11/30/2013
6/14/2013
5/28/2013
Kompüteri necə seçiməli?
Tez-tez hansı kompüterin yaxşı olması barədə mübahisələrə rast gəlirəm. Bəzən də kompüter almaq istəyənlər mənə yaxınlaşaraq, hansı kompüterin daha yaxşı olduğunu soruşurlar. Kompüterdən istifadə edənlərdən hər kəs bir firmanın komüterini tərifləyir. Biri "Toshiba", digəri "Dell", bir başqası isə "Samsung" komputerlərini tərifləyir. Bu məsələyə bacardığım qədər aydınlıq gətirmək üçün bunları demək istəyirəm. Əvvəla kompüterin hansı firmaya məxsus olması şərt deyil. Əsas komputerin içərisinə nə yığılması, onun hansı parametrlərə cavab verməsidir. Məsələn sizə eyni firmaya məxsus elə iki kompüter təklif edə bilərəm ki, onlar arasındakı qiymətlər fərqi 1000 Azn olsun. (Yəni biri 500 Azn, digəri 1500 Azn) Amma onların adları və xarici görünüşləri demək olar ki eyni olar. Deməli əsas şərt kompüterin içində nələrin olmasıdır və onların hansı tələblərə cavab verməsidir. Sizə komputer seçərkən nələrə diqqət yetirmənizi bildirmək istəyirəm.
Kompüteri necə seçməli sualından öncə kompüteri nə məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirməlisiniz. Məqsəddən (iş, oyun, internetdə "dolaşmaq", filmə baxmaq, musiqi dinləmək və ya bunların hamısı) asılı olaraq kompüter seçimində üstünlük verəcəyiniz parametrlər də dəyişəcək.
Kompüterdən kifayət anlayışı olan şəxs üçün kompüter seçimi problem deyil. Lakin bu sahədə məlumatı olmayan üçün seçim etmək çətindir. Hazırda müxtəlif reklamlar, kampaniyalar, məhsul kataloqları o qədər çoxdur ki, təcrübəsiz istifadəçilər nəyi seçəcəyini tam olaraq bilmirlər.Bu zaman ümid qalır kompüter mağazalarındakı satıcıların vicdanına.
Amma təəssüflər olsun ki, bir çox halda onlar alıcıların təcrübəsizliyindən istifadə edərək alıcılara onlara lazım olanı deyil, öz satmaq istədiklərini satırlar. Odur ki, yaxşı olar ki, özünüz kompüter se&¸imində müəyyən biliklərə sahib olasınız.Beləliklə kompüter alarkən əsasən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
Prosessor (CPU)
Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, məhsuldarlıq da bir o qədər yüksək hesab olunur. Bundan başqa prosessorun nüvə sayına da fikir verməlisiniz, paralel çalışan çox nüvəli prosessorlar daha yüksək məhsuldarlığı şərtləndirən amillərdən biridir. Başqa bir üstünlük də prosessorun arxitektur olaraq neçə bitlik olmasıdır. Hazırda 32-bitlik və 64-bitlik prosessorlar istehsal olunur, aydın məsələdir ki, ikincilər birincilərdən daha üstün hesab edilir.
Operativ Yaddaş (RAM)
Hazırda operativ operativ yaddaş (RAM) həcmi 2 GB-dan az olan kompüterlərdən çox şey gözləməyinə dəyməz. Müasir fərdi kompüterlər üçün minimum tələb 4 GB-dır. Amma unutmayın ki, 32-bitlik sistemlər 4 GB-dan yuxarı operativ yaddaşı real olaraq istifadə edə bilmirlər.
Videokart (VGA)
Əgər qrafika ilə güclü işlər görməyi və ya yaxşı oyunlar oynamağı planlaşdırırsınızsa o zaman videokart plata-daxili (onboard) olmamalıdır. Bundan adıçəkilən məqsədlər üçün videokartın həm yaddaş həcmi, həm də takt tezliyi yüksək olmalıdır.
naplata (Mainboard)
Anaplatada əsas tələb şinlərin tezliyidir. Bundan başqa diqqət etmək lazımdır ki, anakart müasir portlarla təchiz edilsin. Diqqət yetirilməli olan bir başqa məsələ də odur ki, plata-daxili videokart və səs kartının göstəriciləri kifayət qədər qaneedici olsun.
