Fəxri məzunlarımız

FƏXRİ MƏZUNLARIMIZ


Məzunumuzu tanıyaq!




Filologiya elmləri doktoru, professor Məsud Əhməd oğlu Mahmudov 1951-ci ildə Lənkəran rayonunun Boladi kəndində müəllim ailəsində anadan olub.  1967-ci ildə Lənkəran rayonu Boladi kənd tam orta məktəbini bitirib. 1971-ci ildə  Bakı Maliyyə-Kredit Texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsini bitirib. Macarıstanda hərbi xidmətdə olub (1971-1973).  Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1976). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında  ikillik ingilis dili kursunu əla qiymətlərlə bitirib (1978). Leninqrad (Sankt-Peterburq) Dövlət Pedaqoji İnstitutunda professor R.Q.Piotrovskinin rəhbərlik etdiyi “Инженерная лингвистика» laboratoriyasında elmi təcrübə keçib. Eyni zamanda Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin  “Математическая лингвистика» kafedrasının aspirantı olub (1979-1982), “Struktur, tətbiqi və riyazi dilçilik”, “Türk dilləri” ixtisasları üzrə namizədlik (1982), “Türk dilləri” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə doktorluq (1994) dissertasiyaları müdafiə edib. “Türk dilləri” ixtisası üzrə baş elmi işçi diplomu alıb (1991). “Dil nəzəriyyəsi” ixtisası üzrə professor elmi adı alıb (2005).
 Formal təhlil sistemlərinin qurulmasının nəzəri və təcrübi problemləri, maşın tərcü¬məsi, avtomatik maşın lüğətlərinin, müxtəlif tipli statistik lüğətlərin (tezlik, əks və s.) tərtibi sahəsində  respublikamızda və onun hüdudlarından kənarda tanınmış mütəxəssisdir. “Kitabi-Dədə Qorqud”un və Məhəmməd Füzulinin əsərlərinin statistik cəhətdən öyrənilməsi sahəsində dəyərli araşdırmaların müəllifidir. Onun həmmüəllifi olduğu  “Bitişik, yoxsa ayrı?” sorğu kitabı və “Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət” “Azərnəşr” tərəfindən çox böyük tirajlarla( 50 min və 70 min)  nəşr olunmasına baxmayaraq, sonralar da bir neçə dəfə çap olunub. Həmtərtibçisi olduğu  “Rumınca-azərbaycanca-azərbaycanca-rumınca lüğət” Azərbaycan və Rumıniya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına xidmət edən bir kitab kimi  ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
 1999-cu ildə çapdan çıxmış “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” monoqrafiyası (A.Axundov və M.Məmmədovla şərikli) elmi ictimaiyyətin dərin rəğbə¬tini qazanıb. 
 2023-cü ildə  Heydər Əliyev ili ərəfəsində onun “ Heydər Əliyev – Azərbaycan dili və azərbaycançılıq” monoqrafiyası ( A. Axundov, M. Məmmədov və N. Məmmədli ilə birlikdə)  “Elm və təhsil” nəşriyyatında çap olunub. 

  Nəzəri dilçiliyin bir çox aktual problemlərinə və dilçiliyin müxtəlif sahələrinə aid dəyərli elmi əsərlərin müəllifidir. Əsərlərinə xarici ölkə alimləri tərəfindən istinadlar edilir.
 2002-ci ildə çapdan çıxmış “Mətnin formal  təhlili sistemi” kitabı informatika, dil nəzəriyyəsi, maşın tərcüməsi  və süni intellekt problemləri ilə məşğul olan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və maşın tərcüməsi sistemlərində  uğurla tətbiq olunmaqdadır. 
2010-cu ildə onun həmtərtibçisi və önsöz  müəllifi  olduğu “Azərbaycan dilinin tezlik lüğəti” üçcildliyinin I cildi (söz kökləri) çapdan çıxmış və qalan iki cildin  çapı gözlənilir. Tezlik lüğəti Azərbaycan dilinin sözəmələgətirmə tiplərinin, sözdəyişdirmə imkanlarının araşdırılması, orfoqrafiya və qrafikanın təkmilləşdirilməsi baxımından böyük səmərə verə bilər. Lüğət-minimumların, danışıq kitabçalarının hazırlanması, tədris materialının seçimi prosesində həmin lüğətdən faydalanmaq olar.   “Azərbaycan dilinin tezlik lüğəti”ni  Azərbaycan dilçilik elminə sanballı töhfə kimi səciyyələndirmək olar.
  “Azərbaycan dilinin orfoqrafiya lüğəti” və “ Azərbaycan dilinin əks əlifba lüğəti” kitablarının elektron variantının hazırlanması və internetdə yerləşdirilməsini də ( Ə. Fətullayevlə birlikdə) onun uğurlu işlərindən hesab etmək olar. 
 İnternetdə geniş istifadə olunan  “Poliqlot” lüğətlər kompleksinin  və “Dilmanc” maşın tərcüməsi sisteminin  yaradılmasında yaxından iştirak etmişdir. 
2013-cü ildə “ Elm və təhsil” nəşriyyatında  çapdan çıxmış “ Kompüter dilçiliyi” monoqrafiyası alimin maşın tərcüməsi və formal linqvistik təhlil sistemləri istiqamətində apardığı uğurlu araşdırmalarının davamıdır. Monoqrafiyada ilk dəfə olaraq kompüter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti, istiqamətləri, sahələri haqqında, həmçinin  Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri,  statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik sistemlər barədə ətraflı məlumat verilir. “ Kompüter dilçiliyi” monoqrafiyası professor Məsud Mahmudovun  çoxillik gərgin elmi axtarışlarının və zəhmətinin məhsulu kimi Azərbaycan dilçilik elminə layiqli töhfədir. Bu əsər nəzəri və tətbiqi dilçiliyin aktual problemləri ilə məşğul olan alimlərin, müvafiq sahələr və ixtisaslar üzrə təhsil alan tələbələrin və geniş oxucu kütləsinin dərin rəğbətini qazanıb. 
 2018- ci ildə professor Məsud Mahmudovun “ Türk dillərinin milli korpusları” monoqrafiyası çapdan çıxıb.  Monoqrafiya Azərbaycanda Atatürk Mərkəzi ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun birgə elmi əməkdaşlığı çərçivəsində işıq üzü görüb( elmi redaktor və ön sözün müəllifi akademik Nizami Cəfərovdur). Müəllif əsəri Bakı Dövlət Universitetinin 100 illiyi günlərində unudulmaz  müəllimlərinin əziz xatirəsinə dərin ehtiram olaraq çap etdirib. Monoqrafiya dilçiliyin cürətlə inkişaf edən ən yeni sahələrindən biri olan korpus dilçiliyinə həsr olunub. “ Türk dillərinin milli korpusları” əsəri elmi ictimaiyyət tərəfindən alimin yeni uğuru kimi qiymətləndirilir, türkologiyada , o cümlədən Azərbaycan dilçiliyində elmi-nəzəri və təcrübi əhəmiyyəti olan əsər kimi qəbul olunur. 
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş  “Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması” ilə bağlı  işlər onun rəhbərliyi icra olunub , azerbaycandili.az və korpus.azerbaycandili.az  saytları  yaradılıb  və baza orada yerləşdirilib. 
2017-2018- ci illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun 2015-ci ildə elan olunmuş əsas qrant müsabiqəsinin Humanitar və İctimai elmlər sahəsinin Azərbaycan dili ixtisası üzrə “ Azərbaycan dilinin lüğət tərkibinin inkişafı, dilin normalarına əməl olunmasının ictimai monitorinqi və dilin verilənlər korpusunun hazırlanması üzrə inteqrasiya olunmuş elektron sistemin və lüğətin hazırlanması” kompleks elmi-tədqiqat layihəsinin  rəhbəri olub və həmin iş uğurla yerinə yetirilib. 
30-a yaxın elmlər namizədi və 8 elmlər doktoru yetişdirib. Hazırda bir çox doktorant və dissertantlara elmi rəhbərlik sahəsində səmərəli fəaliyyətini davam etdirməkdədir.
 Dilçilik üzrə Respublika Əlaqələndirmə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının sədri və üzvü vəzifələrində çalışıb,  Azərbaycan və Qazaxıstan Dil komissiyalarının üzvü olub.
 Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləyir (1976-cı ildən).  1985-1988-ci illərdə İnstitutun elmi katibi,  1988-ci ildən  2013-cü ilə kimi isə  elmi işlər üzrə direktor müavini və eyni zamanda ictimai əsaslarla Nəzəri və tətbiqi dilçilik şöbəsinin müdiri vəzifələrini aparıb. Hazırda həmin İnstitutun Kompüter dilçiliyi şöbəsinin müdiridir. 24  monoqrafiya və kitabın, 150-dən çox məqalə və tezisin müəllifidir. Alma-Ata, Ankara, Astana, Bakı, Bişkek, Çimkənd, Kişinyov, Leninqrad (Sankt-Peterburq), Mahaçqala, Minsk, Moskva, Takestan, Tallin, Tbilisi, Türkestan, Simferopol  şəhərlərində keçirilmiş nüfuzlu elmi məclislərdə Azərbaycanı təmsil edib. 
 2021-ci ildə Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərinə görə  və 70 illik yubileyinə görə Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 
 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “ Azərbaycan Respublikasında 2023-cü ilin “ Heydər Əliyev ili” elan edilməsi haqqında “ 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə AMEA prezidentinin təşəkkürnaməsini almışdır. 
Professor Məsud Mahmudov Azərbaycan dilçiliyində   struktur, tətbiqi, riyazi  dilçilik, linqvostatistika,  statistik  leksikoqrafiya, maşın tərcüməsi, kompüter dilçiliyi, korpus dilçiliyi kimi yeni istiqamətlərin yaradıcılarından və ilk tədqiqatçılarından biridir. 
 Bu yaxınlarda – 26 fevral 2024-cü ildə  professor Məsud Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
Ailəlidir, beş  nəvəsi var.

