5/22/2014

Müəllimə dəstək-MSQ üçün testlər

Müəllimə dəstək-MSQ üçün testlər
Kurikulum kitabı 1-ci versiya -Zülfiyyə Veysova e-kitab
"Müəllimlərin  Etik  Davranış  Qaydaları"-Yeni!


Müəllim-Şagird münasibətlərinin  psixologi məsələləri
1) "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçənci ildə qüvvəyə minib? 
    A) 1998    B)1999    C) 2002    Ç) 2008   D) 2009
2)"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu neçə maddədən ibarətdir?
  A) 47       B) 50            C) 40        Ç) 58    D) 38


3) Məzmun standartının quruluşu hansıdır?
A) Bilik Fəaliyyət Vərdiş
B) Bacarıq Vərdiş
C) Bilik Fəaliyyət
Ç) Heç biri
D) Fəaliyyət Vərdiş


4) "Kurikulum” sözünün lüğəti mənası deməkdir:
A) sənəd, məcmuə
B) fənn, təhsil
C) Konsepsiya, əmr
Ç) yol, istiqamət
D) Təhsil pilləsi, təhsil proqramları


5) Biliyin növləri hansıdır?
A) Təlim. Bacarıq. Vərdiş.
B) Məntiqi. Yaradıcı. Tənqidi.
C) Motivasiya. İnteqrasiya. Karusel
Ç) Deklarativ. Prosedural. Kontekstual
D) Hamı.


6) BİBÖ abveturası nə bildirir?
A) Bilmək İstəyirəm. Bildim. Öyrəndim.
B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.
C) Bilmədiklərim.İstəyirəm bilim. Öyrənərdim.
Ç) Bilik. İstiqamət. Bilmədiklərim. Öyrəndiklərim.
D) Bilirəm. İstəyirəm bilim. Öyrəndim.


7) Blumun Taksonomiyası nəzəriyyəsinə görə dərketmənin Səviyyələri hansıdır?
A) 1)Bilik 2)Qavrama 3)Tətbiq 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə
B) 1)Bilik 2)Tətbiq 3)Təhlil 4)Qiymətləndirmə 5)Sintez
C) 1)Bilik 2)Təhlil 3)Sintez 4)Tətbiq 2) Qiymətləndirmə
Ç) 1)Bilik 2)Qavrama 6) Qiymətləndirmə
D) 1)Bilik 2)Tətbiq 3)Qavrama 4) Təhlil 5)Sintez 6) Qiymətləndirmə


8) Fəal təlim nəyə əsaslanır?
A) Təfəkkürün inkişafına. Təfəkkürün müstəqillik və sərbəstliyinə. Əməkdaşlığa.
B) Biliklərin yaradıcı tətbiqinə. Şagirdin fəal dərketmə mövqeyinə. Problemli şəraitin yaranmasına.
C) Biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradılmasına.
Ç) Heç birinə.
D) Hamısına.
9)Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansılardır?
A) Humanistlik. Demokratlik. Millilik və dünyavilik. Humanistlik. İnteqrasiya.
B) Humanistlik. Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya
C) Demokratlik. Bərabərlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Humanistlik. İnteqrasiya. Məsuliyyət.
Ç) Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. Varislik. Liberallaşma. İnteqrasiya. Kurikulum
D) Humanistlik. Millilik və dünyavilik. Keyfiyyətlilik. Səmərəlik. Daimilik. İnteqrasiya. Kurikulum. İnteqrasiya.


