5/28/2013

Kompüteri necə seçiməli?

Tez-tez hansı kompüterin yaxşı olması barədə mübahisələrə rast gəlirəm. Bəzən də kompüter almaq istəyənlər mənə yaxınlaşaraq, hansı kompüterin daha yaxşı olduğunu soruşurlar.  Kompüterdən istifadə edənlərdən hər kəs bir firmanın komüterini tərifləyir. Biri "Toshiba", digəri "Dell", bir başqası isə "Samsung"  komputerlərini tərifləyir.  Bu məsələyə bacardığım qədər aydınlıq gətirmək üçün bunları demək istəyirəm.  Əvvəla kompüterin hansı firmaya məxsus olması şərt deyil. Əsas komputerin içərisinə nə yığılması, onun hansı parametrlərə cavab verməsidir.  Məsələn sizə eyni firmaya məxsus elə iki kompüter təklif edə bilərəm ki, onlar arasındakı qiymətlər fərqi 1000 Azn olsun. (Yəni biri 500 Azn, digəri 1500 Azn) Amma onların adları və xarici görünüşləri demək olar ki eyni olar. Deməli əsas şərt kompüterin içində nələrin olmasıdır və onların hansı tələblərə cavab verməsidir. Sizə komputer seçərkən nələrə diqqət yetirmənizi bildirmək istəyirəm.

 


Kompüteri necə seçməli sualından öncə kompüteri nə məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirməlisiniz. Məqsəddən (iş, oyun, internetdə "dolaşmaq", filmə baxmaq, musiqi dinləmək və ya bunların hamısı) asılı olaraq kompüter seçimində üstünlük verəcəyiniz parametrlər də dəyişəcək.

 Kompüterdən kifayət anlayışı olan şəxs üçün kompüter seçimi problem deyil. Lakin bu sahədə məlumatı olmayan üçün seçim etmək çətindir. Hazırda müxtəlif reklamlar, kampaniyalar, məhsul kataloqları o qədər çoxdur ki, təcrübəsiz istifadəçilər nəyi seçəcəyini tam olaraq bilmirlər.Bu zaman ümid qalır kompüter mağazalarındakı satıcıların vicdanına.

Amma təəssüflər olsun ki, bir çox halda onlar alıcıların təcrübəsizliyindən istifadə edərək alıcılara onlara lazım olanı deyil, öz satmaq istədiklərini satırlar. Odur ki, yaxşı olar ki, özünüz kompüter se&¸imində müəyyən biliklərə sahib olasınız.Beləliklə kompüter alarkən əsasən aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:

Prosessor (CPU)

Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, məhsuldarlıq da bir o qədər yüksək hesab olunur. Bundan başqa prosessorun nüvə sayına da fikir verməlisiniz, paralel çalışan çox nüvəli prosessorlar daha yüksək məhsuldarlığı şərtləndirən amillərdən biridir. Başqa bir üstünlük də prosessorun arxitektur olaraq neçə bitlik olmasıdır. Hazırda 32-bitlik və 64-bitlik prosessorlar istehsal olunur, aydın məsələdir ki, ikincilər birincilərdən daha üstün hesab edilir.

Operativ Yaddaş (RAM)

Hazırda operativ operativ yaddaş (RAM) həcmi 2 GB-dan az olan kompüterlərdən çox şey gözləməyinə dəyməz. Müasir fərdi kompüterlər üçün minimum tələb 4 GB-dır. Amma unutmayın ki, 32-bitlik sistemlər 4 GB-dan yuxarı operativ yaddaşı real olaraq istifadə edə bilmirlər.

Videokart (VGA)

Əgər qrafika ilə güclü işlər görməyi və ya yaxşı oyunlar oynamağı planlaşdırırsınızsa o zaman videokart plata-daxili (onboard) olmamalıdır. Bundan adıçəkilən məqsədlər üçün videokartın həm yaddaş həcmi, həm də takt tezliyi yüksək olmalıdır.

naplata (Mainboard)

Anaplatada əsas tələb şinlərin tezliyidir. Bundan başqa diqqət etmək lazımdır ki, anakart müasir portlarla təchiz edilsin. Diqqət yetirilməli olan bir başqa məsələ də odur ki, plata-daxili videokart və səs kartının göstəriciləri kifayət qədər qaneedici olsun.

