4/15/2013

Boladi

Tarixi Boladi
Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Ərazisinə və əhalisinin sayına görə Lənkaranda ən iri kəndlərindən hesab olunur. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Bakı-Astara şose və dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir. Aydındır ki, ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər .Bu, qədim yunan coğrafiyaşünası , tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır. " Alman alimi və səyyahı A.Olri 1616-cı ildə müxtəlif səfirliklərə və muzeylərə təqdim etdiyi hesabat və gündəliklərdə Boladinin adını çəkmişdir. Rus səyyahı və diplomatı Artemey Suxanov "Rəştdən Qızlağaca qədər və Gilan vilayətinin sonuna kimi " kitabında yazmışdır: " 1638-ci ilin fevralın 7-də Ləngərgünana gəldik... Qızılağaca gedərkən fevralın 11-də dörd dərin çaydan keçdik. Bunlar Kasiende, Noabine, Cil və Boladi çayları idi." Oxuculara məlumat üçün bildirmək istəyirik ki, Cil və Boladi öz adlarını bu günədək qoruyub saxlamışdırsa da, Kasiende və Noabine çaylarına müasir xəritələrdə təsadüf edilmir. Talış-Muğan mədəniyyətinin bir qolu Lənkəran düzənliyində yerləşmişdir. Boladi kəndi də bu düzənlikdə yerləşir. Azərbaycan EA Tarix İnstitutunun ekspediya dəstəsi 1984-cü ildə Lənkəran bölgəsində tədqiqat işləri apararkən müəyyən edilmişdir ki, bu ərazidə hələ çox qədim zamanlardan öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün əlverişli olmuşdur. Arxeoloji qazıntılar zamanı kəndin seyidoba yaşayış məhəlləsində, Boladi çayının sağ və sol sahilində qədim insanların istifadə etdikləri əl çapacaqları, tunc bıçaq, ox, nizə, xəncər, qılınc, saxsı qabları və s. əşyalar tapılmışdır. Alimlər sübuta yetirmişlər ki, kəndin ərazisində hələ eramızdan əvvəl II minillikdə insanlar məskunlaşmış, ibtidai əmək alətlərindən istifadə etmişlər.

Qədimdir bu yerlərin tarixi

Qədim yaşayış məskəni kimi bu ərazidə hələ eramızdan əvvəl insanlar məskunlaşmışlar. Yunan coğrafiyaşünası və tarixçisi Strabon "Coğrafiya" kitabında Lənkəranın digər yaşayış məntəqələri ilə bərabər Boladidən də bəhs etmişdir. Bu ərazidə yerləşən "Çiləxonə", "Qarağac ocağı" kimi tarixi abidələr kəndin qədimliyindən xəbər verir və sonuncunun 800 ildən çox tarixi var. "Çilkəson" qəbiristanlığı isə Səfəvilərə aid edilir.

Alman alimi və səyyahı Oleri 1616-cı ildə müxtəlif səfirliklərə, muzeylərə yazdığı rəsmi sənədlərdə Boladini dönə-dönə təkrar etmişdir. Rus səyyahı Artemey Suxanov "Rəştdən Qızılağaca qədər və Gilan vilayətinin sonuna kimi" kitabında qeyd etmişdir: "1638-ci il fevralın 7-də Lənkərana gəldik... Qızılağaca gedərkən fevralın 11-də 4 dərin çaydan keçdik. Bunlar Kasiende, Nuabine, Cil və Boladi çayları idi".

Qeyd edək ki, uzunluğu 36 kilometr olan bu çay mənbəyini Brovar silsiləsindən götürməklə Boladi kəndinin ortasından keçir. Xəzər dənizinə tökülən bu çay əsasən yağış sularından qidalanır. Bol suyu, bol balığı olan bu çay həm də Boladi kəndinin yaranmasında və inkişafında başlıca amil olmuşdur.

