5/12/2013

Pis dostların təsiri (Eldar İlqaroğlu)



Pis dostların təsiri 

Eldar İlqaroğlu

Hər şeyi gözəl yaradan Allah insanları bədəxlaqlı, acıdil və fəsad törədən bir xüsusiyyətlə yaratmamış. Doğularkən hər kəs təmiz qəlbli, nurani bir biçimdə doğulur. Bəs necə olur ki bu cür təmiz yaradılan insan sonradan natəmiz şeylərə bulaşır, özünü və cəmiyyəti xarab etməyə qədər tənəzzül edir? Buna səbəb insanın yaşadığı ailə , cəmiyyət, dostlar və s. müxtəlif ünsürlərin təsiridir. Bunların ən başlıcası isə insanın dostları və daima oturub durduğu şəxslərdir. Dostlar adətən insana ailədən çox və həm də tez bir zamanda inanılmaz təsir qoyurlar. Bunun nə qədər əhəmiyyətli və diqqət olunması gərəkən bir mövzu olması Böyüklərin buyurduğu ibrətamiz kəlamlarda da özünü göstərməkdədir. əbəs yerə deyil ki, Pəyqəmbərimiz (s) buyurub: “insan dostunun dinindədir.” Digər bir məhşur aforizm də bu buyuruşu təsdiqləyir: “ dostunu göstər kim olduğunu deyim” . Bu haqda buyurulan çoxlu kəlamlar misal çəkmək olar. Bütün buyuruşları təhlil edib görürük ki, bir insanın şəxsiyyəti, əxlaqı, mənliyi və hətta Allaha olan bağlılığını bilmək istəyirsənsə onun dostlarına baxmalısan. Bunu həyatda da praktiki olaraq görmək münkündür. Ətrafdakılarımıza və yaxud elə öz dostlarımıza baxsaq hər şey aydın olur. Fikri., düşüncəsi, əqidəsi və əxlaqı fərqli olan 2 şəxs nəyinki bir ömür dost ola bilməz , heç 1-2 saat bir yerdə oturub mehriban söhbət edə bilməzlər. Mütləq bir ortaq xüsusiyyət olmalıdır. Əks halda bu dostluq və mehribanlıq münkün deyil. Odur ki dost seçəndə diqqətli olmalı, kiminlə orurub durduğumuza diqqət etməliyik. Psixoloqlar da təsdiq edirlər ki, gördüyümüz hər kəs bizdə cuzi də olsa müəyyən təsirlər qoyur. Əgər gördüyümüz şəxslərin bizə təsir qoyma ehtimalı varsa demək ki, daima bir yerdə olduğumuz dostların qoyduğu təsir qaçılmazdır.  

Günümüzdə tez-tez rast gəldiyimiz hadisələr dostların təsirinin gerçəkliyini aydın açıq göstərir.. tanıdığım neçə şəxs var ki, hazırki həyatında Allahın buyrduğu əmrlərə itaətsizliyin zərərlərini dərk edib, xəcalət çəkdiyini və bu yoldan ayrılıb , yeni bir həyata imanlı , saf-təmiz bir yolda yürüməyə can atdığını bilirəm. Ancaq burda bir problem var ki, onu bu addımı atmağa qoymur. O da bəhs etdiyimiz “dostlar”ın (yeyib-içən,oturub-duran yoldaşların) lağ hədəfinə çevrilmək qorxusudur. Bəziləri hətta bu qorxunu dəf edir, sırf Allaha xatir bu lağlağa və zarafatlara səbr edəcəyini düşünür və başlayır. Amma bu ən çox bir həftə və ya bir ay davam edir. Çünki, bu şəxs həmin nalayiq “dostlar”ın təsirinə düşür. Düşməmək də münkün deyil. Bəs çarəsi nədir? Çarəsi həmin dostlarla dostluğunu davam etdirməmək, əlaqələri azaltmaq, onların yanında uzun müddət vaxt keçirməmək və.s. bunun çətin bir iş olduğunu düşünəcəksiz ancaq biləndə ki Allah belə istəyir və bu “əlaqəni kəsmək” zahirən pis görsənsə belə ibadət hökmündədir. Əbəs yerə deyil ki, İslamın əsas hesab etdiyi 10 vacibatdan (Firuiddin) biri Təvəlla və Təbərradır yəni Allahın dostları ilə dost olmaq və Allahın düşmənləri ilə düşmən olmaq. Düzdü deyəcəksiz ki, bizim dostlarımız Allahın düşməni deyil ki...

Etiraf etmək lazımdır ki, birlikdə olduğumuz bu insanlar Allahın düşməni olmasa da, Allahın dostu da deyil...

Bu barədə əzəmətli Quranın bəyanı daha təsirli və bərəkətli olacağına əminəm. Muddəsir surəsində Allah bizlərə Cəhənnəm əhlinin diliylə (onların ora düşmə səbəbini) belə başa salır: “Kaş o kəsləri özümüzə dost seçməyəydik...” Bu mübarək ayə pis dostların bizi haralara aparacağını çox gözəl bəyan edir. Bu gözəl bəyandan sonra yazını

İmam Səccad.ə. duası ilə bitirmək yerinə düşər: İlahi, mənə kömək ol sənin dostlarından uzaq olmayım.

Eldar İlqaroğlu

Комментариев нет:

Отправить комментарий