Çətin uşaqların psixologiyası
Uşağın çətin
uşaq kimi böyüməsində böyüklərin
“əməyi” daha çoxdur.
Çətin tərbiyə
olunan uşaqların aşkar
edilməsi və onlarla
korreksiya işinin aparılması
Psixoloji Xidmət sahəsində
müntəzəm gördüyümüz işlərdən
biridir.
Məktəb reallığını
nəzərə alsaq bu
gün doğrudan da
çətin tərbiyə olunan
uşaqlar var. Bir
cəhət şəksizdir: bu
normal uşaqlar anadan
“asan” və ya
“çətin” uşaq kimi
doğulmayıb, müəyyən şəraitdə
“çətin” uşaq olublar.
Uşağın çətin uşaq
kimi özünü biruzə
verməsində böyüklərin “əməyi”
daha çoxdur. Belə
uşaqlar yaşlıların onlara
münasibətinin nəticəsi olaraq
yaranırlar.
Çətin uşaqlar
sözə baxmayan, şıltaq,
tərs, intizamsız, kobud,
tənbəl, yalançı, asosial
olurlar. Onların böyük
əksəriyyəti ünsiyyət tələbatı
nəinki ailədə, həm
də məktəbdə təmin
olunmayan yeniyetmələrdir. Əgər
uşaq özünü pis
aparırsa, deməli onunla
qarşı tərəf arasında
anlaşılmazlıq var. Bu
anlaşılmazlığın fərqinə varmaq,
çətin hesab olunan
uşaqla maraqlanmaq, söhbət
etmək, onları dinləyib
anlamağa çalışmaq, keçirdikləri
yaşantıları başa düşmək,
onların problemlərinə şərik
olduğunu hiss etdirmək
vacibdir. Xüsusən də
yeniyetməlik yaşı dövründə.
Çünki görkəmli psixoloqların
fikrincə, bu dövr
hər hansı xoşagəlməz
halın yaranması üçün
nə qədər gərgin,
təhlükəli olması ilə
yanaşı profilaktik tədbirlərin
təsir göstərməsi, şəxsiyyətin
inkişafının korreksiyası və
xoşagəlməz davranışın qarşısını
almaq üçün bir
o qədər əlverişli
dövrdür.
Çətin uşaqların
əmələ gəlməsinin səbəblərini
araşdıraraq
psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli
şəkildə istifadə etmək
lazımdır.
Yaşadığımız kənd
böyük olsa da,
sosial nəzarət güclüdür.
Məktəbimizdə yuxarıda göstərdiyimiz
tələbatlara uyğun çətin
uşaqlar yoxdur. Bəzən şagird qaydalarını
pozan, intizamsızlıq edən,
dərslərdə iştirak etmək
istəməyən uşaqlar var. Biz onlarla
fərdi şəkildə söhbət
edir, bir çox
psixoloji məsləhətlər veririk.
Psixoloqların fikrincə, pis uşaq yoxdur,
pis münasibət var.
Çətin hesab
etdiyimiz uşağın özünü
öyrənir, onun əhatə
dairəsi, oturub-durduğu insanların
dünyagörüşü ilə maraqlanır
və ona uyğun
iş aparırıq. Belə
uşaqların valideynləri ilə
fərdi söhbətlər aparır,
məsləhət görürük ki,
hər bir valideyn
övladını tərbiyə etmək
üçün onu öyrənməli,
uşağın nə istədiyini,
necə istədiyini bilməli,
onun hisslərinə hörmət
etməyi bacarmalıdır. Onlar
öz övladlarına məhz
bu gün lazımdır.
Əgər uşaq
lazım olan diqqəti
ailədə görməsə, onu
kənarda axtaracaq. Bu
“axtarışlar” isə onu
uçurumlara aparacaq.
Hər bir
uşağın öz dünyası
var. Bu dünyaya
daxil olmaq, onun acılarına
kədərlənib, sevincinə şərik
olmaq hər bir
valideynin ümdə vəzifəsidir.
Atalar sözlərinin
birində deyilir:
“Uşaqlarla elə
davranın ki, elə
bil əllərinizdə quş
tutmuşsunuz, ovcunuzu cox
açmayın, quş uça
bilər, cox sıxmayın
quş ölə bilər.”
Hər bir
uşağın Vətənə layiqli
övlad kimi böyüməsində
də, cinayətkar olmasında
da, zərərli vərdişlərə
aludə olmasında da
valideynin mütləq və
mütləq “payı” var.
Ulu öndərimizin
xatirələrindən danışarkən verilişlərin birində
möhtərəm prezidentimiz İ. Əliyev
cənabları qeyd etmişdi
ki: “Bizim ailəmizdə
böyük məsuliyyət və
kiçik azadlıq var
idi.”
Bu gün
həmin tərbiyənin nəticəsi
göz qabağındadır.
Biz də
arzulayırıq ki, hər
bir valideyn öz
ailəsində böyük məsuliyyət
və kiçik azadlıq
yarada bilsin ki,
övladları məktəb yaşlarından
ailədən mənəvi cəhətdən
uzaq düşməsinlər.
Lənkəran rayon Boladi kənd 1
saylı orta məktəbin psixoloqu Kəmalə
Səfərova.
Təhsil problemləri qəzeti üçün.