1869-cu ilin məlumatına görə Boladi kəndi 62 evdən ibarət olmuşdur. Həmin vaxt burda 218 kişi, 189 qadın yaşamışdır. Kənddə böyük bir məscidin olması da, rəsmi sənəddə qeyd edilmişdir.

Bu kəndin tarixi daşlara yazılmış, həm də çox qədim kitabədir. Kəndin seyidoba yaşayış məhəlləsində qədim insanların istifadə etdikləri əl çapacağı, ox, nizə, tunc bıçaq, qılınc, saxsı qablar aşkar edilmişdir. Ayrı-ayrı sahələrdən Səfəvi dövrünə aid sikkələr, bəzək əşyaları tapılmışdır.

Bir neçə elmlər doktoru və elmlər namizədi olan bu kənddən 1941-45-ci il müharibəsində 156 nəfər öz həyatını qurban vermişdir.

Boladi kəndinin keçmişi, bu günü barədə daha ətraflı məlumatı lənkəranlı tədqiqatçılar İsabala Xankişiyev, Hacı Etibar Əhmədov "Boladi" kitabında yazmışlar. Bu yazıda da məhz həmin kitaba istinad edilmişdir.

Lənkəran

Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.



İqtisadi rayon   Lənkəran-Astara
Ərazi    1 539,4 km²
Əhali    212 915 nəfər
Əhali sıxlığı       138 nəfər/km²
Nəqliyyat vas. kodu     42
Telefon kodu    25
Poçt kodu (Mərkəzi PŞ)          AZ 4200
Yaşayış məntəqələrinin sayı      66
İcra başçısı       Taleh Azay oğlu Qaraşov

Etimologiyası

Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.

Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.

Ləngkəran farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.

Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.

Lənkəranın tarixi

Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.


27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.

Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah höküməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.

XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi. Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi. 1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı.

Lənkəran XIX əsrdə


XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.

Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.

Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80–ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.

Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.

Dörd tarixi bölgü

XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar, Sütəmurdov idi. Qala indiki B.Abbasov – MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.

Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili (qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.

Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).

Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvələrində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəranda memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.





İstinad: az.wikipedia.org



3/12/2013

Çətin uşaqların psixologiyası (Kəmalə Səfərova)