https://azertag.az/xeber/professor_mesud_mahmudova_turk_dunyasi_arasdirmalari_beynelxalq_elmler_akademiyasinin_uzvluk_diplomu_teqdim_olunub-2940329


Həşimov Elşən Qiyas oğlu

Həşimov Elşən Qiyas oğlu 2 noyabr 1970-ci il tarixində Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur.

1994–1995-ci illərdə Ukraynanın Nikolayev vilayətinin Pervomaysk şəhərində 16613 saylı hərbi hissədə heyət rəisi vəzifəsində xidmət etmişdir. 1995–1998-ci illərdə Xarkov Hərbi Universitetinin əyani adyunkturasında təhsil almaqla xidmətini davam etdirmişdir. 1998–1999-cu illərdə Xarkov Hərbi Universitetinin "Raket silahları və texnoloji qurğular" kafedrasında "assistent" vəzifəsində, 1999–2000-ci illərdə "müəllim" vəzifəsində xidmət etmişdir. 12.01.2000-ci il tarixindən öz xahişimlə Ukrayna Silahlı Qüvvələrindən tərxis olunmuşdur.

2000–2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbinin Hava hücumundan müdafiə kafedrasının müəllimi, 2003–2007-ci illərdə Mexanika kafedrası rəisinin müavini vəzifələrində xidmət etmişdir. 2007–2013-cü illərdə Mexanika kafedrasının rəisi vəzifəsini icra etmişdir. 2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elm və Adyunktura şöbəsinin dosenti, Elm və Adyunktura şöbəsinin rəisi vəzifələrində. 2015–2020-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi-professor vəzifəsində xidmət etmişdir.

31.05.2020-ci il tarixində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2020–2022-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin Adyunkturasında "professor-məsləhətçi" vəzifəsində, 2022–2023-cü illərdə Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru (Elmi katib) vəzifəsində, 15.03.2023-cü il tarixindən bu günədək isə Milli Müdafiə Universitetində professor(Elmi katib) vəzifəsində işləyir.

1999-cu ildə Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən "Texnika elmləri namizədi" elmi dərəcəsi almışdır. 2010-cu ildə "dosent", 2017-ci ildə "professor" elmi adlarına layiq görülmüşdür. 2019-cu ildə "Milli təhlükəsizlik və hərbi elmlər doktoru" elmi dərəcəsi almışdır.

2014-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elmi şurasının katibi, 2022–2023-cü illərdə Hərbi Elmi Tədqiqat İnstitutunun Elmi şurasının katibi, 2022-ci ildən Milli Müdafiə Universitetinin Elmi şurasının katibidir.

2019-cu ildən Hərb elmləri üzrə Problem şurasının sədr müavinidir. 2018–2019-cu illərdə Hərbi Akademiyanın nəzdində yaradılmış dissertasiya şurasının üzvü, 2021-ci ildə yaradılmış birdəfəlik dissertasiya şurasının sədri olmuşdur. Hazırda Milli Müdafiə Universitetinin nəzdində yaradılmış dissertasiya şurasının üzvü, "Hərbi xüsusi elmlər" ixtisası üzrə Elmi seminarın sədridir.

2015-ci ildən "Milli təhlükəsizlik və hərbi elmlər" elmi-praktik jurnalın baş redaktorudur. 2015–2020-ci illərdə "Hərbi icmal" jurnalının baş redaktoru olmuşdur. Xaricdə dərc edilən bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.

