Qarabağ şəhidləri


Biz az yaşayırıq ki, Vətən çox yaşasın!

      

 Şəhid mayor  Aqşin Nazim oğlu  İbadov


Aqşin İbadov 
1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub.2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "kəşfiyyatçı" ixtisasında təhsil alıb. Ailəli idi

Aqşin İbadov 2005-ci ildə "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. Ağstafa rayonundaMingəçevir şəhərindəMurovdağdaGədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib.

Azərbaycan Ordusunun mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı MurovdağınFüzulininCəbrayılınXocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin İbadov oktyabrın 19-da Zəngilan döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin İbadov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin İbadov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aqşin İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri


                                             

                                   Şəhid  Taleh Səndəl oğlu İsmayılov


2004-cü ildə Goranboy rayonu "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci il yanvarında Ağcabədi rayon "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdı. 2016-cı il Aprel döyüşlərində də iştirak etmişdir.

İkinci Qarabağ müharibəsində iştirakı

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı FüzulininCəbrayılınQubadlınınXocavəndin və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi.

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Taleh İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Taleh İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir

Təltifləri


                                            
                         
                                                Şəhid  Valeh Asim oğlu Əkbərzadə         



Valeh Əkbərzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini bitirdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Valeh Əkbərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. FüzulininXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Valeh Əkbərzadə 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Əkbərzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Valeh Əkbərzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Təltifləri




       Şəhid mayor Heydərov Vüqar  Rafail oğlu


29.04.1988-ci ildə Lənkəran rayonu  Boladi kəndində anadan olmuşdur.
1994-cü ildə Lənkəran rayonu  Boladi kənd N.Axundov adına 1 saylı tam orta məktəbinin l sinfinə qəbul olunmuşdur. 2002-ci ildə C.Naxçıvanski adına hərbi lisəye,
2005-ci ildə H.Əliyev adına Bakı Ali Hərbi məktəbinə daxil olmuşdur.
2010-cu ilin iyun ayının 20-dən  şəhid olduğu günə qədər Naxçıvan MR-nin müxtəlif bölgələrində  bacarıqlı zabit kimi xidməti fəaliyyət göstərmişdir. Dəfələrlə h/h komandiri tərəfindən təltif və təşəkkrnamələrlə təltif olunmuşdur.
Son xidmət etdiyi yer Kəngərli rayon, Ağbulaq qəsəbəsi Havuş kəndində 20 sentyabr 2023-cü  ildə döyüş tapşırığını həyata keçirərkən şəhid olmuşdur. 2009-cu ildə ailə həyati quran Vuqar Heydərovun vətənə Yusif və Mehdi adinda 2 oğlu əmanət qalmışdır.











  Şəhid   Nahir Ənvər oğlu Axundov Məktəb Qarabağ şəhidi Nahir Axundov adını daşıyır.

1974-cü il martın 1-də anadan olub.Lənkəran hərbi komissarlığının nəzdində sürücülük məktəbini bitirdikdən sonra Milli Ordu sıralarına çağırılıb.Kəşviyatçılar dəstəsində xidmət edib. İlk döyüşü 1992-ci il avqust ayının axırlarında Laçında qarşılayıb. Həmin il oktyabr ayının 19-da Laçın rayonunun sarıbala yüksəkliyi uğrunda döyüşlərdə xüsusi igidlik göstərmişdir .Az sonra Yaralanmış və çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmamışdır.1992-ci il oktyabırın 21-də doğma yurdunda- Boladi kəndində torpağa tapşırılmış.

