Texnologiyaları sahəsində Top 10-a daxil olan amerikanın Cisco şirkətindən iş təklifi almış və 

karyerasını Cisco-nun Polşa ofisində 'Security Engineer - Informasiya Təhlükəsizliyi mühəndisi' kimi davam etdirmişdir.

Hal-hazırda isə Polşada, dünyaca məhşur olan amerikanın Google şirkətində 'DevOps Engineer - DevOps Mühəndis' kimi çalışır.

2/23/2024

Xocalı faciəsi

 Bu gün məktəbimizdə Xocalı faciəsinə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin tarix müəllimləri Xaqan Bağırov və Gülnarə İbadova Xocalı faciəsi barədə ətraflı məlumat verdilər. 









2/22/2024

Şəhid Əkbərzadə Valeh Asim

 Bu gün məktəbimizin məzunu şəhid Əkbərzadə Valeh Asim oğlunun doğum günüdür. Allah şəhidlərimizi rəhmət eləsin

Valeh Asim oğlu Əkbərzadə (22 fevral 1997; Boladı, Lənkəran rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Valeh Əkbərzadə 22 fevral 1997-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur. Cəmilə Əkbərzadə ilə ailəli idi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Valeh Əkbərzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
(24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(05.11.2022) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra)



2/07/2024

Əlaçılarımızın valideynlərinə təşəkkür məktubu göndərildi

 2023/2024-cü tədris ilinin l yarım ilinin qiymətləndirmə nəticələrinə görə əlaçı olan 112 şagirdin valideyninə təşəkkür məktubu göndərildi. 

Əlaçı şagirdlərimizi təbrik edir, bütün şagirdlərimizə uğurlar arzulayırıq.



2/06/2024

Jalə Məmmədəliyevanın riyaziyyat fənnindən açıq dərsi

 Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 nömrəli tam orta məktəbində 06 fevral 2024-cü il tarixində məktəbin gənc riyaziyyat müəllimi Jalə Məmmədəliyevanın Vlll c sinfində "Üçbucağın sahəsi" mövzüsunda açıq dərsi dinlənildi. Dərsin nümünəvi təşkil olunmasından əlavə Jalə müəllimənin qrup işində şagirdlərə üstündə sahəsinin tapılması üçün düsturlarda yazılmış üçbucaq və piramida formasında hazırladığı şirniyyatların paylaması maraqla qarşılandı.



























2/04/2024

Həvəsləndirmə tədbiri tətbiq edilən şagirdlərimiz

 Lənkəran rayonu Boladi kənd N.Axundov adına 1 №-li tam orta məktəbininin 2023/2024-cü tədris ilinin l yarımilində müxtəlif olimpiada, müsabiqə və bilik yarışlarında uğurlu nəticələrinə görə “təşəkkürnamə”   ilə təltif edilmiş şagirdlərin siyahısı


Respublika Fənn Olimpiadalarının rayon mərhələsində uğur qazanmış şagirdlər 

1.Qafarzadə Zəhra Zaur qızı - riyaziyyat fənni üzrə (80 bal) Xl sinif

2.İbadzadə Həlimə Emil qızı - riyaziyyat fənni üzrə (44 bal) X sinif                                                                                                3.Qasımov Mirfətdah Şamo oğlu- riyaziyyat fənni üzrə (57 bal)  lX sinif 

4.İbadov Elmin Emil oğlu- riyaziyyat fənni üzrə (37 bal)  lX sinif 

5.Rəhimova Jalə Oruc qızı - Azərbaycan dili fənni üzrə (61 bal) Xl sinif

             Ulu öndər Heydər Əliyevin 100 illik yubieyinə həsr edilmiş məktəblilər arasnda keçirilən Bilik yarışında qalib olanlar

1.Əmərəliyev Ağakişi Xeyrətdin (lla)                                                                                                  2.Rzazadə Ayxan Orxan (lla)                                                                                             3.Həsənzadə Sunay Əmir (lla)                                                                                                 4.İsmayılov Yusif Camaladdin(lla) 

5.Abdullayev Rəşad Amid (llb)

6.Hüseynova Nazlı Ruslan (llc)

7.Nəsirzadə ƏzizağaQoşqar (llc)

8.Qasımov Yunis Emin (llc)

9.Ağayev Orxan Vüsal (llc)

10.Əkbərov Lətifşah  Araz (lVc)

11.İsmayılova Ağabəyim Camaladdin (Vlllc)

12.İbadova Həlimə Emil (Xc)

13.Qafarova Zəhra Zaur (Xla)

14.Rzayeva Sabirina Ramik (Xla)

                                                   

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və İnnovasiyalar üzrə Vll Qrant msabiqəsinin qalibi “Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində həyata keçirilən məktəblilərarası bilik yarışmasında final mərhələsində iştirak hüququ qazanmış şagirdlər

 1.Məhərrəmov  Əlikamal Nail (Xb)                                                                                           2.Məmmədov Elmir Qadir (Xla)


Sabahın aliməri Xlll Respublika Msabiqəsinin final mərhələsində iştirak hüququ qazanmş şagirdlər 

1.Əlizadə Suad Seyran (Xc)                                                                                                                 2.Rzayev Polad Elman (Xc)