Sərt Disk (HDD)Sərt Diskin həcminin çox olması Sizin daha çox informasiya saxlaya bilməyiniz deməkdir. Əgər Siz kompüterinizin yaddaşında iri həcmli media-fayllar (şəkil, film, musiqi) saxlamağı düşünürsünüzsə o zaman yaddaş həcmi minimum 320 GB olmalıdır. Bununla belə əgər qiymət fərqi cüzidirsə o zaman 500 GB-lıq Sərt Disklərə üstünlük verməyiniz məsləhətdir. Bundan başqa Sərt Diskin fırlanma sürətinin yüksək olmasına da diqqət yetirməlisiniz.
Soyutma Sistemi
Masaüstü kompüterlərin soyutma sistemi ilə bağlı demək olar ki, elə də ciddi problemlər olmur. Lakin Notebooklar üçün bu məsələdə gərək xüsusilə diqqətli olasınız. Keyfiyyətsiz soyutma sistemləri ilə təchiz edilmiş notebooklarda həddindən artıq qızma halı baş verir ki, bu da öz növbəsində anaplata və digər hissələrin sıradan çıxmasına səbəb olur. Soyutma sistemlərinin tanınmış brendlərdən olmasına diqqət yetirməyiniz tövsiyyə olunur.
Optik Sürücü
Optik sürücülərin (CD/DVD Driver) oxuma/yazma imkanlarının yüksək (super multi) olmasına diqqət yetirin ki, bu sürücülər bir çox formatlı disklərlə işləyə bilsinlər.
Batareya
Notebooklarda batareya ilə iş zamanının daha çox olmasına diqqət yetirin.
Monitor
Monitor seçərkən ehtiyacınıza uyğun olan ölçülü monitoru seçin. Bundan başqa geniş ekran (wide screen) monitorlara üstünlük verin.
Əməliyyat Sistemi
Əslində əməliyyat sistemini Siz daha sonra özünüz də yaza və ya yazdıra bilərsiniz. Lakin yaxşı olar ki, kompüter alanda orijinal və lisenziyalı əməliyyat sistemləri yazılmış kompüterlərə üstünlük verəsiniz.
Son dövrlərdə alınmış kompüterlərdə Microsoft Ofisse 2007 proqram paketinin lisenziyasız olduğuna rast gəlirəm. Odur ki kompüteri alarkən ƏS-ni və proqramlar paketini çalışdırıb yoxlayın, lisenziyalı olduğuna əmin olun. Əgər kompüterinizə proqramları demo versiyada yükləyiblərsə, yəqin ki, 1 və ya 3 ay sonra həmən proqramlar çalışmayacaqlar. Kompüter alarkən kompüterin qurğularının sürücülərini (drayverlərini ) alamağı unutmayın. Bu drayverlər sizə disklərdə təqdim olunmalıdır.