Sərt Disk (HDD)Sərt Diskin həcminin çox olması Sizin daha çox informasiya saxlaya bilməyiniz deməkdir. Əgər Siz kompüterinizin yaddaşında iri həcmli media-fayllar (şəkil, film, musiqi) saxlamağı düşünürsünüzsə o zaman yaddaş həcmi minimum 320 GB olmalıdır. Bununla belə əgər qiymət fərqi cüzidirsə o zaman 500 GB-lıq Sərt Disklərə üstünlük verməyiniz məsləhətdir. Bundan başqa Sərt Diskin fırlanma sürətinin yüksək olmasına da diqqət yetirməlisiniz.

Soyutma Sistemi

Masaüstü kompüterlərin soyutma sistemi ilə bağlı demək olar ki, elə də ciddi problemlər olmur. Lakin Notebooklar üçün bu məsələdə gərək xüsusilə diqqətli olasınız. Keyfiyyətsiz soyutma sistemləri ilə təchiz edilmiş notebooklarda həddindən artıq qızma halı baş verir ki, bu da öz növbəsində anaplata və digər hissələrin sıradan çıxmasına səbəb olur. Soyutma sistemlərinin tanınmış brendlərdən olmasına diqqət yetirməyiniz tövsiyyə olunur.

Optik Sürücü

Optik sürücülərin (CD/DVD Driver) oxuma/yazma imkanlarının yüksək (super multi) olmasına diqqət yetirin ki, bu sürücülər bir çox formatlı disklərlə işləyə bilsinlər.

Batareya

Notebooklarda batareya ilə iş zamanının daha çox olmasına diqqət yetirin.

Monitor

Monitor seçərkən ehtiyacınıza uyğun olan ölçülü monitoru seçin. Bundan başqa geniş ekran (wide screen) monitorlara üstünlük verin.

Əməliyyat Sistemi

 Əslində əməliyyat sistemini Siz daha sonra özünüz də yaza və ya yazdıra   bilərsiniz. Lakin yaxşı olar ki, kompüter alanda orijinal və lisenziyalı əməliyyat sistemləri yazılmış kompüterlərə üstünlük verəsiniz.

        Son dövrlərdə alınmış kompüterlərdə  Microsoft Ofisse 2007 proqram paketinin lisenziyasız olduğuna rast gəlirəm. Odur ki kompüteri alarkən ƏS-ni və proqramlar paketini çalışdırıb yoxlayın, lisenziyalı olduğuna əmin olun. Əgər kompüterinizə proqramları demo versiyada yükləyiblərsə, yəqin ki, 1 və ya 3 ay sonra həmən proqramlar çalışmayacaqlar. Kompüter alarkən kompüterin qurğularının sürücülərini (drayverlərini ) alamağı unutmayın. Bu drayverlər sizə disklərdə təqdim olunmalıdır.

                                           Seyran Əliyev


5/12/2013

Pis dostların təsiri (Eldar İlqaroğlu)



