4 fevral dünya şöhrətli alim, qeyri səlis məntiq ( bulanıq məntiq) nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür.
Lütfəli Rəhim oğlu Ələsgərzadə riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka tətqiqatçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter üzrə əməkdar professorudur.
Atası Rəhim Ələsgərzadə Azərbaycan əsillidir və Ərdəbildə doğulub. Anası Fanya Korenman yəhudi əsilli rusdur. Lütfəli Ələsgərz adə 4 fevral 1921-ci ildə Bakıda doğulub.
Lütfi Zadə təhsili
Dünya şöhrətli alim üçüncü sinfədək təhsilini Bakıda alıb, daha sonra o, ailəsi ilə birgə Tehrana köçüb.
1942-ci ildə Tehran Universitetindən məzun olub. Bundan bir il sonra ABŞ-a köçüb. 1944-cü ildə Massaçusets texnologiya İnstitutuna daxil olub və adını Lütfi Əsgər Zadə olaraq dəyişib. 1946-cı ildə Kalumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi təhsil alınır. 1959-cu ilə qədər ABŞ-da MIT və Kolumbiya universitetlərində magistr, doktorluq elmi dərəcələri almış, professor kimi fəaliyyət göstərmişdir. 1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.
Lütfi Zadə nəzəriyələri
Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi”, “Soft kompyutinq” kimi nəzəriyyələrin müəllifidir.
Onun məhşurlaşmasına səbəb olan qeyri-səlis məntiq nəzəriyyəsini 1973-cü ildə iləri sürüb. Qeyri-səlis məntiq nəzəriyyəsi – riyaziyyatın bir bölməsi olub klassik məntiq və çoxluq anlayışlarını ümumiləşdirir.
Alim 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə qazandığı uğurlarına görə Yaponiya tərəfindən elm adamlarına verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.
Lütfi zadə yəhudi əsilli Fey xanımla ilə evlənib. Onların 2 övladı var. Stella Zadə və Norman Zadə.
Комментариев нет:
Отправить комментарий