                       Çətin uşaqların psixologiyası


Uşağın   çətin   uşaq   kimi   böyüməsində    böyüklərin   “əməyi”   daha   çoxdur.
             Çətin  tərbiyə  olunan  uşaqların  aşkar  edilməsi    onlarla  korreksiya  işinin  aparılması  Psixoloji  Xidmət  sahəsində  müntəzəm  gördüyümüz  işlərdən  biridir.
              Məktəb  reallığını  nəzərə  alsaq  bu  gün  doğrudan  da  çətin  tərbiyə  olunan  uşaqlar  var.  Bir  cəhət  şəksizdir:  bu  normal  uşaqlar  anadan  “asan”    ya   “çətin”  uşaq  kimi  doğulmayıb,  müəyyən  şəraitdə  “çətin”  uşaq  olublar.  Uşağın  çətin  uşaq  kimi   özünü   biruzə  verməsində  böyüklərin   “əməyi”  daha  çoxdur.  Belə  uşaqlar  yaşlıların  onlara  münasibətinin  nəticəsi  olaraq   yaranırlar.
              Çətin  uşaqlar  sözə  baxmayan,  şıltaq,  tərs,  intizamsız,  kobud,  tənbəl,  yalançı,  asosial  olurlar.  Onların  böyük  əksəriyyəti  ünsiyyət  tələbatı  nəinki  ailədə,  həm    məktəbdə  təmin  olunmayan  yeniyetmələrdir.  Əgər  uşaq  özünü  pis  aparırsa,  deməli  onunla  qarşı  tərəf  arasında  anlaşılmazlıq   var.  Bu  anlaşılmazlığın  fərqinə  varmaq,  çətin  hesab  olunan  uşaqla  maraqlanmaq,  söhbət  etmək,  onları  dinləyib  anlamağa  çalışmaq,  keçirdikləri  yaşantıları  başa  düşmək,  onların  problemlərinə  şərik  olduğunu  hiss  etdirmək  vacibdir.  Xüsusən    yeniyetməlik  yaşı  dövründə.   Çünki  görkəmli  psixoloqların  fikrincə,  bu  dövr  hər  hansı  xoşagəlməz  halın  yaranması  üçün    qədər  gərgin,  təhlükəli  olması  ilə  yanaşı  profilaktik  tədbirlərin  təsir  göstərməsi,  şəxsiyyətin  inkişafının  korreksiyası     xoşagəlməz  davranışın  qarşısını  almaq  üçün  bir  o  qədər  əlverişli  dövrdür.
              Çətin   uşaqların  əmələ  gəlməsinin   səbəblərini  araşdıraraq   psixoprofilaktika     psixokorreksiya  vasitələrindən  sistemli  şəkildə  istifadə  etmək  lazımdır.
               Yaşadığımız  kənd   böyük  olsa  da,  sosial  nəzarət  güclüdür.  Məktəbimizdə  yuxarıda  göstərdiyimiz  tələbatlara  uyğun  çətin   uşaqlar  yoxdur.  Bəzən  şagird  qaydalarını  pozan,  intizamsızlıq  edən,  dərslərdə  iştirak  etmək  istəməyən  uşaqlar  var.  Biz  onlarla  fərdi  şəkildə  söhbət  edir,  bir  çox  psixoloji  məsləhətlər  veririk.  Psixoloqların  fikrincə,  pis  uşaq  yoxdur,  pis  münasibət  var.
                Çətin  hesab  etdiyimiz  uşağın  özünü  öyrənir,  onun  əhatə  dairəsi,  oturub-durduğu  insanların  dünyagörüşü  ilə  maraqlanır    ona  uyğun    aparırıq.  Belə  uşaqların  valideynləri  ilə  fərdi  söhbətlər  aparır,  məsləhət  görürük  ki,  hər  bir  valideyn  övladını  tərbiyə  etmək  üçün  onu  öyrənməli,  uşağın    istədiyini,   necə  istədiyini   bilməli,  onun  hisslərinə   hörmət   etməyi   bacarmalıdır.  Onlar   öz   övladlarına   məhz   bu  gün   lazımdır.
                Əgər   uşaq   lazım   olan  diqqəti  ailədə  görməsə,  onu   kənarda   axtaracaq.  Bu  “axtarışlar”  isə  onu  uçurumlara  aparacaq.
                Hər  bir  uşağın   öz   dünyası  var.  Bu   dünyaya  daxil  olmaq,   onun  acılarına  kədərlənib,   sevincinə  şərik  olmaq   hər   bir   valideynin   ümdə  vəzifəsidir.
                Atalar   sözlərinin   birində  deyilir:
      “Uşaqlarla  elə  davranın  ki,  elə  bil   əllərinizdə  quş  tutmuşsunuz,   ovcunuzu  cox  açmayın,  quş  uça  bilər,  cox  sıxmayın   quş  ölə  bilər.”
               Hər  bir  uşağın   Vətənə   layiqli   övlad   kimi  böyüməsində  də,   cinayətkar  olmasında  da,   zərərli  vərdişlərə  aludə  olmasında  da  valideynin   mütləq     mütləq   “payı”  var.
               Ulu   öndərimizin   xatirələrindən   danışarkən   verilişlərin   birində  möhtərəm   prezidentimiz   İ. Əliyev   cənabları  qeyd   etmişdi  ki:  “Bizim  ailəmizdə  böyük   məsuliyyət      kiçik   azadlıq   var  idi.”
               Bu   gün   həmin   tərbiyənin   nəticəsi   göz   qabağındadır.
               Biz     arzulayırıq   ki,  hər  bir   valideyn   öz   ailəsində   böyük   məsuliyyət      kiçik  azadlıq   yarada  bilsin  ki,  övladları  məktəb  yaşlarından   ailədən   mənəvi  cəhətdən   uzaq  düşməsinlər.

 Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin psixoloqu  Kəmalə Səfərova.
                                                                         Təhsil problemləri qəzeti üçün.

3/11/2013

Fizikanın tədrisində İKT-dən istifadə (Seyran Əliyev)

Fizikanın tədrisində İKT-dən istifadə

Müasir dövrdə fizka elmi-texniki tərəqqenin aparıcı qüvvəsidir.Buna görə də şagirdlərin orta məktəbdə aldıqları biliklərinfəaliyyət dairəsini maksimal dərəcədə genisləndirməyə ehtiyac vardır. Bu sahədə labaratoriya işlərinə geniş ehtiyac olsa da bir sıra məktəblərdə demək olar ki, labaratoriya avadanliqlari qeyri-işləkvəziyyətdədir. Lakin bilirsiniz ki,artiq bütun məktəblərə komputer dəstləri və elektron dərslik verilmişdir. Artiqasaği siniflərdə də informatika dərsinin tədrisi şagirdlərə fizika dərsindəelektron dərsliklərindən müstəqil surətdə istifadə etməsini təmin edir. Bu dafizka dərsində şagirdə elektron dərslikdən istifadə etmək qaydasını öyrətməküçun sərf olunan əlavə vaxt itgisini aradan qaldırır. Özundə labaratoriya işləriilə yanaşı testlər, fiziki hadisələrin modelləşdirilmiş video görüntüsü, fizikaqanunları və düsturlari , eləcədə alimlər haqqında məlumatlari toplayan Fizikaelektron dərsliyi ilə dərsi çox effektiv şsəkildə keçirtmək olar. Elektron dərslikçox mükəmməl hazirlanmisdir. Burada lazimi məlumati mündəricat və ya sorğuvasitəsi ilə tapib, muxtəlif səsli və yazılı qeydlər edə bilərik. Elektron dərslikdənistifadə qaydasi dərsliyə aid metodik vəsaitdə olduğu üçün bu barədə çoxdanismaq istəmirəm. Sadəcə bunu əlavə edə bilərəm ki, dərslikdə olanvideomaterialları əvvəlcə səssiz rejimdə sagirdlərə nümayiş etdirməklə şagirdlərəvideomaterialda hansı fiziki hadisədən, hansi qanunun doğruluğunun yoxlanılmasındanvə s. bəhs olunduğunu sual vermək, bu hadisənin izhını soruşmaq olar. Şagirdlərincavabından sonra fraqmenti səsli rejimdə təkrar nümayis etdirmək yaxsi olardi.

Təbii ki, multimedia dərslikləri elə hazırlanıb ki,nəzərdə tutulmüş lobaratoriya işlərindən əlavə təcrübələr aparmaq mümkün deyil.Dərs zamanı internetdəki fizika resurslarina da müraciət etmək olar. İnternetdeAzərbaycan dilində fizika fənninə aid resurslar azda olsa vardır.

Hər hansı qanunun, eləcədə ixtiyari bir hadisəninnşagirdlər tərəfindən daha aydın qavranılması, müstəqil olaraq virtualtəcrübələrin aparılması üçün Crocadil Physics proqramı gözəl bir proqramdır. Proqramda fizikanın “Dinamika”, “Optika”və “Elektrik” bölməsiinə aid təcrübələr aparmaq olar. Bu proqramınn pulsuzversiyasını hər kəs internetdən tapıb yükləyə bilər. Proqramı hazırladığım www.azfizik.narod.ru saytındakı “Fiziklər üçün proqram” bölümündəndə yükləyə bilərsiniz (http://azfizik.narod.ru/fiziklr_n_proqram/. Proqram rar formatında olduğu üçün öncə kompüterə Winrar proqramıyüklənilməlidir. Proqramla işləməyi öyrənmək üçün saytda videodərslik də yerləşdirilmişdir.)