Pis dostların təsiri 

Eldar İlqaroğlu

Hər şeyi gözəl yaradan Allah insanları bədəxlaqlı, acıdil və fəsad törədən bir xüsusiyyətlə yaratmamış. Doğularkən hər kəs təmiz qəlbli, nurani bir biçimdə doğulur. Bəs necə olur ki bu cür təmiz yaradılan insan sonradan natəmiz şeylərə bulaşır, özünü və cəmiyyəti xarab etməyə qədər tənəzzül edir? Buna səbəb insanın yaşadığı ailə , cəmiyyət, dostlar və s. müxtəlif ünsürlərin təsiridir. Bunların ən başlıcası isə insanın dostları və daima oturub durduğu şəxslərdir. Dostlar adətən insana ailədən çox və həm də tez bir zamanda inanılmaz təsir qoyurlar. Bunun nə qədər əhəmiyyətli və diqqət olunması gərəkən bir mövzu olması Böyüklərin buyurduğu ibrətamiz kəlamlarda da özünü göstərməkdədir. əbəs yerə deyil ki, Pəyqəmbərimiz (s) buyurub: “insan dostunun dinindədir.” Digər bir məhşur aforizm də bu buyuruşu təsdiqləyir: “ dostunu göstər kim olduğunu deyim” . Bu haqda buyurulan çoxlu kəlamlar misal çəkmək olar. Bütün buyuruşları təhlil edib görürük ki, bir insanın şəxsiyyəti, əxlaqı, mənliyi və hətta Allaha olan bağlılığını bilmək istəyirsənsə onun dostlarına baxmalısan. Bunu həyatda da praktiki olaraq görmək münkündür. Ətrafdakılarımıza və yaxud elə öz dostlarımıza baxsaq hər şey aydın olur. Fikri., düşüncəsi, əqidəsi və əxlaqı fərqli olan 2 şəxs nəyinki bir ömür dost ola bilməz , heç 1-2 saat bir yerdə oturub mehriban söhbət edə bilməzlər. Mütləq bir ortaq xüsusiyyət olmalıdır. Əks halda bu dostluq və mehribanlıq münkün deyil. Odur ki dost seçəndə diqqətli olmalı, kiminlə orurub durduğumuza diqqət etməliyik. Psixoloqlar da təsdiq edirlər ki, gördüyümüz hər kəs bizdə cuzi də olsa müəyyən təsirlər qoyur. Əgər gördüyümüz şəxslərin bizə təsir qoyma ehtimalı varsa demək ki, daima bir yerdə olduğumuz dostların qoyduğu təsir qaçılmazdır.  

Günümüzdə tez-tez rast gəldiyimiz hadisələr dostların təsirinin gerçəkliyini aydın açıq göstərir.. tanıdığım neçə şəxs var ki, hazırki həyatında Allahın buyrduğu əmrlərə itaətsizliyin zərərlərini dərk edib, xəcalət çəkdiyini və bu yoldan ayrılıb , yeni bir həyata imanlı , saf-təmiz bir yolda yürüməyə can atdığını bilirəm. Ancaq burda bir problem var ki, onu bu addımı atmağa qoymur. O da bəhs etdiyimiz “dostlar”ın (yeyib-içən,oturub-duran yoldaşların) lağ hədəfinə çevrilmək qorxusudur. Bəziləri hətta bu qorxunu dəf edir, sırf Allaha xatir bu lağlağa və zarafatlara səbr edəcəyini düşünür və başlayır. Amma bu ən çox bir həftə və ya bir ay davam edir. Çünki, bu şəxs həmin nalayiq “dostlar”ın təsirinə düşür. Düşməmək də münkün deyil. Bəs çarəsi nədir? Çarəsi həmin dostlarla dostluğunu davam etdirməmək, əlaqələri azaltmaq, onların yanında uzun müddət vaxt keçirməmək və.s. bunun çətin bir iş olduğunu düşünəcəksiz ancaq biləndə ki Allah belə istəyir və bu “əlaqəni kəsmək” zahirən pis görsənsə belə ibadət hökmündədir. Əbəs yerə deyil ki, İslamın əsas hesab etdiyi 10 vacibatdan (Firuiddin) biri Təvəlla və Təbərradır yəni Allahın dostları ilə dost olmaq və Allahın düşmənləri ilə düşmən olmaq. Düzdü deyəcəksiz ki, bizim dostlarımız Allahın düşməni deyil ki...

Etiraf etmək lazımdır ki, birlikdə olduğumuz bu insanlar Allahın düşməni olmasa da, Allahın dostu da deyil...

Bu barədə əzəmətli Quranın bəyanı daha təsirli və bərəkətli olacağına əminəm. Muddəsir surəsində Allah bizlərə Cəhənnəm əhlinin diliylə (onların ora düşmə səbəbini) belə başa salır: “Kaş o kəsləri özümüzə dost seçməyəydik...” Bu mübarək ayə pis dostların bizi haralara aparacağını çox gözəl bəyan edir. Bu gözəl bəyandan sonra yazını

İmam Səccad.ə. duası ilə bitirmək yerinə düşər: İlahi, mənə kömək ol sənin dostlarından uzaq olmayım.

Eldar İlqaroğlu