Biz az yaşayırıq ki, Vətən çox yaşasın!
Nahir Ənvər oğlu Axundov Məktəb Qarabağ şəhidi Nahir Axundov adını daşıyır.

İLYAS HAŞIM oğlu QASIMOV
1974-cü ıil oktyabırın 23-də anadan olub.Əvvəl kənddəki I saylı orta məktəbin doqquzuncu sinifini(1989),sonralar Lənkəran 113 saylı kənd orta texniki peşə məktəbini bitirmişdir.Bir il sonra Milli Ordu sıralarına çağırılmış, Gəncə hərbi alayında xidmət etmişdir. 1992-ci il avqustun 30-da Ağdərə doyüşlərində yaralanmış sentyabırın 12-də hərbi qosbitalda vəfat etmişdir

SƏFƏRƏLİ RAFİQ oğlu NƏCƏFOV
1973-cü il martın 15-də anadan olmuş, 1990-cı ildə kəndəki I saylı orta məktəbi bitirmişdir.Hərbi xidmətə əvvəl Ukraynada , sonralar Azərbaycan Resbublikasında başlamışdır.1993-cü il sentyabrın 27-də Ağcəbədi uğrunda döyüşlərdə qəhramancasına həlak olmuşdur.

BAHADIR TEHRAN oğlu HƏSƏNOV
1973-cü il martın 12-də anadan olmuş.1990-cı ildə kəndəki məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbində daxil olmuşdur . Sonralar təhsilini Bakı Ali hərbi Dənizçilik məktəbində davam etmiş , Xəzər Dənizçilik İdarəsində işləmişdir . 1993-cü ildən baş leytinant rütbəsində hərbi xidmətə çağrılmış 1995-ciiyulun 14-də Beyləqanda döyuş tapşırığını yerinə yetirərkən
həlak olmuşdur.

həlak olmuşdur.
ŞADİL FƏRMAN oğlu AĞAYEV
1972-ci il sentiyabırın 7-də anadan olmuş,1989-cu ildə kənd orta məktəbini bitirmişdir.Evlərinə yazdığı məktubda Laçında döyüşdüyünü bildirmişdir. 1992 -ci ildə itgin düşmüşdür.

ŞAHMAR RƏHMƏT oğlu MİRZƏYEV
1974-cü il fevralın 2-də anadan olmuş,1991-ci ildə kənddəki orta məktəbini bitirmişdir.1992-ci ildə Milli Ordu sıralarına çağrılmış, Kəlbəcər döyüşlərində iştirak etmişdir. 1993-cü ildə itigin düşmüşdür.

NAİL ZAKİR oğlu CABBAROV.
1974-cü il noyabrın 8-də anadan olmuş, 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarınada xidmət edirdi.Beylaqan uğrunda döyüşlərdə iştirak etmişdi. 1994-cü ildə itgin düşmüşdür.

ELŞƏN AYDƏMİR oğlu RƏHMANOV
1975-ci il dekabırın 6-da anadan olmuş,1992-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarına xidmət edirdi . 1994-cü ildə itgin düşmüşdür


Habil Mirzəhüseyin oğlu Sadıqov, Rüfət Balaxan oğlu Xankişiyev, Rauf Mahmud oğlu Şərifov, Vuqar Qubad oğlu Mirzəyev,Cəmil Mədəsən oğlu Əsədov qarabağ döyüşlərində yaralanmış,doğma kəndlərinə qəhraman kimi qayıtmışlar.
İbtidai hərbi hazılıq sahəsində uğurlara görə məktəb1986-cı ildə SSRi Xalq Təsərüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, sərginin mükafatına layiq görülmüşdür.
İbtidai hərbi hazılıq sahəsində uğurlara görə məktəb1986-cı ildə SSRi Xalq Təsərüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, sərginin mükafatına layiq görülmüşdür.