Crocadil Physics proqramında elektrik bölməsinə baxaq. Nümünəüçün naqillərin paralel birləşməsində dövrənin bütün hissələrindəgərginliklərin eyni (U=U1=U2) olduğunu, ümumi cərəyanşiddətinin isə dövrənin budaqlanmışhissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olmasını (I=I1+I2)yoxlayaq. Proqramı çalışdırdıqdan sonra Toolbars bölümündən düyməsini seçirik. Alətlər panelində elektrik bölməsindəki laboratoriya işləriniaparmaq üçün avadanlıqlarının piktoqramlarını görmüş olarıq. Təcrübəmiz üçünlazımı avadanlığın üzərində mausun sol düyməsini sıxılı saxlamaqla həminobyekti işçi səhifəsinə sürüşdürüb gətiririk. Batareykalar, reostat, elektrikaçarı və iki elktrik lampasını işçi səhifəyə gətirib, onları naqillərləşəkildəki kimi birləşdirək. Dovrənin həmumumi, həmdəki budaqlanmış hissələrində olan lampalardakı gərginlik və


cərəyan şiddətlərini ölçmək üçün voltimetr və ampermetr daxil edək. Bucihazları baş menyudakı Measure menyusundanAd meters - Ammmetr və Voltmetr menyusundan daxil edəbilərik. Şəkildə olduğu kimivoltimetrlər dövrəyə paralel, ampermetrlər isə ardıcıl qoşulur. Proqramda artıqnaqilləri və detalları düyməsi ilə silə bilərik. Dövrədəki voltimetrlərinvə ampermetrlərin göstərişinə əsasən görünür ki, paralel birləşmədə dövərnin bütün hissələrindəgərginliklərin qiyməti eyni, umui cərəyan şiddəti isə ayrı ayrı hissələrdəkişərəyan şiddətlərinin cəminə bərabərdir. Reostat vasitəsi ilə cərəyan şiddətinidəyişməklə yuxarıdakı ifadənin doğruluğunu birdaha görmüş oluruq. Bütün bunlarişagirdlərə göstərdikdə və ya şagirdlər özləri bu təcrübələri virtual yerinəyetirdikdə bu kimi dərslər onlar tərəfindən daha anlaşıqlı qavranılır.



Crocadil Physics proqramında “Dinamika” bölməsindən dəbir təcrübəyə baxaq. Nümünə üçün riyazi rəqqasın hərəkətini izləyək. Bunun üçünToolbars bölümündən düyməsini seçirik. Sonra alətlər panelindən obyektini işçi sahəyə gətiririk. Alətlərpanelində rəqqasin amplitudunun, uzunluğunun və sapdən asılmış kürəninkütləsinin qiyməti verilmişdir.

Bu qiymətləri dəyişmək olur. . Riyazi rəqqası tarazılıqdan çıxarıbonun dövretmə periodunu qeyd edirik Sonra yükün kütləsini dəyişmədən sapınuzunluğunu 4 dəfə artırmış olsaq, rəqsperiodunun 2 dəfə artdığını görmüş olarıq. Yükün kütlsini dəyişdikdə riyazirəqqasın periodunun dəyişmədiyini görərik. Beləliklə şagirdlər hadisəninmodelini izləyib, ölçmələrdən aldıqları qiymətlərdən öyrənirlərki riyazi rəqqasındövretmə periodu yükün kütləsindən asılı olmayıb sapın uzunluğunun kökaltısıilə düz mütənasibdir.