10) Təhsilalma Formasi deyil?
A) Sərbəst B) Əyani C) Qiyabi Ç) Özəl D) Məsafəil



Cavablar: 1.D 2.A 3.C 4.Ç 5.Ç 6.D 7.A 8.D 9.B 10.Ç
1. Təhsil islahatı neçənci illəri əhatə edir?
 a) 1999—2007 b) 2001—2011
 d) 1999—2013
 c) 1999—2009
 2. Kurrikulum nədir?
 a) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu
 b) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.
 c) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu
 d) Təlim metodu, forma və vasitələrin məcmusu
 3. Milli Kurrikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?
 a) tələbyönümlük
 b) nəticəyönümlük
 c) subyektivlik
 d) şəxsiyyətyönümlük
 4. İbtidai təhsil pilləsi üçün neçə fənn kurrikulumu hazırlanıb?
 a) 10 b) 9
 c) 11 d) 12
 5. Kurrikulumlarda fənnin məzmunu necə verilmişdir?
 a) bacarıqlar şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
 b) qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
 c) biliklər şəklində ifadə edilən təlim nəticələri — standartlar formasında
 d) oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında
 6. Kurrikulumda məzmun standartı nədir?
 a. şagirdlərin bilik və bacarıq səviyyəsini qiymətləndirmək üçün konkret ölçülərdir.
 b. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
 c. təhsilin müəyyən mərhələsində şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir
 d. yalnız şagird fəaliyyətinin mərhələlərini əhatə edir
 7. Aşağıdakı ifadələrdən hansılar alt-standartlara aid deyil?
 a. əsas standartın tərkib hissəsi olub ona xidmət edir
 b. təlimin müxtəlif mərhələləri üzrə şagirdlərin inkişafını izləməyə imkan verir
 c. təlim prosesinin planlaşdırılması və qurulmasını istiqamətləndirir
 d. təhsil pillələri üzrə dəyişməz qalır
 8. 4.1.4. Ədədin kəmiyyətin göstəricisi olduğunu başa düşdüyünü nümayiş etdirir. Bu standart hansı bilik və fəaliyyət növünə aiddir?
 a) deklorativ bilik bilik – idraki fəaliyyət b) kontekstual bilik – psixomator fəaliyyət
 c) prosedural bilik – idraki fəaliyyət d) deklorativ və kontekstual bilik
 9. Təlim strategiyaları seçilərkən aşağıdakıların hansı nəzərə alınmır?
 a) Qiymətləndirmə standartları b) Fənnin məqsədləri c) Valideynin arzusu
 d) Fənnin məqsəd və vəzifələri
 10. Fənn kurrikulumlarında təlim strategiyalarına nə daxil deyil?
 a) Fənnin təliminə verilən əsas tələblər
 b) Təlimin təşkilində istifadə olunan forma və üsullar
 c) Fənn üzrə təlimin planlaşdırılması
 d) Kurrikulum islahatının mərhələləri
 11. Təlim üsullarını seçin
 1. Müzakirə 2. Qeyri —standart dərs 3. Beyin həmləsi 4. Kiçik qruplarla iş 5. Venn diaqramı 6. Debatlar
 7. Dərs oyun
 a) 1,3,5,6 b)1, 2,4,6 c) 1, 4,5, 7 d) 3,4,5,6
 12) Təhsildə qiymətləndirmə nədir?
 a) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi
 b) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.
 c) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.
 d) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir
 13. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
 a) diaqnostik qiymətləndirmə b) formativ qiymətləndirmə
 c) summativ qiymətləndirmə d) milli qiymətləndirmə
 14. Summatıv qiymətləndirmə nə vaxt aparılmır?
 a) yarımilin sonunda b) dərs ilinin əvvəlində
 c) ayın sonunda d) bölmə başa çatdıqda
 15. Qiymətləndirmə standartları nədir?
 a. təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.
 b. tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.
 c. təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.
 d. Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb
 16. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?
  a) 3               b) 5                   c) 4                   d) 2
 17. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?
 a) 1-ci səviyyə üzrə suallar 20%
 2-ci səviyyə üzrə suallar 30%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 20%
 b) 1-ci səviyyə üzrə suallar 20%
 2-ci səviyyə üzrə suallar 20%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 20%
 5-ci səviyyə üzrə suallar 10%
 c) 1-ci səviyyə üzrə suallar 30%
 2-ci səviyyə üzrə suallar 30%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 10%
 d) 1-ci səviyyə üzrə suallar 30%
 2-ci səviyyə üzrə suallar 20%
 3-cü səviyyə üzrə suallar 30%
 4-cü səviyyə üzrə suallar 20%
 18. Qeyd olunan bəndlərdən hansı qiymətləndirmə standartıdır?
 a) 3.4.1.Q1.Borc analayışını izah etməyi bacarır.
 b) 3.4.1. Mənəvi borc (böyüklərə hörmət, kiçiklərə və xəstələrə qayğı) haqqında təsəvvürlərini ifadə edir.
 c) 3.3.2. Dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.
 d) 3.2.2. Mənəviyyata zidd xüsusiyyətlərə(yalançılıq, paxıllıq, xəbərçilik) münasibət bildirir.
 19. Test nümunələri nəyin əsasında hazırlanır?
 a) Əsas standartların b) Qiymətləndirmə standartlarının c) Alt standartların
 d) Əsas və alt standartların
 20. "Beyin həmləsi” nədir?
 a) İş üsulu b) Dərs forması c) Təlim üsulu d) Dərs nümunəsi
 1 — d         Mənbə :Tarix.info saytı                                                 
 2 – b
 3 – c
 4 – c
 5 – a
 6 – c
 7 – d
 8 – a
 9 – c
 10 – d
 11 – a
 12 – b
 13 — d
 14 – b
 15 – c
 16 – c
 17 – a
 18 – a
 19 – b
 20 – c