Xalqa həsr olunan ömür
Hər bir xalqın milli mənsubiyyəti onun qürur
mənbəyidir.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, MƏN AZƏRBAYCANLIYAM.
Ümummilli Lider
Hər bir insan dünyaya fərd kimi
gəlir, şəxsiyyət kimi formalaşır. Lakin insanların az bir qismi öz idrak
proseslərinin inkişafı ilə digərlərindən seçilib fərdiyyətə çevrilir. Hər elmli
insan, eyni zamanda hər siyasətçi fərdiyyətə çevrilə bilmir. Tarix hər 100
ildən bir dahi, fenomenal şəxsiyyətlər yetişdirir və XX yüzillikdə də, bu bizim
xalqın payına düşüb.
Həmin tarixi şəxsiyyət XX yüzilliyin
əvvəllərində (1923) Naxçıvan torpağında dünyaya göz açıb. Dahi səxsiyyət,
Müdrik siyasətçi, Ümummilli Lider Heyder Əlirza oğlu Əliyevin ömür yolunu bütün
xalq bilir və öz xilaskarını sevir.
Bu gün biz Ulu Öndərin hakimiyyətə
gəlişinin 45-ci ildönümünü qeyd edrik. Şəxsən mənim üçün ikiqat bayramdır.
Çünki 14 iyul həm də mənim dogum tariximdir. Bununla mən qürur hissi duyuram və
sevinirəm ki, mənim dünyaya gəldiyim tarix Ulu Öndərimizin hakimiyyətə gəldiyi
gün və ayla üst-üstə düşür.
45 ildə görülən işlər göz qabağındadir.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının I katibi
seçilmişdir. Ulu Öndərin I katib seçilməsindən sonra Azərbaycanın həm siyasi,
həm iqdisadi, həm də aqrar həyatında müsbətə doğru köklü dəyişikliklər baş
vermişdir.
Xalqı üçün gördüyü işlər, 1991-ci ildə xalqın
çağırışına səs verməsi, Azərbaycanda o vaxtı baş verən siyasi proseslərə
məntiqi cavabı, 1993-cü ldə Azərbaycan Respublikasının Prezidenti seçilməsi,
1994-cü ildə may ayında məhz onun siyasi bacarığı sayəsində Atəşkəsin elan
olunması, elə həmin ilin 20 sentyabrında “Əsrin Müqaviləsi” adlı neft kontraktının imzalanması, 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitutsiyasının qəbulu,
Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, Cəmşid
Naxçıvanski adına hərbi məktəbin açılması və s Ulu Öndərin Azərbaycanın
daxilində gördüyü işlərin bir hissəsi idi.
70 il totalitar cəmiyyətdə yaşamağımız
bizi özümüzdən və milli psixoloji fikirlərdən ayrı salmışdı. Bizi özümüzə, eyni
zamanda Azərbaycanı bizə Ulu Öndərimiz qaytardı. Məhz Ümummilli Liderin
apardığı müdrik daxili və xarici siyasəti nəticəsində kölə psixologiyasına son
qoyuldu.
90-cı illərin əvvəllərində xarici
dövlətlər Azərbaycan adlı ölkəni demək olar ki, tanımırdılar. Bu gün müstəqil dövlətimizin 24 yaşı var və
ölkəmizin xaricdə necə taninmasını izah etməyə ehtiyac yoxdur. Çünki faktlar
danışır. Bu günə qədər ölkəmizdə keçirilən bir çox beynəlxalq festivallar,
2012-ci il Avroviziya müsabiqəsi, Bakı 2015
ilk Avropa oyunları, xüsusilə açılış və bağlanış məarasimləri, Milli
Olimpiya Kompleksindən ucalan atəşfəşanlıq bütün dünyaya səs saldı. 70 000
könüllünün ilk Avropa oyunlarındakı təşkilatçılığı gənc nəslin Heydər Əliyev
siyasi kursunu dəstəkləməsinə və Azərbaycanın parlaq gələcəyində Heydər Əliyev
nəfəsinin duyulmasına bariz nümunə idi.
1969-cu il 14 iyul və 2015-ci il 14 iyul. Bu tarixlər arasındakı
müddətdə Azərbaycan adlı ölkənin siyasi, sosial, iqdisadi, mədəni, elmi
həyatına baxış keçirəndə elə bir an yoxdu ki, orada Heydər Əliyev nəfəsi
duyulmasın. Onun həyatı və fəaliyyəti haqqında hamının geniş məlumatı var. Bir
psixoloq kimi diqqəti daha incə məqamlara yönəltmək istərdim. Ümummilli liderimiz
təkcə siyasi sahədə öz sözünü deməmişdi. Onun çıxışlarını dinləyərkən
heyrətlənməyə bilmirdin. O iqdisadiyyatçı ilə danışanda elə bilirdin
iqtisadçıdır, ədəbiyyatçı ilə danışanda elə bilirdin ədəbiyyatçıdır və s Bu
siyahını hələ çox uzatmaq olar. Güclü fenomenal yaddaşı, yumor hissi, ömrünün
sonuna qədər heç bir kağız-qələmdən istifadə etməməsi, bədahətən etdiyi
çıxışlar ona olan platonik sevginin təməlini qoyub.
Orta məktəb illərindən Ulu Öndərimizin
həyat və fəaliyyətini izləyirəm. Deyirlər ki, həyatda ideal yoxdu. Ancaq mən
buna inanmıram. O mənim idealımdır. Bu gün mən rayonun ictimai həyatında fəal
iştirak edən psixoloqlardan biriyəm. Deməli, səhv etməmişəm
Lənkəran rayon, Boladi kənd 1 saylı orta məktəbin psixoloqu
Kəmalə
Səfərova
Комментариев нет:
Отправить комментарий