Nümunəvi xidmətinə, təhsil, elm və ictimai sahədə uğurlu fəaliyyətinə görə Müdafiə naziri tərəfindən 8 medalla, eləcə də Müdafiə nazirlərinin müavinləri, Baş İdarə rəisləri, Milli müdafiə Universitetinin rektoru tərəfindən dəfələrlə "Fəxri fərman" və qiymətli hədiyyələrlə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.

Azərbaycan, rus, türk, ukrayna və ingilis dillərini bilir.

Elmi fəaliyyəti

1998-ci ildə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə Ukrayna Ali Attestasiya Komissiyası tərəfindən "Texnika elmləri namizədi" elmi dərəcəsi almışdır. 2010-cu ildə "dosent", 2017-ci ildə "professor" elmi adlarına layiq görülmüşdür. 2019-cu ildə "Milli təhlükəsizlik və hərbi elmlər doktoru" elmi dərəcəsi almışdır.

1 dərsliyin, 19 dərs vəsaitinin və 9 metodiki vəsaitin, Respublikada dərc edilmiş 2 və xaricdə dərc edilmiş 3 monoqrafiyanın, Respublika səviyyəli 3 patentin müəllifi və həmmüəllifidir.

Tədqiqat sahəsi

· hərbi təhsil və hərb elmi, coğrafi informasiya sistemləri, pilotsuz uçuş aparatları, hədəflərin aşkar edilməsi, müasir müharibələrin təhlili

Tədris vəsaitləri

1.     Əşrəfov, R. Ə., Həşimov, E. Q. İstilik mübadiləsi. Dərslik. // -Bakı, Hərbi nəşriyyat, 2006, 163 s.

2.     Talıbov, Ə. M., Həşimov, E. Q., Muradov, R. M. "Yol hərəkti qaydalari" və "Hərəkət təhlükəsizliyinin əsaslari". Bütün kateqoriyalara aid test-imtahan çalışmaları. Dərs vəsaiti// — Bakı: MVS Nəşr, 2006, 103 s.

3.     Talıbov, Ə. M., Həşimov, E. Q., Musayev, Ş. M., Məmmədov, A. M. "Yol hərəkti qaydalari" və "Hərəkət təhlükəsizliyinin əsaslari". Bütün kateqoriyalara aid test-imtahan çalişmalarının şərhləri. Dərs vəsaiti// — Bakı: MVS Nəşr, 2007, 124 s.

4.     Həşimov, E. Q., Orucov, Y. İ., Məmmədova, A. K., Quliyeva, N. A. Çertyojların yerinə yetirilməsi üçün bəzi göstərişlər. Metodiki vəsait // -Bakı: H. Əliyev adına AAHM, 2008, 30 s.

5.     Həşimov, E. Q., Lətifov, F. C., Təlai, F. M. Konstruksiya materialları. Laboratoriya işlərinin yerinə yetirilməsi üçün göstərişlər. Metodiki vəsait // Bakı: H. Əliyev adına AAHM, 2008, 54 s.

6.     Binnətov, İ. Ə., Həşimov, E. Q. T-55 tankı. Dərs vəsaiti // — Bakı: H. Əliyev adına AAHM, 2008, 104 s.

7.     Həşimov, E. Q., Kərimov, S. X., Əmənov, Y. Ə. Maşın və mexanizmlər nəzəriyyəsi. Dərs vəsaiti // -Bakı: H. Əliyev adına AAHM, 2008, 145 s.

8.     Binnətov, İ. Ə., Həşimov, E. Q. T-72 "Ural" tankı. Dərs vəsaiti // -Bakı: H. Əliyev adına AAHM, 2009, 135 s.

9.     Talıbov, Ə. M., Həşimov, E. Q. Avtomobil hazırlığı. Yol hərəkəti qaydaları. Dərs vəsaiti // -Bakı: H. Əliyev adına AAHM, 2009, 145 s.

10.    Əmənov, Y. Ə., Talıbov, Y. B., Həşimov, E. Q. Maşın hissələri. Dərs vəsaiti // -Bakı: H. Əliyev adına AAHM, 2009, 448 s.

11.    Binnətov, İ. Ə. Həşimov, E. Q. BMP-2 piyadanın döyüş maşını. Dərs vəsaiti // — Bakı: H. Əliyev adına AAHM, 2010, 139 s.

12.    Həşimov, E. Q., Kərimov, S. X., Həsənov Q. E. Maşın və mexanizmlər nəzəriyyəsi. Dərs vəsaiti // — Bakı: NPM "Təhsil", 2012, 350 s.

13.    Sultanov, X. S., Təlai, F. M., Həşimov, E. Q. Materialşünaslıq. Metodiki vəsait. // -Bakı: H. Əliyev adına AAHM, 2013, 128 s.

14.    Həşimov, E. Q., Quliyev, M., Nəsirov Ş., Rəsulova M. İstilik texnikasının əsasları. Dərs vəsaiti // — Bakı: H. Əliyev adına AAHM, 2014, 420 s.

15.    Məmmədov, A. M. Əkbərov, C. S. Talıbov, Ə. M., Həşimov, E. Q. İlkin tibbi yardım. Dərs vəsaiti // — Bakı: Heydər Əliyev adına AAHM, 2014, 148 s.

16.    Talıbov, Ə. M., Həşimov, E. Q. Elmi məqalələrin yazılma metodikası . Metodiki vəsait // — Bakı: Hərbi nəşriyyat, 2015, 32 s.

17.    Bayramov, A. A., Həşimov, E. Q., Talıbov Ə. M. Hərbi texnika və yüklərin radioaktiv çirklənməsinin yoxlanma qaydaları. Radiasiya təhlükəsizliyi. Metodiki vəsait // — Bakı: Hərbi nəşriyyat, 2015, 56 s.

18.    Piriyev, H. K., Mənsiyev, Q. Q., Həşimov, E. Q. Döyüş və əməliyyatlarda aerozollu əkstəsir. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2015, 168 s.

19.    Piriyev, H. K., Quliyev, B. Ş., Həşimov, E. Q. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi fəaliyyətlərinin hazırlanması və aparılması. I hissə. Strateji fəaliyyətlər. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2015, 90 s.

20.    Həşimov, E. Q., Talıbov Ə. M. Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında təlimat.// -Bakı: Hərbi nəşriyyat, 2015, 32 s.

21.    Piriyev, H. K., Quliyev, B. Ş., Həşimov, E. Q. Allahyarova, T., Nəcəfov, Z. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin konseptual əsasları. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2016, 244 s.

22.    Piriyev, H. K., Quliyev, B. Ş., Həşimov, E. Q. İsmayılov, İ. Silahlı Qüvvələrdə mənəvi-psixoloji təminatın və tərbiyəvi işin təşkili. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2016, 297 s.

