Məzunlarımızı tanıyaq
Nəcəfov Maarif Rafiq oğlu
Maarif Nəcəfov 1964-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub.
1981-ci ildə Boladi kənd tam orta məktəbini bitirib. Bir il Sumqayıt şəhərində 17 saylı texniki peşə məktəbində təhsil alıb. 2 saylı trestin 20 saylı səyyar mexanikləşdirilmiş dəstəsində rəngsaz-suvaqçı kimi çalışıb. 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1983-85-ci illərdə Sovet Ordusunda əsgəri xidmət keçib. 1988-ci ildə Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını bitirib. 1988-1995-ci illərdə Neft Daşları NQÇİ-də, 1995-2002-ci ilədək Sahil qəsəbəsində yerləşən "Bulla-dəniz" NQÇİ-də, 2002-2003-cü ildə N.Nərimanov adına NQÇİ-də, 2003-2006-cı ilədək "Terminal" MMC-də, 2006-2009-cu ilədək ARDNŞ-nin "Azərneftyağ" Neft emalı zavodunda, 2009-cu ilin yanvar ayından hal-hazıra qədər "Azəriqaz" İB İqtisadiyyat və Uçot İdarəsinin rəisi vəzifəsində çalışır.