Seyran Əliyev
5/12/2013
Pis dostların təsiri (Eldar İlqaroğlu)
Pis dostların təsiri
Eldar İlqaroğluHər şeyi gözəl yaradan Allah insanları bədəxlaqlı, acıdil və fəsad törədən bir xüsusiyyətlə yaratmamış. Doğularkən hər kəs təmiz qəlbli, nurani bir biçimdə doğulur. Bəs necə olur ki bu cür təmiz yaradılan insan sonradan natəmiz şeylərə bulaşır, özünü və cəmiyyəti xarab etməyə qədər tənəzzül edir? Buna səbəb insanın yaşadığı ailə , cəmiyyət, dostlar və s. müxtəlif ünsürlərin təsiridir. Bunların ən başlıcası isə insanın dostları və daima oturub durduğu şəxslərdir. Dostlar adətən insana ailədən çox və həm də tez bir zamanda inanılmaz təsir qoyurlar. Bunun nə qədər əhəmiyyətli və diqqət olunması gərəkən bir mövzu olması Böyüklərin buyurduğu ibrətamiz kəlamlarda da özünü göstərməkdədir. əbəs yerə deyil ki, Pəyqəmbərimiz (s) buyurub: “insan dostunun dinindədir.” Digər bir məhşur aforizm də bu buyuruşu təsdiqləyir: “ dostunu göstər kim olduğunu deyim” . Bu haqda buyurulan çoxlu kəlamlar misal çəkmək olar. Bütün buyuruşları təhlil edib görürük ki, bir insanın şəxsiyyəti, əxlaqı, mənliyi və hətta Allaha olan bağlılığını bilmək istəyirsənsə onun dostlarına baxmalısan. Bunu həyatda da praktiki olaraq görmək münkündür. Ətrafdakılarımıza və yaxud elə öz dostlarımıza baxsaq hər şey aydın olur. Fikri., düşüncəsi, əqidəsi və əxlaqı fərqli olan 2 şəxs nəyinki bir ömür dost ola bilməz , heç 1-2 saat bir yerdə oturub mehriban söhbət edə bilməzlər. Mütləq bir ortaq xüsusiyyət olmalıdır. Əks halda bu dostluq və mehribanlıq münkün deyil. Odur ki dost seçəndə diqqətli olmalı, kiminlə orurub durduğumuza diqqət etməliyik. Psixoloqlar da təsdiq edirlər ki, gördüyümüz hər kəs bizdə cuzi də olsa müəyyən təsirlər qoyur. Əgər gördüyümüz şəxslərin bizə təsir qoyma ehtimalı varsa demək ki, daima bir yerdə olduğumuz dostların qoyduğu təsir qaçılmazdır.
Günümüzdə tez-tez rast gəldiyimiz hadisələr dostların təsirinin gerçəkliyini aydın açıq göstərir.. tanıdığım neçə şəxs var ki, hazırki həyatında Allahın buyrduğu əmrlərə itaətsizliyin zərərlərini dərk edib, xəcalət çəkdiyini və bu yoldan ayrılıb , yeni bir həyata imanlı , saf-təmiz bir yolda yürüməyə can atdığını bilirəm. Ancaq burda bir problem var ki, onu bu addımı atmağa qoymur. O da bəhs etdiyimiz “dostlar”ın (yeyib-içən,oturub-duran yoldaşların) lağ hədəfinə çevrilmək qorxusudur. Bəziləri hətta bu qorxunu dəf edir, sırf Allaha xatir bu lağlağa və zarafatlara səbr edəcəyini düşünür və başlayır. Amma bu ən çox bir həftə və ya bir ay davam edir. Çünki, bu şəxs həmin nalayiq “dostlar”ın təsirinə düşür. Düşməmək də münkün deyil. Bəs çarəsi nədir? Çarəsi həmin dostlarla dostluğunu davam etdirməmək, əlaqələri azaltmaq, onların yanında uzun müddət vaxt keçirməmək və.s. bunun çətin bir iş olduğunu düşünəcəksiz ancaq biləndə ki Allah belə istəyir və bu “əlaqəni kəsmək” zahirən pis görsənsə belə ibadət hökmündədir. Əbəs yerə deyil ki, İslamın əsas hesab etdiyi 10 vacibatdan (Firuiddin) biri Təvəlla və Təbərradır yəni Allahın dostları ilə dost olmaq və Allahın düşmənləri ilə düşmən olmaq. Düzdü deyəcəksiz ki, bizim dostlarımız Allahın düşməni deyil ki...
Etiraf etmək lazımdır ki, birlikdə olduğumuz bu insanlar Allahın düşməni olmasa da, Allahın dostu da deyil...
Bu barədə əzəmətli Quranın bəyanı daha təsirli və bərəkətli olacağına əminəm. Muddəsir surəsində Allah bizlərə Cəhənnəm əhlinin diliylə (onların ora düşmə səbəbini) belə başa salır: “Kaş o kəsləri özümüzə dost seçməyəydik...” Bu mübarək ayə pis dostların bizi haralara aparacağını çox gözəl bəyan edir. Bu gözəl bəyandan sonra yazını
İmam Səccad.ə. duası ilə bitirmək yerinə düşər: İlahi, mənə kömək ol sənin dostlarından uzaq olmayım.