23.    Piriyev, H. K., Həşimov, E. Q., Həsənov, A. H. Qarşılıqlı fəallığı şərtləndirın təlim metodları. Metodiki vəsait // — Bakı: Hərbi nəşriyyat, 2016, 33 s.

24.    Həşimov, E. Q., Talıbov, Ə. M., Ağayev, Ş. O. Hərbi təhsildə müasir pedaqoji texnologiyalar. Dərslik. I hissə. // — Bakı: Hərbi nəşriyyat, 2016, 152 s.

25.    Həşimov, E. Q., Talıbov, Ə. M., Ağayev, Ş. O. Hərbi təhsildə müasir pedaqoji texnologiyalar. Fənn proqram // -Bakı: Hərbi nəşriyyat, 2016, 28 s.

26.    Həsənov, A. H., Həşimov, E. Q. İnformatika. Adyunktlar üçün dərs vəsaiti. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2017, 146 s.

27.    Piriyev, H. K., Həmidov, M. P., Həşimov, E. Q. Hərbi təhsildə təlim metodları. Metodiki vəsait // — Bakı: Hərbi nəşriyyat, 2017, 52 s.

28.    Həşimov, E. Q., Valehov, S. N. Riyazi proqramlaşdırmanın əsasları. Mühazirələr toplusu. Metodiki vəsait // — Bakı: Hərbi nəşriyyat, 2017, 144 s.

29.    Piriyev, H. K., Həşimov, E. Q. , Valehov, S. N. Təhsildə interaktiv təlim metodları. Konkret vəziyyətlərin təhlili (case study) metodu. Metodiki vəsait // — Bakı: Hərbi nəşriyyat, 2017, 32 s.

30.    Həşimov, E. Q., İsayev, Y. S., İsayev, Ə. M., S-125–2TM zenit-raket kompleksində idarəolunan zenit-raketlərinin atış qaydaları. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2017, 173 s.

31.    Həşimov, E. Q., Həsənov, A. Q. Hərbi sistemlərin riyazi modelləşdirilməsi. Fənn proqramı // -Bakı: Hərbi nəşriyyat, 2018.

32.    Həşimov, E. Q., Həsənov, A. Q. Hərbi sistemlərin riyazi modelləşdirilməsi. Dərs vəsaiti // — Bakı: Hərbi nəşriyyat, 2018

Monoqrafiya və kitablar

1.     Piriyev H. K., Həşimov E. Q., Bayramov A. A. Taktiki fəaliyyətlərin riyazi modelləşdirilməsi. Monoqrafiya//- Bakı: Hərbi nəşriyyat, 2016, 256 s.

2.     Həşimov E. Q., Bayramov A. A. Görünməyən hərbi obyektlərin aşkar edilməsi üçün CİS və seysmolokasiya üsullarının tətbiqi. Monoqrafiya//- Bakı: Hərbi nəşriyyat, 2017, 246 s.

3.     Bayramov, A. A., Hashimov, E. G., Nasibov, Y. A. Unmanned Aerial Vehicle Applications for Military GIS Task Solutions. Chapter // Automated Systems in the Aviation and Aerospace Industries. Chapter 10. A volume in the Advances in Mechatronics and Mechanical Engineering (AMME) Book Series. Hershey PA, USA, IGI Global, 2019, p.p.273–296. DOI: 10.4018/978-1-5225-7709-6.ch010. URL: https://www.igi-global.com/gateway/chapter/223732

4.     Bayramov, A. A., Hashimov, E. G. Application SMART for small Unmanned Aircraft System of Systems. Chapter // Handbook of Research on Artificial Intelligence Applications in the Aviation and Aerospace Industries. IGI Global, PA, USA, 2019. Eds. T. Shmelova, Y. Sikirda, A. Sterenharz, 390 p. Chapter 8. Application SMART for Small Unmanned Aircraft System of Systems. pp.193–213. ISSN: 2328–8205; eISSN: 2328–823X. URL: https://www.igi-global.com/chapter/application-smart-for-small-unmanned-aircraft-system-of-systems/242678

5.     Bayramov, A. A., Hashimov, E. G., Nasibov, Y. A. Unmanned Aerial Vehicle applications for military GIS task solution: vol. 3, Chapter 44 // Research Anthology on Reliability and Safety in Aviation Systems, Spacecraft, and Air Transport / Ed. D. B. A. Mehdi Khosrow-Pour. – USA : IGI-Global Publ, 2021. – Р. 1092–1115. DOI: 10.4018/978-1-7998-5357-2.ch044. URL: https://www.igi-global.com/gateway/chapter/263205#pnlRecommendationForm

Patentlər

· Piriyev H. K., Həşimov E. Q., Bayramov A. A., Talıbov Ə. M. Hərəkət edən ağır hərbi texnikanın aşkar edilməsi üsulu. Patent. 2019–03M

· Əliyev R. Ə., Həşimov E. Q., Talıbov Ə. M., Bayramov A. A., Kərimov T. Ş., Vəliyev K. Q., Sarıyev Ş. F. Şəxsi heyət üçün sığınacaq. Patent. F202101M. İddia sənədinin nömrəsi:U2020 001m (a2017 003m), İlkinlik tarixi:27.01.2017. Dövlət reyestrində qeyd olunub: 27.04.2021

· Əliyev R. Ə., Həşimov E. Q., Talıbov Ə. M., Bayramov A. A., Kərimov T. Ş., Vəliyev K. Q., Sarıyev Ş. F. Yığma müşahidə və atəş nöqtəsi. Patent F202102M. İddia sənədinin nömrəsi:U2020 002m (a2017 004m), İlkinlik tarixi:27.01.2017Dövlət reyestrində qeyd olunub: 27.04.2021

ELMİ MƏQALƏLƏRİ

133 sayda dərc edilmiş elmi məqalələrin 28 xaricdə, 105 məqalə isə Respublikanın müxtəlif elmi jurnallarında dərc edilmişdir.