                        Şəhid     İLYAS HAŞIM oğlu QASIMOV

  1974-cü ıil oktyabırın 23-də anadan olub.Əvvəl kənddəki I saylı orta məktəbin doqquzuncu sinifini(1989),sonralar Lənkəran 113 saylı kənd orta texniki peşə məktəbini bitirmişdir.Bir il sonra Milli Ordu sıralarına çağırılmış, Gəncə hərbi alayında xidmət etmişdir. 1992-ci il avqustun 30-da Ağdərə doyüşlərində yaralanmış sentyabırın 12-də hərbi qosbitalda vəfat etmişdir 


                      Şəhid    SƏFƏRƏLİ RAFİQ oğlu NƏCƏFOV

 
1973-cü il martın 15-də anadan olmuş, 1990-cı ildə kəndəki I saylı orta məktəbi bitirmişdir.Hərbi xidmətə əvvəl Ukraynada , sonralar Azərbaycan Resbublikasında başlamışdır.1993-cü il sentyabrın 27-də Ağcəbədi uğrunda döyüşlərdə qəhramancasına həlak olmuşdur.

                      Şəhid     BAHADIR TEHRAN oğlu HƏSƏNOV 

 
1973-cü il martın 12-də anadan olmuş.1990-cı ildə kəndəki məktəbi bitirdikdən sonra Bakı Dənizçilik Məktəbində daxil olmuşdur . Sonralar təhsilini Bakı Ali hərbi Dənizçilik məktəbində davam etmiş , Xəzər Dənizçilik İdarəsində işləmişdir . 1993-cü ildən baş leytinant rütbəsində hərbi xidmətə çağrılmış 1995-ci
iyulun 14-də Beyləqanda döyuş tapşırığını yerinə yetirərkən 

həlak olmuşdur.

                     Şəhid      ŞAMİL FƏRMAN oğlu AĞAYEV 
 
1972-ci il sentiyabırın 7-də anadan olmuş,1989-cu ildə kənd orta məktəbini bitirmişdir.Evlərinə yazdığı məktubda Laçında döyüşdüyünü bildirmişdir. 1992 -ci ildə itgin düşmüşdür.

                          Şəhid   ŞAHMAR RƏHMƏT oğlu MİRZƏYEV 

   
 1974-cü il fevralın 2-də anadan olmuş,1991-ci ildə kənddəki orta məktəbini bitirmişdir.1992-ci ildə Milli Ordu sıralarına çağrılmış, Kəlbəcər döyüşlərində iştirak etmişdir. 1993-cü ildə itigin düşmüşdür.

                             Şəhid     NAİL ZAKİR oğlu CABBAROV. 
 
1974-cü il noyabrın 8-də anadan olmuş, 1991-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarınada xidmət edirdi.Beylaqan uğrunda döyüşlərdə iştirak etmişdi. 1994-cü ildə itgin düşmüşdür.

                        Şəhid     ELŞƏN AYDƏMİR oğlu RƏHMANOV 
 
1975-ci il dekabırın 6-da anadan olmuş,1992-ci ildə kənd orta məktəbini bitirmişdir. 1993-cü ildən Milli Ordu sıralarına xidmət edirdi . 1994-cü ildə itgin düşmüşdür

                                   Şəhid  baş leytnant  Əkberov Samid Asif oglu


 Əkberov Samid Asif oglu 1983-cu il yanvar ayinin 23-de Lenkeran rayonunun Boladi kəndinde ziyali ailesinde anadan olmushdu.Vetene leyaqetle xidmet göstermek üçün herbçi olmaq isteyi onun yolunu Heyder Eliyevin adini dasiyan Ali Herbi Mektebden saldı.O,bu herbi mektebi ela qiymetlerle bitirib torpaqlarimizin azadliğı uğrunda aparılan mubarizəyə
qoşularaq ön cebheye yollanmışdı.4 il idi ki,düşmenle üz-üze idi.
2008-ci il noyabr ayının 8-de 17:30 radələrində Füzuli rayonunun Seyid Ehmedli kendinde takım komandiri,baş leytenant Samid Ekberov xidmeti vezifesini yerine yetirerken düşmen snayperi terefinden başından ağır gülle yarası alır.Samid Füzulideki herbi hospitala aparılarken yolda kechinmisdir.Azerbaycan Respublikasının erazi bütovluyü ugrunda gosterdiyi xidmete göre ona ölümünden sonra şehid statusu verilmishdir.Allahdan şehidimize rehmet dileyirik,qebri nurla dolsun...


                    


Комментариев нет:

Отправить комментарий