Eldar İlqaroğlu4/15/2013
Boladi
Tarixi Boladi
Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Ərazisinə və əhalisinin sayına görə Lənkaranda ən iri kəndlərindən hesab olunur. Rayon mərkəzindən 19 kilometr şimal-qərbdə, Bakı-Astara şose və dəmir yolundan 3 kilometr aralı, Boladi çayının sahilində yerləşir. Aydındır ki, ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər .Bu, qədim yunan coğrafiyaşünası , tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır. " Alman alimi və səyyahı A.Olri 1616-cı ildə müxtəlif səfirliklərə və muzeylərə təqdim etdiyi hesabat və gündəliklərdə Boladinin adını çəkmişdir. Rus səyyahı və diplomatı Artemey Suxanov "Rəştdən Qızlağaca qədər və Gilan vilayətinin sonuna kimi " kitabında yazmışdır: " 1638-ci ilin fevralın 7-də Ləngərgünana gəldik... Qızılağaca gedərkən fevralın 11-də dörd dərin çaydan keçdik. Bunlar Kasiende, Noabine, Cil və Boladi çayları idi." Oxuculara məlumat üçün bildirmək istəyirik ki, Cil və Boladi öz adlarını bu günədək qoruyub saxlamışdırsa da, Kasiende və Noabine çaylarına müasir xəritələrdə təsadüf edilmir. Talış-Muğan mədəniyyətinin bir qolu Lənkəran düzənliyində yerləşmişdir. Boladi kəndi də bu düzənlikdə yerləşir. Azərbaycan EA Tarix İnstitutunun ekspediya dəstəsi 1984-cü ildə Lənkəran bölgəsində tədqiqat işləri apararkən müəyyən edilmişdir ki, bu ərazidə hələ çox qədim zamanlardan öz təbii coğrafi şəraitinə görə ibtidai insanların yaşaması üçün əlverişli olmuşdur. Arxeoloji qazıntılar zamanı kəndin seyidoba yaşayış məhəlləsində, Boladi çayının sağ və sol sahilində qədim insanların istifadə etdikləri əl çapacaqları, tunc bıçaq, ox, nizə, xəncər, qılınc, saxsı qabları və s. əşyalar tapılmışdır. Alimlər sübuta yetirmişlər ki, kəndin ərazisində hələ eramızdan əvvəl II minillikdə insanlar məskunlaşmış, ibtidai əmək alətlərindən istifadə etmişlər.
Qədimdir bu yerlərin tarixi
Qədim yaşayış məskəni kimi bu ərazidə hələ eramızdan əvvəl insanlar məskunlaşmışlar. Yunan coğrafiyaşünası və tarixçisi Strabon "Coğrafiya" kitabında Lənkəranın digər yaşayış məntəqələri ilə bərabər Boladidən də bəhs etmişdir. Bu ərazidə yerləşən "Çiləxonə", "Qarağac ocağı" kimi tarixi abidələr kəndin qədimliyindən xəbər verir və sonuncunun 800 ildən çox tarixi var. "Çilkəson" qəbiristanlığı isə Səfəvilərə aid edilir.
Alman alimi və səyyahı Oleri 1616-cı ildə müxtəlif səfirliklərə, muzeylərə yazdığı rəsmi sənədlərdə Boladini dönə-dönə təkrar etmişdir. Rus səyyahı Artemey Suxanov "Rəştdən Qızılağaca qədər və Gilan vilayətinin sonuna kimi" kitabında qeyd etmişdir: "1638-ci il fevralın 7-də Lənkərana gəldik... Qızılağaca gedərkən fevralın 11-də 4 dərin çaydan keçdik. Bunlar Kasiende, Nuabine, Cil və Boladi çayları idi".