Onlardan bəziləri aşağıda göstərilmişdir:

1. Hashimov, E. G., Bayramov, A. A. Seismic location station for detection of unobserved moving military machineries // Journal of Management and Information Science, Turkey, 2016, Vol.4, № 2, p. 61–66. DOI:10.17858/jmisci.82365. https://dergipark.org.tr/tr/pub/jmisci/issue/18983/200443

2. Bayramov, A. A., Hashimov, E. G. Assessment of invisible areas and military objects in mountainous terrain // Defence Science Journal, 2018, vol. 68, № 4, pp. 343 – 346. DOI: 10.14429/dsj.68.11623. https://publications.drdo.gov.in/ojs/index.php/dsj/article/view/11623

3. Hashimov, E. G., Bayramov, A. A., Chalilov B. M. Terrain orthophotomap making and combat control // Съвременни предизвикателства пред сигурността и отбраната. София, Военна академия "Георги Стойков Раковски", 2017, c.68–71

4. Гашимов, Э.Г. Алгоритм идентификации и определения курса движущейся ненаблюдаемой бронетехники // Киев, Наука и оборона, 2017, № 1, с.49–53. DOI:10.33099/2618-1614-2017-0-1–49-53

5. Mammadov B., Hashimov, E. G. Key duties of a country"s economy related to national defense in critical times // Journal of Defense Resources Management, 2017, vol.8, İssue 1(14), pp.83–97

http://www.jodrm.eu/issues/volume8_issue1/06_Bahruz_MAMMADOV.pdf

6. Hashimov, E. G., Bayramov, A. A. Investigation of the observation conditions on the terrain of war operation using GIS technology // Advanced Information Sistems. National Technical University, Kharkov, 2017, Vol. 1, № 1, p.65–69 . DOI: 10.20998/2522–9052.2017.1.12

7. Hashimov, E. G., Bayramov, A. A. Modeling the process of detecting invisible military objects of the terrain with the help of UAV // Research papers collection

of the Center of military and strategic studies of the National Defence University of Ukraine named after Ivan Chernyahovsk, № 3(61), 2017, с.114–118.

http://znp-cvsd.nuou.org.ua/issue/view/7397/2968

8. Hashimov, E. G., Bayramov, A. A. The numerical estimation method of a task success of UAV reconnaissance flight in mountainous battle condition // Advanced Information Sistems. Volume 1, № 2, 2017, p.70–73 . DOI: 10.20998/2522–9052.2017.2.12

9. Hashimov, E. G., Bayramov, A. A., Chalilov B. M. GIS technology and terrain orthophotomap making for military application // Journal of Defense Resources Management, vol.8, İssue 2(15), 2017, p.81–90

http://www.jodrm.eu/issues/volume8_issue2/08_HASHIMOV_BAYRAMOV_CHALILOV.pdf

10. Bayramov, A. A., Hashimov, E. G., Hasanov, A. H., Pashaev, A. B., Sabziev, E. N. Smart control system of systems for dynamic objects group // Съвременни предизвикателства пред сигурността и отбраната. София, Военна академия "Георги Стойков Раковски", 2018, c.121–123, ISBN 978-619-7478-14-3

11. Bayramov, A. A., Hashimov, E. G. Development of UAV SoS flight combat reconnaissance mission program // Advanced İnformation Systems, 2019, vol 3, № 1, p.p.152–156. DOI: 10.20998/2522–9052.2019.1.25 . http://ais.khpi.edu.ua/article/view/2522-9052.2019.1.25

12. İmrani, Z., Hashimov, E. G. Bayramov, A. A., Djafarova, N. R. Economic and social problems of war zone settlements of the Goranboy administrative region of Azerbaijan Republic // TURAN-CSR International Scientific, Peer-Reviewed and Refereed Journal,

2019, March, Vol:11, Issue: 41, p.p.601–607. DOI: http://dx.doi.org/10.15189/1308-8041  https://www.turansam.org/TURAN-SAM_41.pdf

13. Табуненко, В.А., Гашимов, Э.Г. Математическая модель для исследования динамических характеристик беспилотных летательных аппаратов, содержащих жидкость на этапе транспортировки // Milli təhlükəsizlik və hərbi elmlər 2019, № 2(5) s.17–22

14. Hashimov, E. G. Iskandarov, Kh. I., Sadiyev S. S. The role the Armed Forces likely to play in future conflicts // Civitas Et Lex. Kwartalnik. University of Warmia and Mazury in Olsztyn, 2019, 1(21), p.p. 25–35

http://cejsh.icm.edu.pl/cejsh/element/bwmeta1.element.desklight-82dd66ce-8846-4aa8-98ce-365cd92ae9b2

15. Nasibov, Y. A., Bayramov, A. A., Sabziev, E. N., Hashimov, E. G. Modelling of the rationally deployment of observing systems // Advanced Information Sistems. Volume 3, № 2, 2019, p.10–13 . doi: https://doi.org/10.20998/2522-9052.2019.2.02 . http://ais.khpi.edu.ua/article/view/2522-9052.2019.2.02

16. Həşimov, E. Q., İsayev, Y. S. Hərbi təyinatlı yeni nəsil rabitə şəbəkələrinin maneəyədavamlılığı və imtinaya qarşı dayanıqlılığı metodlarının analizi // Hərbi icmal, 2019, № 1 (4), s.5–11

17. Hashimov, E. G., Bayramov, A. A., Sabziev, E. N. Detection of unobserved ground targets by use of seismic location stations // -Brno: Advances in military technology, −2019. vol.14, № 1, -p.133–139. DOI 10.3849/aimt.01209. https://aimt.cz/index.php/aimt/article/view/1209

18. Hashimov, E. G., Bayramov, A. A., Sabziev, E. N. Determination of the Location of the Moving Unobserved Ground Targets by Use of Seismic Location Cells // Advances in Military Technology, 14(1): [Electronic resource]. http://aimt.unob.cz/index.php/aimt/article/view/1209

19. Ibrahimov, B. G., Hashimov, E. G. Analysis and Selection Performance Indicators Multiservice Communication Networks Based on the Concept NGN and FN // -Kharkiv: Computer and information systems and technologies, -aprel, — 2021. –p.96–98. DOI:https://doi.org/10.30837/csitic52021232904

20. Ibrahimov, B. G., Hashimov, E. G., Talibov, A. M., Hasanov, A. H. Research and analysis indicators fiber-optic communication lines using spectral Technologies // -Kharkov: Advanced information systems, −2022. Т. 6, № 1, — стр.61–64. doi: https://doi.org/10.20998/2522-9052.2022.1.10. URL: http://ais.khpi.edu.ua/article/view/254205

21. Hashimov, E. G., Sabziev, E. N., Huseynov, B. S., Huseynov, M. A. Determination of coordinates of targets from unmanned aerial vehicles // — Romania: Journal of Defense Resource Management, Volume 13, Issue no. 2 (25), October 2022. pp.107–112. URL: http://www.jodrm.eu/issues/Volume13_issue2/08%20-%20Hashimov_Sabziyev_Huseynov.B_Huseynov.M.pdf

22. Hashimov, E. G., Sabziev, E. N., Huseynov, B. S., Huseynov, M. A. Mathematical aspects of determining the motion parameters of a target by UAV // -Kharkov: Advanced Information Systems, — 2023. 7(1), 18–22. https://doi.org/10.20998/2522-9052.2023.1.03. URL: http://ais.khpi.edu.ua/article/view/274852/270005

23. Piriyev, H. K., Həşimov, E. Q. İkinci Qarabağ Müharibəsi: hərbi-siyasi və hərbi-texniki aspektlər // -Bakı: Heydər Əliyev adına Hərbi İnstitutun Elmi Əsərləri, — 2023. № 1 (40). — s. 7–16