Lobaratoriya işləri vətəcrübələri aparmaq üçün www.portal.edu.az saytında olan materiallardanda istifadə etmək olar. Saytın “Fizika” bölümündə olan təcrübələr və testlərçox gözəl hazırlanmışdır. Bu işlər orta məktəb proqramına uyğun olmaqla yanaşı,şagirdlərin yaş həddinə də uyğundur. Həmin təcrübə işləri il həm online rejimde çalışmaqlayanaşı, eyni zamandaöncədən onları komputerin yaddaşına yükləyib, sonradan internet olmadan beləçalışdırmaq olur. Saytda aşağıdakı təcrübə işləri vardır:



Cisimlərin elektriklənməsi

Elektrik dövrələri

Ətalət

Maye və qazların genişlənməsi

Müstəvi güzgülər

Səthi gərilmə qüvvəsi

Ümumdünya cazibə qanunu

Xətti harmonik assilyator

Elektrik mühərriyi

Temperatur

Bərabərtəcilli hərəkət

Elektrik sahəsi

Atmosfer təzyiqi

Temperatur (müəllimlər üçün)

Bərabərtəcilli hərəkət (müəllimlər üçün)

Elektrik sahəsi (müəllimlər üçün)

Atmosfer təzyiqi (müəllimlər üçün)

Elektrik mühərriyi (müəllimlər üçün)

Arximed qanunu

Bernulli qanununun tətbiqi

İnternet resurslarından www.shagird.info saytından da istifadəetmək olar. Saytın “Fizika” bölümündə VII-XI siniflərüçün mövzular üzrə interaktiv testləryerləşdirilmişdir.

Bəzən İnternetdəAzərbaycan dilində resursların az olduğundan gileylənirik.

Halbuku həmin boşluqları biz müəllilər doldurmalıyıq. Bunun üçün hazırladıqımız elektronmaterialları yerləşdirmək üçün pulsuz domenlərdə sayt və ya bloqlar yaradıb,orda yerləşdirə bilərik. Əgər bu cür saytlar yaratmaq problem yaradırsa,hazırladığınız materialları yuxarıda adıçəkilən saytlara göndərə bilərsiniz.

Təhsil Nazirliyininxətti ilə orta məktəblərin internetlə təmin olunması

müəllim və şagirdlərə geniş imkan açır. Sevindirici haldır ki, artıqbir çox fənnlər üzrə müəllimlər sosialşəbəkələrdə ixtisasları ilə bağlı qruplarda birləşir, mütəmmadi olaraqtelekonfranslar keçirirlər. Bu qruplarda müəllimlər təcrübələrini və hazırladıqları elektron materiallarıpaylaşır, bir-birilərinə yardımçı olurlar. Bu qruplardan ixtisasıniz üzrə testlər, virtual lobaratoriya işləri,təqdimatlar və s götürə bilərsiniz. Belə qruplardan aşağıdakıları göstərməkolar.

www.facebook.com/groups/fizikler/ (Fizika müəllimləri üçün )

www.facebook.com/groups/inf.muallim/(İnformatika müəllimləri)

www.facebook.com/groups/438756822854995/(Sinif müəllimləri)

Umumiyyətlə komputertexnologiyasi tədris prossesinin təskili üçün çoxlu yeni imkanlar verir. Beləki, təkcə elektron dərsliklərlə kifayətlənmək lazim deyil. Məselen komputerinköməyi ilə ən sadə halda POWER POİNT və ya digər qrafika proqramlardan istifadəetməklə müxtəlif fiziki hadisələrin üç ölçülü modellərini qurmaq, müxtəlifanimasiyalar yaratmaq olar. Bu kimi materiallar sagirdlərə keçdiklərimövzularin mənimsəməyə və bu mövzu barədə duzgun fikir yürütməyə böyük kömək ədir.“ PowerPoint” proqraminda “Hyperlink” mənyusundan istifadə etməklə yaratdiğimiztestlərə interaktivlik vermək olarki , sagird seçdiyi cavabi vurduqda monitoracavabin səhf və ya düzgün olduğu barədə informasiya çixsin. Bunun üçün POWERPOİNT proqramında ayrılıqda iki faylyaradırıq. Faylın birində “Cavab doğrudur!” , digərində isə “Cavab səhfdir!”slaydı yaradıb, onlara animasiya və səs effektləri veririk. Sonra proqramdayeni bir fayl açıb diaqramlar daxilində testlər hazırlayırıq. Səhf cavablar ayrı-ayrılıqda seçib, “Hyperlink”(Qipersılka) menyusundan istifadəetməklə “cavab səhfdir” faylı ilə bağlantı qururuq. Eyni qayda ilə testlərindüzgün cavablarınada “Cavab düzdür” faylı ilə bağlantı qururuq. Beləliklə şagid cavabi seçdikdə ekrana cavabın səhf və yadoğru olması barədə məlumat çıxır. Bu isə qısa müddət ərzində sagirdinözü-özünü çoxlu suallarla yoxlaması deməkdir.