Qeyd edək ki, uzunluğu 36 kilometr olan bu çay mənbəyini Brovar silsiləsindən götürməklə Boladi kəndinin ortasından keçir. Xəzər dənizinə tökülən bu çay əsasən yağış sularından qidalanır. Bol suyu, bol balığı olan bu çay həm də Boladi kəndinin yaranmasında və inkişafında başlıca amil olmuşdur.
1869-cu ilin məlumatına görə Boladi kəndi 62 evdən ibarət olmuşdur. Həmin vaxt burda 218 kişi, 189 qadın yaşamışdır. Kənddə böyük bir məscidin olması da, rəsmi sənəddə qeyd edilmişdir.
Bu kəndin tarixi daşlara yazılmış, həm də çox qədim kitabədir. Kəndin seyidoba yaşayış məhəlləsində qədim insanların istifadə etdikləri əl çapacağı, ox, nizə, tunc bıçaq, qılınc, saxsı qablar aşkar edilmişdir. Ayrı-ayrı sahələrdən Səfəvi dövrünə aid sikkələr, bəzək əşyaları tapılmışdır.
Bir neçə elmlər doktoru və elmlər namizədi olan bu kənddən 1941-45-ci il müharibəsində 156 nəfər öz həyatını qurban vermişdir.
Boladi kəndinin keçmişi, bu günü barədə daha ətraflı məlumatı lənkəranlı tədqiqatçılar İsabala Xankişiyev, Hacı Etibar Əhmədov "Boladi" kitabında yazmışlar. Bu yazıda da məhz həmin kitaba istinad edilmişdir.

Lənkəran
Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir.
İstinad: az.wikipedia.org
İqtisadi
rayon Lənkəran-Astara
Ərazi 1 539,4 km²
Əhali 212 915 nəfər
Əhali
sıxlığı 138 nəfər/km²
Nəqliyyat
vas. kodu 42
Telefon
kodu 25
Poçt kodu
(Mərkəzi PŞ) AZ 4200
Yaşayış
məntəqələrinin sayı 66
İcra başçısı Taleh Azay oğlu Qaraşov
Etimologiyası
Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.
Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.
Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.
Ləngkəran farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.
Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.
Lənkəranın tarixi
Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.
Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.
XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lənkərkunan adlandırmışdır.
27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.
Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-1569-cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.
Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.
Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah höküməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.
XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi. Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi. 1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı.
Lənkəran XIX əsrdə
XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.
XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.
Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.
1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.
XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.
Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80–ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.
Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.
Dörd tarixi bölgü
XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar, Sütəmurdov idi. Qala indiki B.Abbasov – MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.
Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili (qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.
Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).
Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvələrində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəranda memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.

4/13/2013
3/12/2013
Çətin uşaqların psixologiyası (Kəmalə Səfərova)
Çətin uşaqların psixologiyası
Uşağın çətin
uşaq kimi böyüməsində böyüklərin
“əməyi” daha çoxdur.
Çətin tərbiyə
olunan uşaqların aşkar
edilməsi və onlarla
korreksiya işinin aparılması
Psixoloji Xidmət sahəsində
müntəzəm gördüyümüz işlərdən
biridir.
Məktəb reallığını
nəzərə alsaq bu
gün doğrudan da
çətin tərbiyə olunan
uşaqlar var. Bir
cəhət şəksizdir: bu
normal uşaqlar anadan
“asan” və ya
“çətin” uşaq kimi
doğulmayıb, müəyyən şəraitdə
“çətin” uşaq olublar.
Uşağın çətin uşaq
kimi özünü biruzə
verməsində böyüklərin “əməyi”
daha çoxdur. Belə
uşaqlar yaşlıların onlara
münasibətinin nəticəsi olaraq
yaranırlar.