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

40 beynəlxalq, 28 respublika səviyyəli konfranslarda iştirak etmişdir: Onlardan:

1. Determination of the Bearing Angle of Unobserved Ground Targets by Use of Seismic Location Cells // 2017 International Conference on Military Technologies (ICMT), may 31 – June 2, 2017, Brno, Czech Republic, pp. 185 – 188. DOI: 10.1109/MILTECHS.2017.7988753. https://ieeexplore.ieee.org/document/7988753

2. The model of observing systems application for inland waters investigation // Understanding the problems of inland waters: case study for the Caspian basin (upcb), 12–14 may 2018 Baku, Azerbaijan. pp.200–202

3. Исследование волоконно — оптических линий связи с использованием WDM/DWDM технологий // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Матерiали 9 — i мiжнародноi науково-технiчноi конференцii. Баку-Харкiв-Жилiна, 13–15.11.2019, с.60 http://repository.kpi.kharkov.ua/bitstream/KhPI-Press/40727/1/Conference_NTU_KhPI_2019_Suchasni_napriamy_rozvytku_IKT.pdf

4. Development of security system by using of technical observing devices in mountainous terrasın // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Матерiали 9 — i мiжнародноi науково-технiчноi конференцii. Баку-Харкiв-Жилiна, 11–12 квiтня 2019, с.93–94. http://repository.kpi.kharkov.ua/bitstream/KhPI-Press/40727/1/Conference_NTU_KhPI_2019_Suchasni_napriamy_rozvytku_IKT.pdf

5. Application of geography analysis system in tactical tasks of armed forces // Проблеми Информатизации. Тези доповидей сьомои мижнародной науково-техничной конференции. Черкаси – Харків – Баку – Бельсько-Бяла. 13–15 листопада 2019 року. Том 3; секции 5–7. с.95

6. Криптозащиты информации в многоканальных телекоммуникационных системах c использованием квантовой криптографии // 1st International Conference: Modern Information, Measurement and Control Systems: Problems and Perspectives (MIMCS’2019), 01–02 July 2019, Baku, AZERBAIJAN, p.74

7. The place and role of UAV systems in operations // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Матерiали 10 — i мiжнародноi науково-технiчноi конференцii, 9–10 квитня 2020. Том1. Баку-Харкiв-Жилiна, 2020, с.3

8. The control of modern anti tank systems in combat operations // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Матерiали 10 — i мiжнародноi науково-технiчноi конференцii, 9–10 квитня 2020. Том1. Баку-Харкiв-Жилiна, 2020, с.8

9. Methods of effective influencing UAVs // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Матерiали 10 — i мiжнародноi науково-технiчноi конференцii, 9–10 квитня 2020. Том1. Баку-Харкiв-Жилiна, 2020, с.27

10. Employment problems of the population in Fizuli region of the Republic of Azerbaijan // Регіон – 2020: стратегія оптимального розвитку: матеріали міжнародної науково-практичної конференції (м. Харків, 8 – 9 жовтня 2020 р.) / – Харків: ХНУ імені В.Н. Каразіна, 2020. c.9–12

11. Research and analysis of fiber optical communication lines based on optical spectral technologies // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Тези доповiдей 11 — i мiжнародноi науково-технiчноi конференцii, 8–9 квитня 2021. Том1. Баку-Харкiв-Київ–Жилiна, 2021, с.26–27

12. Перспективы создания автоматических систем управления для противодействия БПЛА в системах противовоздушной обороны // Прикладные аспекты научной деятельности в области обороны и безопасности государства. Тезисы докладов Международной военно-научной конференции, -Минск: −29 апреля, −2021. -с.53–54

13. Methods of effective detection of unmanned aerial vehicles // Проблеми інформатизації. Тези доповiдей 9 — i мiжнародноi науково-технiчноi конференцii. Том 1. -Черкаси – Харків-Баку – Бельсько-Бяла: 18 – 19 листопада, −2021, -с.118–119

14. . Research of nonlinear effects optical transmission systems using spectral technologies // Проблеми інформатизації. Тези доповiдей 9 — i мiжнародноi науково-технiчноi конференцii. Том 2: секція 4. -Черкаси – Харків-Баку – Бельсько-Бяла: 18 – 19 листопада, −2021, -с.5–6

15. Analysis of the effectivness of communication and automated management systems // Сучаснi напрями розвитку iнформацийно-комунiкацiйних технологiй та засобiв управлiння. Тези доповiдей 12 — i мiжнародноi науково-технiчноi конференцii, 27–28 квитня 2022. Том 1: секція 1–4. Баку-Харкiв-Жилiна, 2022, с.32–33

16. Estimate targets according structure and doctrine // Сучасні напрями розвитку інформаційно-комунікаційних технологій та засобів управління. Тези доповідей тринадцятої міжнародної науково-технічної конференції, — Харків: — 26 – 27 квітня, −2023, Том 1: — pp.13–14

The importance of a navigation system for UAV // Сучасні напрями розвитку інформаційно-комунікаційних технологій та засобів управління. Тези доповідей тринадцятої міжнародної науково-технічної конференції, — Харків: — 26 – 27 квітня, −2023, Том 2: — pp.10–11

 

 

Mənbə:  https://az.wikipedia.org/wiki/El%C5%9F%C9%99n_H%C9%99%C5%9Fimov

Böyükağa Talışxanov


Böyükağa Talışxanov

Böyükağa Sultan oğlu Talışxanov Lənkəranda ilk maarif işığı yandıranlardan biri olmuşdur. 1882-ci ildə Lənkəran rayon Boladi kəndində anadan olmuş, ilk təhsilini mədrəsədə almış, , sonralar Bakıda böyük dramaturq-yazıçı S.S.Axundovun müddir olduğu rus-müsəlman məktəbində oxumuşdur. Bakıda təhsil aldığı müddətdə ədəbi yaradıcılıqla da məşqul olmuşdur. 19922-ci ildə kəntdə fəaliyyətə başlamış dördsinifli birinci dərəcəli Şura Zəhmət məktəbi Böyükağa Talışxanovun adı ilə baölıdır. 1928-ci ilədək məktəbin direktoru olmuşdur. Kəntdə dərs deyərkən talış floklarından nümünələr toplamış, dövrü mətbuatda şer və məcmuələri dərc olunmuşdur. . Vaxtı ilə ADR-in yaradıcısı Məmmədəmin Rəsulzadə ilə yaxınlıq etməsi və Musavat Partiyasında fəaliyyət göstərməsi sürgünə göndərilməsi üçün bəhanə olmuşdur. Ölümündən sonra -1956-cı ildə ona bəraət verilmışdir.