Gəlin etiraf ədək ki,ənənəvi dərsdən fərqli olaraq, interaktiv metodla və komputer texnologiyasi iləkeçilən dərs şagirdlər üçun də maraqlıdır. Bu vasitələrdən istifadə etməkləsagirdlərdə bu fənnə böyük maraq oyatmaq olar.



Seyranaliyev@mail.ru

www.azfizik.narod.ru





Lənkəran rayon Boladi kənd 1 №-li tam orta məktəbin fizika müəllimi Seyran Əliyev

Bizdə vətənpərvərlik (Eldar Cabbarov)

Bizdə vətənpərvərlik.
Eldar İlqaroğlu




Çoxları deyir ki millətimizdə vətən sevgisi yoxdur və bu sevgi olmayandan sonra nə qədər silah-sürsat olsa belə faydasızdır.
Bu fikrin ikinci hissəsiylə razıyam ki bəli sevgi olmadığı təqdirdə silah-sursat faydasızdır. Sevgisi olmayan vətəni qorumaq bəlkədə məcburi münkün olar amma dediyim kimi bəlkə...
Gələk bu fikrin birinci hissəsinə ki, bununla razılaşmıram. Həqiqətənmi bizdə vətən sevgisi yoxdur ya bunu inkar etməklə düşmən dəyirmanına su tökmüş oluruq? Razıyam ki vətən sevgisi az təblig olunur həm ailələrdə həm məktəblərdə həm də televiziyada. Bu özü də belə mənfur düşmənlərimizin və onların havadarlarının hiylələrindəndir. Amma bu o demək deyil ki biz də vətən sevgisi yoxdur. Bəlkə vətən sevgisini təbliğ edən yoxdur desək düz olar. Vətən sevgisi bizim fitrətimizlə, vicdanımızla bağlı bir hissdir ki bu da bizə Allah tərəfindən bəxş olunub. Hətta müşahidə etsək görərik ki, bu vətən sevərlik hissi heyvanlarda da var. Məsələn: quşlar qışda isti ölkələrə köçsələrdə yazda yenə doğma vətənlərinə qayıdır, bəziləri isə qışın soyuqluğuna dözüb vətənlərini tərk etmirlər.
Necə ola bilər ki, bu hiss insanlarda olmasın? Şair gözəl demiş:
Vətəni sevməyən insan olmaz,
Olsada ol şəxsdə vicdan olmaz.
Sadəcə bəzi İlahi nemətlər kimi bu vətən sevgisinin də qədrini bilməmişik və bu hissi içimizdə öldürüb,dəfn etmişik. Daha doğrusu bunu bizə zəhərli təbliğatlarla təlqin ediblər.
Tele məkanlarda şəhid və milli qəhrəmanlardan çox müğənnilər təbliğ olunur və onun nəticəsidir ki gənclərimiz əsasən ya müğənni ya artist ya da ki ən azından onların pradüsseri olmaq istəyir, torpaqları qaytarmaq fikrini isə ağıllarına belə gətirmirlər heç, hətta biri də xatırlasa ona gülərlər. Şuşanın, Laçının işğal günləri televiziyalardan gələn şən musiqi sədaları sanki bizə bütün olanları unutdurmaq üçün proqramlaşdırılır. Bayaq qeyd etdiyim kimi bütün bunlar vətən sevgisini içimizdə öldürmək üçün hesablanılıb. Günümüzdə Qarabağ problemi urəklərdə deyil ancaq xəbərlərdə, qəzet-jurnal və yaxud saytlarda yer alır...