Çətin uşaqlar
sözə baxmayan, şıltaq,
tərs, intizamsız, kobud,
tənbəl, yalançı, asosial
olurlar. Onların böyük
əksəriyyəti ünsiyyət tələbatı
nəinki ailədə, həm
də məktəbdə təmin
olunmayan yeniyetmələrdir. Əgər
uşaq özünü pis
aparırsa, deməli onunla
qarşı tərəf arasında
anlaşılmazlıq var. Bu
anlaşılmazlığın fərqinə varmaq,
çətin hesab olunan
uşaqla maraqlanmaq, söhbət
etmək, onları dinləyib
anlamağa çalışmaq, keçirdikləri
yaşantıları başa düşmək,
onların problemlərinə şərik
olduğunu hiss etdirmək
vacibdir. Xüsusən də
yeniyetməlik yaşı dövründə.
Çünki görkəmli psixoloqların
fikrincə, bu dövr
hər hansı xoşagəlməz
halın yaranması üçün
nə qədər gərgin,
təhlükəli olması ilə
yanaşı profilaktik tədbirlərin
təsir göstərməsi, şəxsiyyətin
inkişafının korreksiyası və
xoşagəlməz davranışın qarşısını
almaq üçün bir
o qədər əlverişli
dövrdür.
Çətin uşaqların
əmələ gəlməsinin səbəblərini
araşdıraraq
psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli
şəkildə istifadə etmək
lazımdır.
Yaşadığımız kənd
böyük olsa da,
sosial nəzarət güclüdür.
Məktəbimizdə yuxarıda göstərdiyimiz
tələbatlara uyğun çətin
uşaqlar yoxdur. Bəzən şagird qaydalarını
pozan, intizamsızlıq edən,
dərslərdə iştirak etmək
istəməyən uşaqlar var. Biz onlarla
fərdi şəkildə söhbət
edir, bir çox
psixoloji məsləhətlər veririk.
Psixoloqların fikrincə, pis uşaq yoxdur,
pis münasibət var.
Çətin hesab
etdiyimiz uşağın özünü
öyrənir, onun əhatə
dairəsi, oturub-durduğu insanların
dünyagörüşü ilə maraqlanır
və ona uyğun
iş aparırıq. Belə
uşaqların valideynləri ilə
fərdi söhbətlər aparır,
məsləhət görürük ki,
hər bir valideyn
övladını tərbiyə etmək
üçün onu öyrənməli,
uşağın nə istədiyini,
necə istədiyini bilməli,
onun hisslərinə hörmət
etməyi bacarmalıdır. Onlar
öz övladlarına məhz
bu gün lazımdır.
Əgər uşaq
lazım olan diqqəti
ailədə görməsə, onu
kənarda axtaracaq. Bu
“axtarışlar” isə onu
uçurumlara aparacaq.
Hər bir
uşağın öz dünyası
var. Bu dünyaya
daxil olmaq, onun acılarına
kədərlənib, sevincinə şərik
olmaq hər bir
valideynin ümdə vəzifəsidir.
Atalar sözlərinin
birində deyilir:
“Uşaqlarla elə
davranın ki, elə
bil əllərinizdə quş
tutmuşsunuz, ovcunuzu cox
açmayın, quş uça
bilər, cox sıxmayın
quş ölə bilər.”
Hər bir
uşağın Vətənə layiqli
övlad kimi böyüməsində
də, cinayətkar olmasında
da, zərərli vərdişlərə
aludə olmasında da
valideynin mütləq və
mütləq “payı” var.
Ulu öndərimizin
xatirələrindən danışarkən verilişlərin birində
möhtərəm prezidentimiz İ. Əliyev
cənabları qeyd etmişdi
ki: “Bizim ailəmizdə
böyük məsuliyyət və
kiçik azadlıq var
idi.”
Bu gün
həmin tərbiyənin nəticəsi
göz qabağındadır.
Biz də
arzulayırıq ki, hər
bir valideyn öz
ailəsində böyük məsuliyyət
və kiçik azadlıq
yarada bilsin ki,
övladları məktəb yaşlarından
ailədən mənəvi cəhətdən
uzaq düşməsinlər.
Lənkəran rayon Boladi kənd 1
saylı orta məktəbin psixoloqu Kəmalə
Səfərova.
Təhsil problemləri qəzeti üçün.
Подписаться на:
Сообщения (Atom)