Aslanov Şəkər Mirzə oğlu
Aslanov Şəkər Mirzə oğlu - şair, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1978).
Həyatı

Şəkər Aslan 1935-ci il oktyabrın 10-da Lənkəran rayonu Boladi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Boladi kənd, Port-İliç qəsəbə və Lənkəran rayon mədəniyyət evlərində kino nəzarətçisi vəzıfəsində işləmişdir (1955-1959). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində qiyabi təhsil almışdır. Ədəbi fəaliyyətə "Sosialist subtropikası" Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan "Koreyalı bacıma" adlı şerilə başlamışdır. Sonralar "Leninçi" adı ilə nəşr olunan həmin qəzetin redaksiyasında ədəbi işçi (1964-1968), Azərbaycan KP Lənkəran rayon komitəsində təlimatçı vəzifəsinə işləmişdir. 1970-ci ilin sentyabrından "Leninçi" qəzetinin redaktoru işləyir. "Sən kimsən, Ata?" (1982), "Birtərəfli hərəkət" (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Lənkəran şəhər Sovetinin deputatı seçilmişdir (1982). Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. Gənc yazıçıların Moskvada keçirilən V Ümumittifaq müşavirəsində iştirak etmişdir (1969).AYB-nin Lənkəran şöbəsinin sədri və "Şəfəq" jurnalının baş redaktoru olmuşdur (1994-95).

1995-ci il iyulun 13-də vəfat etmişdir.

Əsərləri
1.Bahar yağışı. Bakı: Azərnəşr, 1964, 56 səh.
2.Ürəyimi açıram. Bakı: Gənclik, 1967, 52 səh.
3.Sənə nəğmə deyirəm. Bakı: Gənclik, 1967, 44 səh.
4.Məhəbbət fəsli. Bakı: Azərnəşr, 1973, 84 səh.
5.Sevgi günü. Bakı: Gənclik, 1980, 120 səh.
6.Səni sevdiyim gündən. Bakı: Gənclik, 1980, 120 səh.
7.Döy mənim qapımı. Bakı: Yazıçı, 1986, 136 səh.
8.Dünyanın sevincləri. Bakı: Gənclik, 1987, 90 səh.


Altay Mehdiyev

A.Mehdiyev Lənkəran rayonun Boladi kəndindəndir. Naxçıvana göndərilənədək Beyləqan hərbi birləşməsinin tabeçiliyində olan motoatıcı briqadanın komandiri vəzifəsini icra edib. Briqada komandiri kimi Qarabağ savaşında şəxsən iştirak edib. Mərhum dövlət başçısı Heydər Əliyev A.Mehdiyevi şəxsən tanıyıb və ona etibar edib. General-mayor rütbəsini də 2002-ci ildə ona H.Əliyev verib. Heydər Əliyev Naxçıvanda olarkən hərbi korpusa gedib. Orada korpus komandiri general-leytenant Kərəm Mustafayevin müavini olan Altay Mehdiyevin polkovnik rütbəsi daşımasından təəccüblənib. Dövlət başçısı Mehdiyev, sən bu gündən mayorsan» deyəndə Altay Mehdiyev bir az narahat olub. Düşünüb ki, Ali Baş Komandan onun pilləsini aşağı endirib. Heydər Əliyev ardınca gülərək «təbrik edirəm, general-mayor» deyə əlavə edib.


Nəzərə almaq lazımdır ki, Naxçıvan korpusu mini - müdafiə nazirliyidir və belə bir qurumun qərargah rəisi olmaq asan məsələ deyil. Mehdiyev bu işin öhdəsindən məharətlə gəlib. Füzuli istiqamətində işğal olunmuş bəzi ərazilərin azad olunmasında Altay Mehdiyevin rəhbərlik etdiyi briqadanın da dəstəyi olub.

"MilAz" İnformasiya Agentliyinin keçirdiyi "İlin hərbçisi" internet sorğusunun 23 dekabr saat 10.00-a olan nəticələrinə görə, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı əvəzi general-mayor Altay Mehdiyev respondentlərin 21 faiz səsini (145 səs) toplayaraq liderdir. Ondan sonrakı yerləri isə Dövlət Müdafiə Nazirliyi Hərbi Elmi Mərkəzin keçmiş rəisi, hazırda nazirliyin sərəncamında olan general-leytenant Kərim Vəliyev və Azərrbaycan Ali Hərbi Məktəbinin keçmiş rəisi, hazırda Naxçıvandakı hərbi birləşmənin qərargah rəisi olan general-mayor Heydər Piriyev hərəyə 81 səs olmaqla bölüşdürürlər. Ümumiyyətlə, sorğuya Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən 18 generalın adı salınıb. İndiyə kimi sorğuda liderliyi H.Piriyev saxlamışdı.




Arif Əsgər oğlu Talışxanov 
Arif Əsgər oğlu Talışxanov Rusiya Hərbi-DənizDonanmasının kontr-admiralıdır. Dünyanın bütün okean sularında üzmüş, mühümdövlət tapşırıqlarını yerinə yetirmisdir.



