3/12/2013

Çətin uşaqların psixologiyası (Kəmalə Səfərova)


                       Çətin uşaqların psixologiyası


Uşağın   çətin   uşaq   kimi   böyüməsində    böyüklərin   “əməyi”   daha   çoxdur.
             Çətin  tərbiyə  olunan  uşaqların  aşkar  edilməsi    onlarla  korreksiya  işinin  aparılması  Psixoloji  Xidmət  sahəsində  müntəzəm  gördüyümüz  işlərdən  biridir.
              Məktəb  reallığını  nəzərə  alsaq  bu  gün  doğrudan  da  çətin  tərbiyə  olunan  uşaqlar  var.  Bir  cəhət  şəksizdir:  bu  normal  uşaqlar  anadan  “asan”    ya   “çətin”  uşaq  kimi  doğulmayıb,  müəyyən  şəraitdə  “çətin”  uşaq  olublar.  Uşağın  çətin  uşaq  kimi   özünü   biruzə  verməsində  böyüklərin   “əməyi”  daha  çoxdur.  Belə  uşaqlar  yaşlıların  onlara  münasibətinin  nəticəsi  olaraq   yaranırlar.
              Çətin  uşaqlar  sözə  baxmayan,  şıltaq,  tərs,  intizamsız,  kobud,  tənbəl,  yalançı,  asosial  olurlar.  Onların  böyük  əksəriyyəti  ünsiyyət  tələbatı  nəinki  ailədə,  həm    məktəbdə  təmin  olunmayan  yeniyetmələrdir.  Əgər  uşaq  özünü  pis  aparırsa,  deməli  onunla  qarşı  tərəf  arasında  anlaşılmazlıq   var.  Bu  anlaşılmazlığın  fərqinə  varmaq,  çətin  hesab  olunan  uşaqla  maraqlanmaq,  söhbət  etmək,  onları  dinləyib  anlamağa  çalışmaq,  keçirdikləri  yaşantıları  başa  düşmək,  onların  problemlərinə  şərik  olduğunu  hiss  etdirmək  vacibdir.  Xüsusən    yeniyetməlik  yaşı  dövründə.   Çünki  görkəmli  psixoloqların  fikrincə,  bu  dövr  hər  hansı  xoşagəlməz  halın  yaranması  üçün    qədər  gərgin,  təhlükəli  olması  ilə  yanaşı  profilaktik  tədbirlərin  təsir  göstərməsi,  şəxsiyyətin  inkişafının  korreksiyası     xoşagəlməz  davranışın  qarşısını  almaq  üçün  bir  o  qədər  əlverişli  dövrdür.
              Çətin   uşaqların  əmələ  gəlməsinin   səbəblərini  araşdıraraq   psixoprofilaktika     psixokorreksiya  vasitələrindən  sistemli  şəkildə  istifadə  etmək  lazımdır.
               Yaşadığımız  kənd   böyük  olsa  da,  sosial  nəzarət  güclüdür.  Məktəbimizdə  yuxarıda  göstərdiyimiz  tələbatlara  uyğun  çətin   uşaqlar  yoxdur.  Bəzən  şagird  qaydalarını  pozan,  intizamsızlıq  edən,  dərslərdə  iştirak  etmək  istəməyən  uşaqlar  var.  Biz  onlarla  fərdi  şəkildə  söhbət  edir,  bir  çox  psixoloji  məsləhətlər  veririk.  Psixoloqların  fikrincə,  pis  uşaq  yoxdur,  pis  münasibət  var.
                Çətin  hesab  etdiyimiz  uşağın  özünü  öyrənir,  onun  əhatə  dairəsi,  oturub-durduğu  insanların  dünyagörüşü  ilə  maraqlanır    ona  uyğun    aparırıq.  Belə  uşaqların  valideynləri  ilə  fərdi  söhbətlər  aparır,  məsləhət  görürük  ki,  hər  bir  valideyn  övladını  tərbiyə  etmək  üçün  onu  öyrənməli,  uşağın    istədiyini,   necə  istədiyini   bilməli,  onun  hisslərinə   hörmət   etməyi   bacarmalıdır.  Onlar   öz   övladlarına   məhz   bu  gün   lazımdır.
                Əgər   uşaq   lazım   olan  diqqəti  ailədə  görməsə,  onu   kənarda   axtaracaq.  Bu  “axtarışlar”  isə  onu  uçurumlara  aparacaq.
                Hər  bir  uşağın   öz   dünyası  var.  Bu   dünyaya  daxil  olmaq,   onun  acılarına  kədərlənib,   sevincinə  şərik  olmaq   hər   bir   valideynin   ümdə  vəzifəsidir.
                Atalar   sözlərinin   birində  deyilir:
      “Uşaqlarla  elə  davranın  ki,  elə  bil   əllərinizdə  quş  tutmuşsunuz,   ovcunuzu  cox  açmayın,  quş  uça  bilər,  cox  sıxmayın   quş  ölə  bilər.”
               Hər  bir  uşağın   Vətənə   layiqli   övlad   kimi  böyüməsində  də,   cinayətkar  olmasında  da,   zərərli  vərdişlərə  aludə  olmasında  da  valideynin   mütləq     mütləq   “payı”  var.
               Ulu   öndərimizin   xatirələrindən   danışarkən   verilişlərin   birində  möhtərəm   prezidentimiz   İ. Əliyev   cənabları  qeyd   etmişdi  ki:  “Bizim  ailəmizdə  böyük   məsuliyyət      kiçik   azadlıq   var  idi.”
               Bu   gün   həmin   tərbiyənin   nəticəsi   göz   qabağındadır.
               Biz     arzulayırıq   ki,  hər  bir   valideyn   öz   ailəsində   böyük   məsuliyyət      kiçik  azadlıq   yarada  bilsin  ki,  övladları  məktəb  yaşlarından   ailədən   mənəvi  cəhətdən   uzaq  düşməsinlər.

 Lənkəran rayon Boladi kənd 1 saylı orta məktəbin psixoloqu  Kəmalə Səfərova.
                                                                         Təhsil problemləri qəzeti üçün.

Комментариев нет:

Отправить комментарий