Ailələrdəki, uşaqlar “vətən” kəlməsini demək olar ki heç eşitmir. Hərbi xidmətə övlad yola salanda valideynlərimiz təkidlə ancaq bu sözü deyirlər: “özündən müğayat ol!”
Müəllimlərdə də həmçinin vətənə olan laqeyd münasibət hiss olunur. Keçdikləri dərslərdə bir dəfə də olsun vətən sevgisi, şəhidlərimiz, işğal altında olan torpaqlarımız haqda söhbət açmamalarını misal göstərmək olar.
Dindarlara gəldikdə çoxlarının işi məscidə getmək, anlamadan Quran oxumaq, düşüncəsiz ibadət etmək və.s. vətən dərdi, vətən qeyrəti heç yada düşmür.
Bu problemləri çox qeyd etmək olar bəli, amma bütün bunlar dəlil deyil ki, deyək bizdə vətən sevgisi yoxdur. Bunu deyən və yaxud iddia edən özü çıxıb ortaya nəsə bir iş görübmü ki indi də xalqı ittiham edir? Başqasını ittiham etmək asandır, hər kəs əlini vicdanına qoyub desin görək Qarabağ məsələsində nə qədər narahatlıq keçirirk? Şəhidlərimizi və onların gözu yaşlı analarını gördükdə nə qədər kövrəlirik? Hələ də əsirlikdə qalan və başlarına olmazın zülmlər gələn ana- bacıların qeyrəti necə, bizi utandırırmi? Məncə bu sualların cavabı hər kəsə özünün nə qədər vətənpərvər olmasını sübut edəcək. Odur ki hər kəs ilk öncə özünə və öz vətənpərvərliyinə baxsın sonra digərlərini ittiham etsin.
Hərəmiz bir tərəfdə oturub öz vətənimizi pisləyir, başqa dövlətin qanunlarını və yaxud müsbət çəhətlərini ağzımızın suyu axa-axa danışırıq. Hər bir dövlətin neqativ cəhətləri olur lakin bu onun vətəndaşına dövlətindən, vətənindən, millətindən üz döndərməyə əsas vermir. Nə olursa olsun bu vətən bizimdir. Biz vətənimizə sahib çıxmadıqca sahib cıxanlar çoxalar...

Bunu qəriblikdə anlayarsan bil,
Vətən həsrətini duyan ürəkdir.
“Vətən-vətən” deyib bağırmaq deyil,
Onu bütün qəlblə sevmək gərəkdir.

Bir şeyi də qeyd edib yazını bitirirəm. Beynimizə oturmuş bir yalnış fikir var: Vətənpərvərlik numayiş etdirmək üçün ancaq cəbhədə, hərbi formada və əlində aftamat olmaq gərəkirmiş. Bu əsla belə deyil. Fikrimcə vətənpərvər müəllim,həkim,jurnalist, yazıçı və.s olmaq cəbhədə vuruşmaq qədər müqəddəsdir. Biz vətənpərvər ata-ana, vətənpərvər müəllim, vətənpərvər həkim olmasaq, bir sözlə vətənpərvər cəmiyyət qurmasaq cəbhəyə göndərdiyimiz övladları qınamamalıyıq.
Sonda millətimizin vətənpərvər oğulları adından Allahdan istəyirəm, istəyirəm ki, Allah tezliklə bizə düşməndən intiqam almaq fürsəti versin. Amin!
Eldar İlqaroğlu


Tədbirlər




                               İ m ə c l i k d ə