Zamin Mirəli oğlu Hüseynov

Zamin Mirəli oğlu Hüseynov 1938-ci il noyabr ayının 12-də Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. O, 1946-cı ildə Boladi kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 1956-cı ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir.
Zamin Mirəli oğlu Hüseynov SSRİ-nin Əməkdar səmərələşdiricisi,respublika Dövlət mükafatı laureatı. Zamin Mirəli oğlu Hüseynov Sumqqayıt şəhərində müxtəlif sənaye müəsisələrində rəhbər vəzifələrdə işləmişdir. 
Zamin Hüseynov 1956-ci ildə Azərbaycan Sənaye İnstitutunun (İndiki Neft Akademiyası) neft-kimya fakültəsinə daxil olmuş və 1961-ci ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.
Zamin Hüseynov institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki “Sintetik-kauçuk” zavoduna göndərilmiş və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləmişdir.
Zamin Hüseynov 1963-cü ilin noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının qərarı ilə Sumqayıt “Superfosfat” zavodunun dənəvər superfosfat sexinə mexanik göndərilmiş və 1965-ci ildə həmin sexin rəisi təyin olunmuşdur. 1967-ci ildə “Superfosfat” zavodunun partiya üzvlərinin yekdil səsverməsi nəticəsində zavod partiya təşkilatının katibi seçilmişdir.
Zamin Hüseynov 1968-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti  Materialları Nazirliyi tərəfindən Sumqayıt Polimer-Tikinti Materialları Kombinatının baş mühəndisi vəzifəsinə irəli çəkilmişdir. 1971-ci ilin sentyabr ayında isə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin qərarı ilə Sumqayıt “Superfosfat” zavoduna direktor təyin edilmişdir.
Təşkilatçılığını, bacarığını və idarəetmə təcrübəsini nəzərə alan SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə Zamin Hüseynovu “Sumqayıtkimyasənaye” İstehsalat  Birliyinin baş direktorunun birinci müavini təyin etmişdir.
1978-ci ildə SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyası açılır və bura təsərrüfatın bütün sahələrindən ən perspektivli, rəhbər vəzifədə çalışan gənc kadrların qəbulu keçirilir. Azərbaycan üçün ayrılan iki yerə 100-ə yaxın namizədin içindən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və təkidi ilə Zamin Hüseynov da daxil edilir.
Zamin Hüseynov SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında  təhsil aldığı dövrdə ona Azərbaycan SSR-nin Dövlət mükafatı təqdim edilir. Dövlət mükafatının təqdimetmə mərasimində Ulu öndərimiz Heydər Əliyev ona söyləmişdir: “Təbrik edirəm! Amma yadda saxla ki, bu hələ avansdır. Bunu Akademiyadakı təhsilin, sonrakı fəaliyyətinlə doğrultmalısan. Səni böyük işlər gözləyir. Biz də səni gözləyirik”.
SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasınin “Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı” fakültəsini əla qiymətlərlə bitirən Zamin Hüseynov 1980-ci ildə doğma vətənə qayıdır. Həmin vaxt “Sumqayıtkimyasənaye” istehsalat birliyi artıq  ləğv edilmişdir. Zamin Hüseynovu qəbul edən Ulu Öndərimiz Heydər Əliyev ona Sumqayıt “Sintetik kauçik” zavoduna rəhbərlik etməyi tapşırır. “Hələ bu zavodu dirçəltməlisən. Orada yeni istehsalat – EP-300 qurğusunun tikintisini başlamalıyıq. Bakını zəhərləyən bu “Qara şəhər”in tüstüsü təmizlənməlidir – deyə əlilə indiki Xətai rayonuna işarə edir. – Bu, ən vacib məsələlərdən biridir. Sonrasına baxarıq. Lakin unutma, etimadı doğrultmasan, Akademiya da sənə kömək etməz”.
Zamin Hüseynov “Sintetik kauçuk” zavoduna direktor təyin ediləndən az sonra həmin zavodun bazasında “Sintezkauçuk” İstehsalat Birliyi yaradılır və o baş direktor kimi 1994-cü ilədək bu müəssisəyə rəhbərlik edir. 7 səmərələşdirici təklifin, 5 elmi ixtiranın müəllifi olan Zamin Hüseynov keçmiş SSRİ məkanında da böyük nüfuz qazanır. O, SSRİ neft-kimya sənayesinin direktorlar şurasının sədri seçilir.
Zamin Hüseynov son illərdə “Azərikimya” Dövlət Şirkətinin aparatında məsul vəzifədə çalışmış, kimya zavodlarının səmərəli işləməsində fəallıq göstərmişdir.
Bütün mənalı və məzmunlu ömrünü Azərbaycanda kimya sənayesinin inkişafına, yeni-yeni gənc mühəndis kadrlarının yetişməsinə həsr edən, heç zaman işin çətinliyindən qorxmayan Zamin Hüseynov əmək cəbhəsində, yeni-yeni qurğu və aparatların işə düşməsində göstərdiyi rəşadət heç vaxt unudulmamışdır. Onun yorulmaz fəaliyyətinə yüksək qiymət verilmiş, Qırmızı Əmək Bayrağı və Şərəf nişanı ordenləri, medallar və Azərbaycan Respublikasının Prezidentinin fəxri fərmanı ilə təltif edilmişdir.
1964-cü ildən partiya sıralarında olan Zamin Hüseynov 1967-ci ildə Sumqayıt şəhər Partiya Komitəsinin plenum üzvü. 1974-cü ildə Azərbaycan KP-nin plenum üzvülüyünə namizəd seçilmişdir. 1969-1995-ci illərdə Sumqayıt şəhər XDC-nin deputatı, Kimya və neft-kimya sənayesi işləri Pespublika Həmkarlar Komitəsi Rəyasət Heyətinin üzvü seçilmişdir.
Zamin müəllim deyərdi: "Həyat mübarizədir. Mübarizədən qaçmaq isə kişilikdən deyil". Dostları, iş yoldaşları onun ən çətin məqamlarda əsl kişilik nümunəsi göstərdiyinin çox şahidi olmuşlar. Yenicə istehsala buraxılmış EP-300 qurğusundakı böyük yanğın zamanı şəxsən odun-alovun ağzına atılması da əsl kişilik nümunəsi kimi yaddaşlarda qalıb.
O həm də azadlıqsevər bir insan idi. 
Zamin müəllim çox qısa ömür yaşadı - cəmi 62 il. Mübariz və şərəfli bir ömür.



Vəliağa Əsgər oğlu Cavadov
Vəliağa Əsgər oğlu Cavadov respublikanın Əməkdar aqronomu (1987)

Əliməməd İsa oğlu Ağayev
Əliməməd İsa oğlu Ağayev respublikanın Əməkdar müəllimi (1987)

Nuru Əsədulla oğlu Cavadov

 Nuru Əsədulla oğlu Cavadov respublikanın Əməkdar təbliğatçısı (1982)

Musa Əli oğlu Babayev

 Musa Əli oğlu Babayev SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Seyidağa Sail oğluHəmidov Fizika-Riyaziyyat Elmləri Doktoru, Professor SeyidağaSail oğlu Həmidov N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji UniversitetiRiyaziyyat və onun İbtidai Kursunun Tədrisi Metodikasi kafedrasinin müdürüdür.

Səyadulla Musa Oğlu Babayev Filologiya elmləri namizədi, Professor Səyadulla MusaOğlu Babayev Azərbaycan Özəl Universiteti Praktik ingilis dili kafedrasinin müdürü,Azəirbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu ingils dili kafedrasininprofessorudur.

Məryəm Rzabala qızı Şəfiyeva Məryəm Rzabala qızı Şəfiyeva Biologiya elmləri namizədidir,

Arif Hüseyn oğlu Heydərov Arif Hüseyn oğluHeydərov Riyaziyyat Elmləri Namizədidir

Mirbaba Sultan oğlu Babayev Mirbaba Sultan oğluBabayev Riyaziyyat Elmləri Namizədidir

İlham Sənan oğlu Axundov İlham Sənan oğluAxundov Riyaziyyat Elmləri Namizədidir

Şəmsəddin Naib oğluAbdullayev Şəmsəddin Naib oğlu Abdullayev Tibb Elmləri Namizədidir

Atakişi Vəli oğlu Cabbarov Kimya elmləri doktoru,Professor Atakişi Vəli oğlu Cabbarov. Aşqarlar zavodunun direktoru İşləmişdir.



Şaiqə Həmzə qızı İsgəndərova

 Şaiqə Həmzə qızı İsgəndərova şair və jurnalistdir

Комментариев нет:

Отправить комментарий